Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə93/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   89   90   91   92   93   94   95   96   ...   135

 

280 


dəstəkləyərkən, 

bəyənərkən 

Qurandakı 

“Nəim 


cənnətləri”nin 

obrazını 

təfəkkürdən 

gerçəkliyə 

köçürmək,  cənnəti  sakral  məkandan  torpaq  üstünə 

endirmək  və  ölməmişdən  öncə  cənnətdə  bulunmaq, 

cənnəti  dadmaq,  cənnət  həyatı  yaşamaq  arzusunun 

reallaşacağına inanmışdı. 

     Bu  mənə  hardan  məlum?  Əbdi  bəy  Şirazinin 

(1515-1580)  Səadətabad  bağlarının  təsvirinə  və 

tərifinə  həsr  edilmiş  “Rouzət  əs-sefat”  əsəri  onun 

“Cənnəti-ədn”  (1559-60)  adlı  üçüncü  xəmsəsinin 

birinci 

məsnəvisidir. 

Burada 

Səadətabad 



park 

kompleksi 

“mülk 

və 


din 

padşahının 

həqiqəti 

sayəsində  fələklər  timsalında  yerdə  yaradılmış”

5

 

(bax: Şirazi Ə. Rouzət əs-səfa) “əbədi cənnət” kimi 



təqdim  olunur,  “fərşdə  ərşin  surəti”

6

  qismində 



tanıtdırılır, 

onun 


sakral 

dünya 


ilə 

əlaqəsi 


birmənalı 

şəkildə 


vurğulanır. 

Düzdür, 


cənnəti 

gerçək  məkana  köçürmək,  yerdə  cənnətin  modelini 

yaratmaq  ideyası  Allah  tərəfindən  dəstəklənmir. 

Əfsanəvi  Şəddadı

7

  xatırlayın.  O,  istəyirdi  ki,  özü 



üçün  bir  cənnət  bağı  saldırsın.  Lakin  elə  ki, 

cənnət  hazır  oldu,  Şəddad  qapını  açıb  içəri  girə 

bilmədi: onu ölüm haqladı. Təbii ki, bu hekayət iki 

cür  yozulur:  hökmdar  Şəddadın,  zalım  Şəddadın 

alnına,  taleyinə  cənnətə  düşmək    yazılmamışdı;  və 

ikinci:  Cənnət  yalnız  Allaha  məxsusdur,  yəni  ayrı 

bir kimsənin ora sahib çıxmağa ixtiyarı yoxdur.   

   Səadətabad  park  kompleksi  Orta  əsrlərdə  müsəlman 

bağçılıq sənətinin elə bir mükəmməl nümunəsidir ki, 

onun  dünya  mədəniyyətində  tayı-bərabəri  yoxdur. 

Əbdi  bəy  Şirazinin  məlumatlarına  görə  şah  Təhmasb 

burada  səfəvi  kübarlarına,  qardaşı  Bəhram  Mirzə  də 

daxil 

olmaq 


şərtilə, 

“behişt 


imarətləri”

8

 



tikdirmişdi.  Kompleksin  mərkəzində  şah  Təhmasba 

məxsus,  adına  “Ərşi  xanə”  deyilən,  möhtəşəm  bir 

saray  yerləşirdi.  Bu  ad  sarayın  Göylərə  (sakral 

dünyaya)  ucaldığını  bildirirdi.  Hərçənd  bu  imarət 




 

281 


elm 

aləminə, 

mədəniyyət 

aləminə 


daha 

çox 


“Çehelsütun”, yəni “Qırxsütun” adı ilə tanışdır. 

     Sarayın 

birinci 

mərtəbəsinin 

pavilyonunda 

hörülmüş  dördbucaqlı  hovuz  diqqəti  hər  şeydən  öncə 

özünə çəkir. Çünki hovuzun səthi sanki mərmər güzgü 

qismindədir. 

Hesab 

olunur 


ki, 

Şərq 


bağçılıq 

sənətində  HOVUZ  bağın,  sarayın  reflektorudur  (Tac-

Mahal  bağ  kompleksini  xatırlayın),  saflıq,  paklıq, 

təmizlik  rəmzidir.  Şərqin  memar  və  filosofları 

hovuz  səthini  bağçılıq  sənəti  kontekstində  ayna 

kimi  qavrayırlar,  ayna  kimi  yozurlar.  “Çehelsütun” 

saray hovuzunun aynası üçünsə deyilir ki, bu aynada 

hətta  mələklər  belə  öz  üzlərini  görürlər.

9

  Deməli, 



o, Şərq bağçılıq sənətinin ideal hovuzu sayılıb. 

     Səadətabad 

bağ 

kompleksinə 



daxil 

olan 


imarətlər  (məsələn,  Bəhram  Mirzəyə  aid  “Xaneyi-

Şirvani”,  yəni  “Şirvanlının  evi”  kimi)  müxtəlif 

xəttatlıq 

nümunələrilə, 

heyvan 

(şir, 


pələng, 

ceyran)  və  quş  (qaz,  ördək,  qırqovul,  turac, 

simurğ,  bülbül,  qumru)  rəsmlərilə  bəzədilmişdi. 

Səadətabad  bağlarında  “behişt  imarətləri”  yaşıl 

memarlığın  müxtəlif  həndəsi  fiqurlar  perimetri 

boyunca  düzdüyü  ağaclar  arasında  uyuyurdu.  Burada 

həm  dekorativ  (şam,  çinar,  sərv),  həm  də  çoxsaylı 

meyvə  (hulu,  gilas,  armud,  gavalı,  nar,  əncir, 

alça,  püstə,  badam)  ağacları  vardı,  cürbəcür 

üzümlər  yetişdirilirdi.  Əbdi  bəy  Şirazi  də  öz 

xəmsəsində 

“məlləhi”, 

“təbərzət”, 

“əhmədi”, 

“kişmişi”,  “sahibi”,  “fəxri”  kimi  üzüm  növlərinin 

adını çəkib onları xüsusi bir şövqlə tərifləyir

10

 və 


deyir  ki,  Səadətabad  bağları  başdan-başa  gül-çiçək 

içində  uyuyurdu,  hər  küncdən  bənövşə,  yasəmən, 

süsən, su zanbağı, qızılgül, nərgiz boylanırdı.  

     Miniatürlərə fikir verin: orada hər bağ cənnət 

bağının  bir  fraqmentidir;  hər  təsvir  elə  bil  ki 

gerçəkliyə  yox,  cənnətə  güzgü  tutur,  idealı  əks 

etdirir, 

virtual 


olanın 

şəklini 


çəkir. 

Şərq 



 

282 


miniatür  ustalartının  əsərlərində  heyvanlar  və 

quşlar da həmişə cənnət məkanını eyhamlaşdırır.  

     Bağ  da  islam  dünyasının  hər  bir  guşəsində 

cənnəti  görükdürən  miniatürdür,  cənnətin  miniatür 

modelidir.  Səadətabad  bağ  kompleksi  də  sanki  Şərq 

miniatür  rəsmlərindən  düşmüş  ideal  bir  cənnət 

bağıdır.  Əbdi  bəy  Şirazi  buranı  əbəs  yerə  yalnız 

“xəyallarda  görünən  surət”  adlandırmırdı:  bicadan 

söyləmirdi  ki,  “bu  bağın  küçələri  dünya  qəmini 

ürəkdən aparır və qəm əvəzinə eşq bitirir”.

11 

     Lakin  bununla  belə  Qurani-Kərimdə  zikr  olunan 



Ədn  və  Nəim  behiştlərindən  hələ  çox-çox  əvvəllər 

cənnətin  nümunəvi  obrazları  əfsanəvi  Semiramida 

kimi, 

Çin 


imperiyasının 

bağları 


kimi, 

İrəm 


gülüstanı  kimi  mövcud  idi.  Hələ  uzaq  zamanlarda 

Doğu  ölkələrində  BAĞ  ilahi,  mistik,  sakral  dünya 

ilə gerçək  aləm və ölülər səltənəti arasında ortaq 

bir  mövqe  tuturdu,  özünəməxsus  qapı,  keçid  rolunu 

oynayırdı.  

     Şərq  məmləkətlərində  BAĞ  təkcə  istirahət  (kef, 

əyləncə,  musiqi,  gözəllik,  yaşıllıq)  guşəsi  deyil, 

həm  də  mistik  bir  zonadır.  Doğu  xalqlarının 

nağıllarında  bağların  içi  həmişə  tilsimlə,  cadu 

ilə,  əfsunla  doludur  və  bu  sehrdən  hələm-hələm 

qurtulmaq  olmur.  Bağ  sınaqdır,  bir  növ,  çillə 

məkanıdır.  Kim  ora  gəlib  çıxırsa,  ya  bihuş  olub 

əbədiyyət  yuxusuna  gedir,  ya  bayılıb  qalır,  ya  da 

cildini 


dəyişib 

etnosun 


(və 

tayfanın, 

qəbilənin)totemi  sayılan  əcdad-heyvanın  cildinə 

düşür.  Tilsimli  bağlar  divlərin,  cinlərin,  ruhların 

məskənidir. Su sonası kimi qızlar orada dönüb qumru 

olurlar,  ahular,  göyərçinlər  dil  açıb  danışır, 

gələcəkdən xəbər verirlər. 

     Qəribədir,  hər  bir  gözəllik  özündə  məxfi  bir 

cadu  (tilsim,  sehr)  potensialı  qapsayır.  Gözəllik 

cəlbedici  olduğu  qədər  də  aldadıcı  ola  bilir.  Bağ 

məkanın gözəlliyidir.  



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə