Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə100/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   96   97   98   99   100   101   102   103   ...   135

 

302 


kimi,  sol  da  ölüm  kimi  mənalandırılır.  Beləliklə, 

türklərdə  “sağ”  və  “sol”  əksliyi  “düz”  və  “əyri” 

konkretliyini  adlayıb  kosmik  əndazələrə  proyeksiya 

edilir, Yaranışın və Axirətin eyhamına çevrilir. 

     Həqiqətdə isə sağ və sol tamın, bütövcənin tən 

ortadan  YARILIB  ikiyə  parçalanmasının  nəticəsində 

peyda 

olur. 


Müsəlman 

mədəniyyətində 

“istiva” 

deyilən  xəyali  bir  cizgi  mövcuddur  ki,  insan  üzünü 

yuxarıdan  aşağı  ikiyə  bölər,  ideal  simmetriya 

görükdürər.  Hürufi  Nəsimi  yazır  ki,  “həm  cənnətü 

hurü  həm  liqadır,  Rəhman  ilə  ərşü  istivadır”. 

Beytin  məzmunundan  və  şairin  fikir  plastikasından 

aydınlaşır ki, İmadədin Nəsimiyə görə İnsan Allahın 

yarısıdır.  Səbəb  də  bu  ki,  istiva  məkan  içrə  üfüq 

olub,  Yerlə  Göy  arasından  keçib  onları  iki  bərabər 

hissəyə  ayırır.  Belə  olan  surətdə  Tanrı  yuxarıda 

qalır, 

Insan 


aşağıda. 

Əksər 

xalqların 



mifolojisində  tanrı  dünyanı  və  insanları  özündən, 

öz bədən materialından xəlq edir. Bu aspektdə tanrı 

və  dünya  qarşıdurumlar  müstəvisinə  gəlir.  İnsan 

tanrının  həm  sağ  olan,  həm  də  ölən,  solan 

formasıdır. Tanrı  hər dəfə insanla bərabər yaşayır, 

və  insanla  bərabər  də  ölür.  Daha  doğrusu,  ölən 

tanrının 

zühur 


bədənidir, 

olqular 


aləmində 

vizuallaşan  şəklidir.  Belə  ki,  insanın  fiziki 

bədəni 

ölüb 


torpağa 

qarışır, 

mentaL, 

astral 


bədənlər  isə  çəkilib  Göyə  gedir,  başqa  sözlə, 

tanrıya  qayıdır.  Onda  zaman  içrə  hürufilərin 

Ortaçağ  müsəlman  mədəniyyəti  kontekstində  bəyan 

etdikləri  yenidən  fəlsəfənin  gündəmində  özünə  yer 

alır:  insan  tanrı  bədəninin  görsənən  qiyafəsidir, 

yəni  insan  tanrının  obrazıdır,  onun  astraL,  mental 

bədəninə  “geydirilmiş”  materiyadır.  İnsanda  ruh, 

astral,  mental  bədən  Göyə  məxsusdur,  ət,  sür-sümük 

-  torpağa  və  ya  od  (su,  hava)  stixiyasına.  Deməli, 

alov  (eləcə  də  torpaq,  su,  hava)  ətin,  sür-sümüyün 

yuxarı  dünyaya  transformasiya  vasitəsidir.  Bu  da  o 



 

303 


anlama 

gəlir 


ki, 

dörd 


ünsür, 

həqiqətən, 

transformatorlardır, 

tanrı 


və 

insan 


arasında 

ötürücülərdir,  birin  (vahidin)  dövriyyəsinin  və 

özünü  çoxaltmasının  təminatçılarıdır.  Tanrı  insanın 

astral  invariantıdır,  insanlarsa  tanrının  müxtəlif 

variantları.  Bu  mənada  hər  yan  tanrıdır,  hər  yan 

insandır.  İnsanın  müəllifi  tanrıdır  və  tanrı  daim 

insanın  içində  yaşadılır.  Tanrının  da  yaradıcısı 

insandır. 

     Kosmoqonik 

akt 


ikiyə 

bölünmədən, 

parçalanmadan,  bütövcəni  Yerə  və  Göyə  ayırmadan 

başlayır. Tanrı və Adəm ilk dixatomiyadır. Onsuz bu 

yoxdur, bunsuz o. Adəm tanrının bir “qəlpəsi” (dörd 

ünsür-transformatorun 

birgəliyi) 

kimi 


tanrıdan 

sıyrılıb  düşür  Yer  üzünə  və  tanrı  olmaq  istəyir; 

istəyir 

ki, 


tanrını 

təkrarlasın, 

yamsılasın. 

Təsadüfi  deyil  ki,  yəhudilərin,  nəsranilərin  və 

müsəlmanlanların 

folklorunda 

o, 

Həvvanı 


öz 

qabırğasından  yaradır.  Ol  səbəbdən  Həvva  Adəmin 

YARISI  (yarası)  və  YARI  qismində  qavranılır.  Adəm 

tanrıdandır,  Həvva  Adəmdən.  Deməli,  emanasiya, 

sadəcə,  bölünmədir,  variantların  çoxaldılmasıdır. 

Həvvanın yaranması üçün gərək Adəmin böyrü yarılsın 

ki,  oradan  qabırğa  çıxsın.  Bu  məqamda  diqqətinizi 

bir  məsələyə  yönəltmək  fikrindəyəm:  el  içində  söz 

gəzər ki, kişi və qadın evlənməyincə, daha doğrusu, 

qabırğa,  əgər  belə  demək  mümkünsə,  öz  yerinə 

qayıtmayınca  hər  iki  məxluq  yarımçıqdır,  naqisdir. 

(İnsanın 

qərinələr 

boyunca 


tanrıya 

qovuşmaq 

çabaları  da  bununla  izah  olunmazmı?)  Elə  bu 

üzdəndir  ki,  kişiylə  qadının  bir-birinə  yetməsi 

(birləşməsi,  bir  olması)  kəsrin  aradan  götürülməsi 

kimi  anlaşılır.  Azəri  türkcəsində  “yar”  (sevgili, 

canan,  məşuqə  və  həmçinin,  qadın,  övrət,  arvad) 

sözü 


“yaratmaq”, 

“yarı”, 

“yardım”, 

“yarmaq” 

sözlərilə  eyni  bir  semantik  şəcərəyə  mənsubdur. 

“Yarmaq”  ikiyə  bölmək,  çoxaltmaq  mənasında  başa 



 

304 


düşülür.  Əgərçi  YAR  YARILMASA  NƏSİL  YARANMAZ.  Yəni 

Yaranış  prosesinin  özü  ikiləşməyə,  ikiyə  bölünməyə 

ürcahdır.  “SAĞ”  və  “SOL”  məhz  bu  sayaq  bölgünün 

məhsuludur. 

Hər 

bölgü 


isə 

simvolik 

yarmaq, 

parçalamaq  prosesidir.  TAM  yarılmasa,  SAĞ  və  SOL 

əmələ gəlməz. Nə etməli, yaranışın şərti belədir. 

     Və bu şərtə əsasən kişi həmişə sağdadır, qadın 

-  solda,  təbii  ki,  özlərinə  görə.  Qadın  kişinin 

ürəyinə  maksimal  yaxınlıqda  dayanır.  Kişi  qadına 

ürəyini  (sol  tərəfini,  yəni  az  müdafiə  olunan 

tərəfini)  “həvalə”  edir.  Məkan  içrə  kişi  sağın 

yiyəsidir,  qadın  -  solun.  Seyrçiyə  münasibətdə  isə 

yerlər  koordinal  surətdə  dəyişir:  kişi  sola  keçir, 

qadın  -  sağa.  Bu,  sadəcə,  güzgü  effektidir,  lakin 

onun mədəniyyətə təsiri qabarıq və böyük. Məsələ bu 

ki,mədəniyyətin 

bütün 


vizual 

proyektlərində 

(televerilişlərdə, 

konsertlərdə, 

heykəllərdə, 

tablolarda,  fotolarda)  tamaşaçı  kişini  daima  solda, 

qadını  sağda  görür.  Əslində,  isə  kişi  özünə  görə 

hər  bir  vaxt  rahat  sağ  mövqeyindədir,  qadınsa  - 

narahat  sol.  Qadınla  kişi  yan-yanaşı  dayananda 

kişinin  sağı,  qadının  isə  solu  açıq  qalır;  yəni 

real  fiziki  aktivlik  bütövlükdə  kişinin  ixtiyarında 

olur.  Bunun  səsəblərini  arayıb  araşdıraq.  Öncə  SAĞ 

və 

SOLUN 


bildirdiyi 

mənalar 


cədvəlinə 

nəzər 


yetirin. 

     SAĞ  sağlıqdır,  olumdur,  rahatdır,  müqəddəsdir, 

sakraldır, 

cənnətdir, 

xeyirdir, 

bərəkətdir, 

imtiyazdır, 

gücdür, 


qüvvədir, 

hakimiyyətdir,, 

hökumətdir,  özünüidarədir,  hökmdardır,  sultandır. 

Sağ əl hökm, fərman, əmr əlidir, iradə əlidir; əsas 

aparıcı  əldir,  düzlüyə,  doğruluğa  dəlalət  eylər. 

Verbal 


andiçmənin 

(and 


sözlərinin) 

vizual 


gerçəkliyi,  plastik  təsdiqidir  sağ  əl.  Bu  hələ 

qədim  misirlilərdə  də  belə  idi.  Antik  dövrlərin 

yunan və romalıları da gücü, düzgünlüyü,  ədliyyəni, 

xeyirxahlığı,  ədaləti  sağ  əllə  bağlayırdılar,  daha 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə