268
BAĞ TEATRAL MƏKAN KİMİ
(şifrələnmiş mətnlər)
“Meditasiya çətin məşğuliyyət deyil.
Bu, Sizin çoxdan itirdiyiniz EVƏ
doğru yoldur”.
Sen Syəku
CƏNNƏT Adəm və Həvvanın EVİ idi.
Kitab dinlərində “Adəm və Həvva” süjetinin
yeri cəmi rəvayətlərdən üstün, məqamı dəyişməz:
əvvəlinci olay, əvvəlinci konflikt, əvvəlinci görk;
tək və bir olan, yəni əhəd və vahid olan Allaha
inam tarixinin ilk əfsanəsi, başlanğıc tarixi.
Allahın bağına “cənnət” deyilir.
İnsan öncə cənnətdə, tanrı bağında zühura
gəlib, sonra yumbalanıb mağaraya düşüb.
İnsan cənnətdə yaradılandır.
Məlum süjetə əsasən tanrı yasağına (mövcudluq
tarixinin birinci qadağası: almadan/buğdadan dadmaq
olmaz) məhəl qoymadıqları üçün, ilanın (iblisin)
sözünə inanıb, aldanıb Allahın məsləhət bilmədiyi
meyvədən daddıqları üçün Adəm və Həvva cənnətdən
qovulur. Hara? Dünyaya, Yer kürəsinə... Məntiqlə
düşünəndə belə anlaşılır ki, deməli, dünya tanrı
türməsidir, cənnətdən təcrid etmək vasitəsidir,
cəza
zonasıdır,
tənbeh
zonasıdır,
psixoanalitiklərin
fikrinə
görə
axtalanma
variantıdır, özünəməxsus sınaq məkanıdır, yenidən
cənnətə qayıtmaq üçün mənəviyyat və nəfslə ilişikli
müəyyən şərtlər cərgəsidir. Yenə məntiqlə düşünəndə
belə
anlaşılır
ki,
deməli,
cənnət
dünya
xaricindədir, haradasa kosmosun bir küncündədir,
Allaha
lap
yaxın
bir
yerdədir
və
mərtəbə-
mərtəbədir. Günah cənnət günahıdır: tanrı iradəsinə
rəğmən qadağa olunmuş meyvə yeyilir. Doğrudanmı,
buna görədir cəza? Xeyr. Adəm və Həvva cənnətdə
mələk kimiydilər, mələk statusunda idilər. Elə ki
269
meyvəni yedilər, insan oldular və bir-birini kişi
və qadın (erkək və dişi) kimi dərk edib sevdilər.
Yenə məntiqlə düşünəndə belə anlaşılır ki, deməli,
tanrı heç də Adəm və Həvvanın seksual əlaqələr
ləzzətinin
(sevginin)
nə
olduğunu
bilməsini
istəməyib: istəməyib ki, onlar bir-birini kişi və
qadın (fərqli cinslər) kimi tanısınlar. Bununla da
Allahın Adəm və Həvvanı mələk kimi, torpaq adamı
kimi cənnətdə saxlamaq planı pozulub və planın
İblis versiyası gerçəkləşib. Adəm və Həvva meyvəni
yeyib insanlaşıblar, bir-birini seviblər, günaha
batıblar. Yeyiləcək bir nəsnəyə (almaya və ya
buğdaya) yasaq qoyulursa onu Allah neməti hesab
etmək caizmi? Əslində, meyvə sevgiyə olan qadağanı
eyhamlaşdırır.
Cənnətdə
sevmək
yasaqdır
və
günahdır: yalnız Allaha sevgi məqbuldur (ifrat
dinçiliyin, asketizmin apofeozu). Elə isə İblis,
sözün əsl mənasında, Adəm və Həvvanı cənnətdən
“azad eləyib”, “xilas eləyib” və eyni zamanda
onların əlindən əbədiliyi alıb; yəni əbədi cənnət
əvəzinə torpaqdan xəlq olunmuş bu insanlara sevgi
dolu müvəqqəti dünya, “çətin” dünya, məşəqqətli
dünya, ölümlü dünya və bir də sərbəst yaşamaq,
doğub-törətmək, çoxalmaq imkanı verib...
Bununla belə... şans hələ heç kim üçün
tükənməyib; cənnətə bir daha dönmək mümkündür, əgər
Adəmlə Həvva dünyada, yəni cəza zonasında, başqa
sözlə, özünəməxsus ərafda təmizlənsələr, arınsalar,
aramsız doğulmalar (nəsillər) zəncirində sınaqlara
tablayıb safa çıxsalar... Məhz bu zaman aydınlaşır
ki, insan (Adəm və Həvva) həyatının ideyası, mənası
və məqsədi sonucda təzədən cənnətə qayıtmaqdır,
cənnət adamı olmaqdır.
“Geriyə, cənnətə doğru” ifadəsi finalı hələ də
naməlum “Adəm və Həvva” əhvalatının, süjetinin
epiqrafı kimi götürülə bilər.
270
İnsanı cənnətdən dünyaya yumbaladan İblisdir.
Onda belə çıxır ki, dünya İblisin dünyasıdır, onun
əməllərinin məkanıdır və aşağılanıb. Ərəbcədən
tərcümədə
“dünya”
sözünün
çoxsayllı
neqativ
mənalarından biri də alçaq yeri bildirir, murdar
yeri, bataqlıq yeri bildirir. Çünki dünyada ali
ruhlar yox, aşağılanmış bədənlər yaşayır. Odur ki,
dünyadan qaçan İblisdən qaçır, aşağı olmaqdan
qaçır, bataqlıqdan qaçır, bədəndən qaçır. Hara?
Cənnətə, Allahın yanına... Almanı (buğdanı) yeyib
Adəm və Həvva özlərini bədən kimi kəşf etdilər,
bədən kimi tanıdılar: başqa sözləı, iblisləşdilər.
Niyə biz uşağa deyirik ki, mələkdir, mələk kimidir.
Ona görə ki, yşaq bədənini tanımır. Deməli, bədən
elə İblisin özüdür ki var.
Adəm və Həvva məhz Cənnətə, nə vaxtsa
itirilmiş EVƏ qayıtmaq naminə, özlərinə bənzərləri
törədə-törədə
və
zaman-zaman
tanrı
tərəfindən
nəsilliklə (“Elər analar, çəkər balalar” məsəlinin
məntiqi) imtahana çəkilə-çəkilə dünyanı dolaşırlar,
əzablara qatlaşa-qatlaşa və fasiləsiz arına-arına
yaşayırlar, neofitlər kimi çillə sınağına dözürlər;
dözürlər ki, bir gün yenidən cənnəti bulsunlar. Axı
ideya, arzu, məqsəd həmişə CƏNNƏT olaraq qalır.
Əgər biz qəbul eləyirik ki, Adəm və Həvva
bizim ulu əcdadlarımızdır, onda, deməli, Adəmlə
Həvvanın cənnətdə yoxdan var olub böyüdüklərini,
yaşadıqlarını
da,
yəni
cənnətin
əcdad
yurdu
olduğunu da apriori qəbul eləyirik.
Genetik yaddaş bunu hər an insana xatırladır.
Odur ki, bütün bəşəriyyət, əslində, c ə n n ə t
s e v d a s ı ilə divanədir. İnsan ömrü boyu
behişt sorağında bulunur. Bu soraqla dini qəbul
eləyir və Allahına tapınır. Nədən və niyə?
Elə bu məqamda soruşmaq gərək ki, axı cənnət
nədir və adi insan təfəkkürü onu necə qavrayır,
necə dərk edir? Bizim üçün cənnət: birinci, ideal
Dostları ilə paylaş: |