265
insanların ehtirasları azğınlaşıb
VAMPİRƏ çevrilir.
Azərbaycan
ədibinin
yaratdığı
vampir
insan
ehtirasının (nəfsinin) şəklidir, obrazıdır.
Milli ədəbiyyat tarixində Şamama cadu XX əsrin
yeganə azərbaycanlı vampiridir: yaşı 1901-ci ildən
hesablanır. Niyəsi də bu ki, “Pəri cadu” faciəsinin
finalında vampir Şamama cadu odunçu Qurbanın
boğazını dişləyib onun qanını içir. Bu fakta görə
vampirlik şübhə altına alına bilməz. Vampir Avropa
mifologiyasının
personajıdır:
gecələr
qəbirdən
xortdayıb (hm... Xortdan) yarasa görkəmi alan bu
obraz yatmış adamların qanını sormaqdan pataloji
həzz duyur və elə bununla da qidalanır. Vampirlər
üçün gün işığını və ya xaçı (xaç Günəşin simvolu
kimi) görmək ölüm deməkdir, tamamilə məhv olmaq,
külə dönmək deməkdir. Bu personaj, XIX yizildən
etibarən, əgər lord Bayron nəzərə alınmasa, Avropa
mədəniyyətinə aktiv şəkildə daxil olmağa başlayır:
Abraham Stoker “Drakula” romanını yazır, Henri
Maafsgenrin “Der Vampir” operasını bəstələyir. XIX
əsrin sonuna doğru Batı ədəbiyyatında “vampirlik”
tendensiyası daha da güclənir. Onda belə çıxır ki,
Əbdürrəhimbəyin Xortdanı da potensial vampir sayıla
bilər. Axı onun üçün də düzəldilən iksirə qan
qatılır...
Ümumiyətlə,
Azərbaycan
türkcəsində
vampirlər Xortdan adı ilə çağrılmırmı? Güman etmək
olar ki, Şamama cadu da, Pəri cadu da, Xortdan da
Avropadan gəlmə təsirlərin nəticəsi olmuş ola.
Hərçənd yüzfaizli arxayınlıqla söyləmək çətindir.
Başqa bir fikrimdə isə mən tam əminəm: cəhənnəm
Əbdürrəhimbəy
Haqverdiyev
dramaturgiyasının,
nəsrinin çox vacib bir kontrapunktu, ədalətsiz
toplumun sinonimi, bədbəxt həyatın adı. Bu xüsusda
müəllifin “Röya” hekayəsindən bir sitat: “İkinci,
məni təəccübə gətirən halət bu idi ki, göyün üzünü
qara buludlar tutmuşdu. Amma buludlar arasında
ulduzlar parıldaşırdı və qışın soyuğunda qətrə-
266
qətrə yağış tökülürdü. Göyün üzünə dürüst baxıb
gördüm başımın üstündə bulud hesab etdiyim övrət
başlarıdır
ki,
pırtlaşmış
saçları
bir-birinə
dolaşıb qara bulud tək havada dolanırlar və
işıldayan
ulduzlar
anaların,
bacıların
gözləridirlər ki, yerə qətrə-qətrə yaş tökürlər”.
Yenidən fantasmaqoriya, psixi enerjinin sürrealist
“püskürmələri” (çoxsaylı Qorqon Meduzaların kütləvi
səma piketi): mikrokosm makrokosmda güzgülənir,
hiperbolik
formalara
düşür.
Başımızın
üstü
cəhənnəm, ayağımızın altı cəhənnəm, böyrümüzdə
cəhənnəm.
Vertikal,
horizontal,
sagittal
vektorlarında
cəhənnəm
kabusları
dolaşır.
Xortdanlar (vampirlər) isə cəhənnəm əbədiliyinin
xidmətçiləri, hökmran olmaq, hüdudsuz hakimiyyətə
sahib
olmaq,
üstün
olmaq,
üstinsan
olmaq
sevgisinin,
sosial
ədalətsizliyin,
zorakılığın
sublimasiya məhsulu. Cəhənnəm onların məskəni,
məkanı. Lakin... bununla belə... əgər toplumda
əzilən, kasıblıq içində gün çürüdən, haqqı əlindən
alınan kimsələr yaşayırsa, ora cəhənnəmdir və orada
mütləq xortdanlar (millətin qanını içən yekə
vampirlər) gəzişir. Ona görə də Əbdürrəhimbəy öz
bədii dünyasında gerçəkliklə cəhənnəm arasına bir
bərabərlik işarəsi atır. Yazıçı üçün işıqsız,
maarifsiz həyat elə cəhənnəmin özüdür ki, var...
Amma
gərək
unudulmasın
ki,
cəhənnəm
bütün
variantlarda yalnız bir obraz, nağıl, folklor,
gerçəkliyin patoloji qavrayışı. Bu cəhənnəmdə, yəni
yuxulu nağıl şəhərində yaşayan MİRZƏNİN ismi-
şərifi, yəni mübarək adı isə ƏBDÜRRƏHİMBƏY. Ağız
(şifahi) ədəbiyyatının nağıl janrı Haqverdiyev
yaradıcılığının bünövrəsi. Onun bütün nəsri də
monoloqlar üzərində qurulub. Əbdürrəhimbəyin hər
hekayəsi
bir
monoloqdur;
sanki
yazılmayıb,
danışılıb, nəql edilib. Bu fikri bir qədər dəyişib
belə də demək olar ki, Azərbaycan dramaturgiyasında
267
hər monoloqun müəllifi özünəməxsus bir nağılçıdır.
Bu dramaturgiyada heç kim bir-birini “dinləmir”,
başqasının səsinə, intonasiyasına qulaq asıb yenə
öz nağılını danışır. Əbdürrəhimbəy Haqverdiyevin
yaradıcılığı, sənətçi üslubu və simvolizmi qorxulu
nağıllar kontekstindən boylanır. Yuxulu şəhərin
sakinlərinin qulağına mirzələr (nağılçılar) elə
həmişə nağıl pıçıldarlar...
Ədəbiyyat:
1
Toporov V.N. Prostranstvo i tekst // V kn. Tekst:
semantika i struktura. - M., 1983. - S.228-284.
2
Salqanik M. Qarmoniya islama: zametki na polyax odnoy
kniqi // İL. - № 5-6, 1992. - Ы.302-308.
3
Bammat N.D. Konsepsiya prostranstva v islamskom mire //
Kulturı. - № 1, 1983. - S.40-50.
4
Haqverdiyev Ə. Əsərləri 3 cilddə / C.2: Proza. - B.,
319 s.
5
Kulpin E.S. Bifurkasiya Zapad - Vostok i ekoloqiçeskiy
imperativ: o konsepsii razvitiya N.N.Moiseyeva //
Vostok. - № 1, 1993. - S. 5-15.
6
Mütəllimov T. Əbdürrəhimbəy Haqverdiyevin poetikası. -
B.: Yazıçı, 1988. - 328 s.
2001-2008-ci illər