Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə96/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   92   93   94   95   96   97   98   99   ...   135

 

289 


P.S.  Bu  məqalənin  qısa  variantı  “Ulduz”  dərgisinin 

1998-ci  il  10-cu  sayında  çap  edilmişdi.  Emma 

Klarkın  “İskusstvo  islamskoqo  sada”  kitabı  isə 

2008-ci  ildə  Moskvada  nəşr  olunub  yalnız  2010-cu 

ildə  Bakıya  gətirilir.  Bunu  ona  görə  yazıram  ki, 

bizim  bir  çox  fikirlərimiz  səsləşir  və  kimlərsə 

məni  plagiatda  suçlaya  bilərlər.  Düzdür,  E.Klarkın 

əsəri 

fundamental 

və 

çoxdəyərli 

tədqiqatdır, 

mütəxəssis 

işidir. 

Amma 

bir 

sıra 

ideyalar, 

müddəalar, 

mülahizələr 

baxımından 

mən 

onu 

qabaqlamışam.  

 

 



 

Ədəbiyyat siyahısı: 

1

 Qurani-Kərim /tərcümə Z.M.Bünyadov və  



  V.M.Məmmədəliyevindir.   

2

 Kuliyev E., Abaskuliyev R. Uroki blaqoslovlennoqo 



  mesyatsa. - Baku, Abilov, Zeynalov b sınovya, s. 232.  

3

 Bax: Lotman Y. O metayazıke tipoloqiçeskix opisaniy 



  kultur // Trudı po znakovım sistemam. - Tartu, 1969. -  

  № 4. - s.35.  

Lixaçev D.S. Poeziya sadov: k semantike 



  sadovo-parkovıx stiley. - M.: Nauka, 1982. - s.5.   

5

 Şirazi A. Rouzət əs-sefat / Podqotovka teksta  



  A.Raqimova. - M.: Nauka, 1974. - s.32 (fars dilində)  

Yenə orada. 



7

 Yenə orada, s.31. 

Yəməndə qədim Həmirilər hökmdarlarından sərtlik və  



  zalımlıqda məşhur olan bir padşahın adı. 

9

 Yenə orada, s.39. 



10

 Yenə orada, s.9. 

11

 Yenə orada, s.33. 



12

 Lixaçev D.S.Göstərilən əsəri, s.7-9. 

  

13

 Yenə orada, s.10. 



14

 Yenə orada, s.17. 

15

 Yenə orada, s.57.  



16

 Nikolayeva N.S. Yaponskiye sadı. - M.: Nauka, 1975. -  

   s.5. 

17

 Yenə orada, s.28. 




 

290 


18

 Bax: Nazarli M.D. Dva mira vostoçnoy miniatyurı. -  M.: 

   RQQU, 2006. - 286 s. 

19

 Firudin G.B. Muğam - peyğəmbərin merac məqamıdır //  



   Azadlıq. - 20-25 mart 2009. - s.15. 

20

 Kuliyev E., Abaskuliyev R. Uroki blaqoslovlennoqo 



   mesyatsa. - Baku, Abilov, Zeynalov b sınovya, s. 235. 

21

  Bax:  Xulusi  A.  “Allax”  v  sootvetstvii  s  obyasneniyami 



Moxammada (as). - Baku, Adiloqlı, s.200-208. 

   


 

 

 



                             1998-2009-cu illər 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

291 


 

          



PSİXOLOJİ MƏKAN FENOMENİ: 

              yuxarı və aşağı 

 

     Bir 



xeyli 

bundan 


əqdəm, 

hələ 


tələbəlik 

vaxtlarında, bir şair tanışım, qısası, Əhməd Əskər, 

mənə  bir  şeir  oxumuşdu.  Yadımda  qalan  şeirin 

məzmunudu, bir də son iki misra. Bəli, bir gün şair 

görür  ki,  Arazın  üstündən  bir  quş  uçur  Təbrizə 

sarı. Sevinib quşdan xahiş eləyir ki, onun salamını 

O  TAYDA  yaşayan  soydaşlarına  çatdırsın.  Quş  bunu 

eşidib  təəccüblə  baxır  şairə  və  deyir:  “O  TAY 



NƏDİR, BU TAY NƏDİR, DÜNYA ELƏ BİRDƏNƏDİR”.   

     Dünya  elə  birdənədir:  bölünməzdir,  tamdır  və 

fırlanır, öz oxu ətrafında, Günəş ətrafında elə hey 

döndükcə  dönür:  sərhədi  yox,  çəpəri  yox,  sağı 

bilinməz,  solu  bilinməz,  nə  üzü  var,  nə  arxası. 

Dünyanı  insan  “bölür”,  “bölüşdürür”,  yuxarı  aşağı, 

sağa,  sola,  önə,  arxaya  ayırır,  məkanı  çərçivələrə 

salır,  özünə  hücrələr  düzəldir.  Yumru  dünyanın 

üstünə  insan  imaginativ,  yəni  xəyali  zolaqlar, 

cızıqlar    çəkir,  birinə  “meridian”  deyir,  o  birinə 

“paralel” deyir: amma sonucda fakt bu olur ki,  hər 

yeri  “kəsir”,  “doğrayır”,  nişanlayır.  Doğunu  və 

Batını,  Şimalı  və  Cənubu  insan  “icad”  eləyib:  yəni 

təbiət  bunların  fərqinə  varmaz.  Bu  bölgü  insanın 

duyumlarından,  qavrayışından  törəyib  zühur  edir, 

zühur  edib  də  real  məkanın  üzərinə  bir  bölgü 

sistemi kimi hopdurulur. 

     İş  bu  ki,  insanın  getdiyi  hər  hansı  bir  YOL 

onun  psixoloji  məkanından,  imaginasiyadan,  yəni 

TƏSƏVVÜRDƏN 

başlayır. 

Fikrində 

hara 


getdiyini 

bilməsən,  YOLU  gedə  bilməzsən.  Yolu  gedə  bilməmək 

özünü YOLA təslim etmək deməkdir. Özünü Yola təslim 

etməyisə  yalnız  dəlilər,  qanundan  gizlənən  və  ya 

qaçan  cinayətkarlar,  müdriklər,  özgə  yerlərdə  azmış 

adamlar,  bir  də  nağıl  qəhrəmanları  bacarar.  Onlar 




 

292 


YOL  getməzlər;  YOL  onları  aparar.  Dəlilər  hara 

getdiklərini  təxmin  edə  bilməzlər.  Cinayətkarlar 

hər  yola  qurtuluş,  nicat  yolu  kimi  baxarlar. 

Müdriklər  bilərlər  ki,  dünyada  yalnız  bir  YOL  var: 

bir  dayanacaq  doğumdur,  bir  dyanacaq  -  ölüm.  Ondan 

sonrası  isə  sonsuzluq.  Yolunu  azmış  adamlar  və 

nağıl  qəhrəmanları  YOLU  seçməzlər,  “Allaha  pənah” 

deyib  gedərlər,  tanrının  ətəyindən  tutub  gedərlər. 

Mənsə  bu  fikir  dünyasının  yolunda  tələsmirəm.  Hər 

şeyi məqamında söyləyəcəyəm. 

     Öncə  şərtləşək  ki,  real  məkan  psixoloji 

məkandan  fərqlidir.  Gerçək  dünya  iradə  dışında 

mövcud olan,  gözönündə olan dünyadır, daha doğrusu, 

varlığın  obyektiv  şəkildə  Var  olduğu  yerdir.  Belə 

ki,  başımızın  üstü,  yəni  fəza  da  məkandır,  boş 

məkandır, 

boşluğun 

məkanıdır, 

asteroidlərin, 

ulduzların, 

planetlərin, 

Günəşin 


məkanıdır; 

ayağımızın  altı  da  məkandır,  daşın,  torpağın 

məkanıdır, 

metalların 

məkanıdır, 

laboratoriya 

məkanıdır;  ətrafımız  da  heç  vədə  çata  bilmədiyimiz 

üfüqə  qədər  məkandır.  Biz  məkan  içindəyik  və  KÖVNÜ 



MƏKANA SIĞMIRIQ.  

     Bəs  onda  psixoloji  məkan  nəmənə?  Psixoloji 

məkan  gerçək  dünyanın  insan  duyğularına,  insan 

yaşantılarına, 

insan 

qavrayışına 



reflektor 

təsirindən  formlaşır.  İnsanın  emosional  yaddaşı 

real 

maddi 


aləmin, 

olquların 

ağ-qara 

fotoneqativlərindən  ibarət  dopdolu  bir  “albom”dur. 

Bizim  duyğularımız  dünyanı  fraqment-fraqment  öz 

içində  “arxivləşdirir”.  Məhz  bu  “fotoneqativlər”, 

məhz  bu  “arxiv  materialları”  əsasında  insan  öz 

psixoloji  məkanını  qurub-quraşdırır,  ora  düzən 

verir. 

Psixoloji 



məkan 

həmişə 


real 

məkanın 


koordinatlarını qəbul edir.  Həqiqət isə tamam başqa 

bir 


mətləbi 

aktuallaşdırır. 

Gerçək 

dünyanın 



koordinatları  psixoloji  məkanın  diktəsilə,  “mən”in 

seçdiyi,  bəyəndiyi  və  rahat  bildiyi  oriyetirlərlə 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə