262
bir şəkildə yozur. Məntiq hər yerdə hər zaman nağıl
məntiqidir, islam mifolojisinin məntiqidir.
Və
bu
məntiqlə...
“bəli,
vasil
olduq
cəhənnəmə”... Xortdan deyir bunu “Məktublar”da və
nədənsə...
birdən-birə
başlayır
cəm
şəklində
danışmağa. Nağıl kontekstində “bəli, vasil oldu
cəhənnəmə” ifadəsi təkdə işlədilir və şər qüvvənin
ölümünü, xoşbəxt finalı müjdələyir. Povestdə isə
bir neçə məna şifrələnib bu cümlədə: yəni yazıçı
ifadəni polifonikləşdirib. Əvvəla: Xortdan özünü
neqativ auraya, energetikaya malik personajlar
cərgəsində görür və qavrayır; yoxsa “vasil olduq”
kəlmələrini “şəxsiyyətinə” yaraşdırmazdı. İkincisi:
bu,
yazıçının
bədii
üslubunun
vacib
təzahür
elementidir ki, “Məktublar”ı maksimal dərəcədə
nağıla
yaxınlaşdırır;
Xortdanın
ölüb-dirilmək
funksiyasını işarələyir (yəni cəhənnəmə vasil olmaq
üçün ölmək gərək). Üçüncüsü: oxucu Xortdanla yol
yoldaşı olub başa düşür ki, cəhənnəm elə
gerçəkliyin özüdür. Onda belə çıxır ki, cəhənnəm
əfsanədir, nağıldır, gerçəklik isə - cəhənnəm.
Deməli, tənliyin bir tərəfi yenə o biri tərəfinə
bərabərdir: yəni gerçəklik nağıldır. Elə cəm
halında cəhənnəmə vasil olmağın da məğzi bu, mənası
bu: YUXULU ŞƏHƏRİN SAKİNLƏRİ BİLMƏRRƏ CƏHƏNNƏMDƏ
YAŞAYIRLAR VƏ ONLARIN TARİXÇƏSİNİ YALNIZ NAĞILÇI
XORTDAN DANIŞMAĞA QABİLDİR. Buradan da digər bir
semantik-filoloji düstura yol açılır: MÜSƏLMAN
DÜNYASINDA HƏR BİR NAĞILÇI POTENSİAL XORTDANDIR.
Təbii ki, bu yerin MİRZƏSİ də, bişəkk, XORTDAN
olar.
Lakin
bir
dəqiqə...
Əbdürrəhimbəy
Haqverdiyevin “Məktublar”ında cəhənnəmin gerçək
modeli
var:
bu
model
Bakıdır.
“Məktublar”ı
sitatlaşdırıram,
yəni
bu
xüsusda
söz
Əbdürrəhimbəyin sözü olsun: “Mən cəhənnəmi həmişə
Bakının mədənlərinə oxşar birşey hesab edirdim və
çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda
263
olacaq. Neft quyularının hamısından alov göyə
dirəklənəcək
və
günahkarları
birbəbir
təpəsi
üstündən quyulara salacaqlar. Bir də mən belə hesab
edirdim ki, cəhənnəm bir böyük şəhərdir dəryanın
kənarında
düşübdür.
Təmrat
hamısı
oddandır.
Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar,
bəlkə su onların əzabını azalda, amma olmur.
Əziyyətləri birə-iki artır”. “Məktublar”da Xortdan
sanki
paralel
gerçəkliklərin
mediatorudur,
əlaqələndicisidir;
oxucu
üçün
iki
dünyanı
panoramlaşdıran məhz odur. Hərçənd ki, Xortdanın
təsvirində gerçəklik bir cəhənnəm variantı: onlar
arasında heç bir fərq yox. Şəhər cəhənnəmdir,
cəhənnəm guşəsidir, cəhənnəmin faciə kodlarında
karnavallaşdırılmış formasıdır. “Cənab” Xortdanın
iksir dalınca gəldiyi Şuşa şəhəri də povestdə elə
təsvirlənir ki, cəhənnəm variantı kimi qavranılır:
“Gecə saat on ikiyə yaxın Şuşaya varid olduq
(yadınıza salın “cəhənnəmə vasil olduq” ifadəsini -
A.T).
Ancaq
şəhər
görünməyirdi.
Ətrafda
xarabalıqdan savayı bir şey yoxdu. Səbəbini xəbər
aldım. Məşədi Səttar gülüb dedi: “Burada şeytan
özünə doqquz gün doqquz gecə toy elədi. Şəhərin
evlərindən
məşəllər
qayırmışdılar.
Gecə-gündüz
tüfəng səsləri kəsilmirdi. Hətta şeytan tərəfindən
gəlmiş bir yaranal
6
şəhərin içində top da atırdı.
Toy çox şükuhlu keçdi. Camaatdan da çox qırılan
oldu. Ancaq neyləməli, şeytan əməlindən xata
çıxmasa
olmaz”.
Bu,
bir
yandan
təmiz
fantasmaqoriyadır, rus yazarı Mixail Bulqakovun
“Ustad və Marqarita” romanından bəlli “ifrit və
əcuzələrin kef mərasimi” və ya “əcuzələr məclisi”
səhnəsinin müsəlmansayağı arxaikasıdır, cəhənnəmə
oxşar gerçəklikdir, nağıla dönmüş reallıqdır. Digər
tərəfdən isə burada rus ordusuna, rus siyasətinə
ünvanlanmış maskalı bir həcv, satira var. Bəlkə də
bu povestdə İbrahim xanın və ailəsinin qətli
264
məxfiləşdirilib və şeytanın toyunun fəsadları kimi
qələmə verilib? Axı burada açıq-aşkar rus generalı
ilə şeytan arasında bərabərlik işarəsi qoyulur!
Həqiqətən, nağılın plastikliyi heyrətamizdir. Nağıl
konstruksiyası, nağıl janrı Əbdürrəhimbəy üçün
bəhanədir, sosial aktuallığı, publisistik ifşa
pafosunu məxviləşdirməkdən ötrü vasitədir. Bakı -
cəhənnəm
fraqmenti...
Şuşa
-
cəhənnəm
-
fraqmenti... Bu nədir? Paranoyya? Yox, əsla.
Əbdürrəhimbəy Haqverdiyev bununla, sadəcə, demək
istəyir
ki,
HARADA
ƏDALƏT
POZULURSA,
HAQQ
TAPDALANIRSA ORA CƏHƏNNƏMDİR.
Yazıçı folkloru sosiallaşdırır, gerçəkliyi
folklorlaşdırır və bu transaktiv prosesdə məhz
məkan ötürücü olur, daha dəqiq ifadə eləsəm,
özünəməxsus stalker funksiyasını yerinə yetirir.
Haqverdiyev yaradıcılığında folklor ünvanlı, mif
ünvanlı motivlər bolluca, nağıl, əsatir, rəvayət
nişanələri boydan. Cəhənnəm islam mifologiyasından
gəlir,
Xortdan
-
nağıllardan.
Əbdürrəhimbəyin
hekayələrində, pyeslərində onun nağıl danışmağa
sonsuz həvəsi aşkar duyulmaqda. Amma bir şey
qəribədir,
hardandır
Əbdürrəhimbəydə,
-
yaxşı
Avropa
təhsili
görmüş
Azərbaycan
ziyalısında,
Azərbaycan maarifçisində, - xortdanlara, əcinələrə,
əcuzələrə,
ifritələrə,
kabuslara,
cəhənnəm
sakinlərinə qarşı bu maraq, bu meyl?
Azərbaycan ədəbiyyatı tarixində Əbdürrəhimbəy
Haqverdiyev
simvolizmin
banisi.
O,
milli
dramaturgiyanın
özünəməxsus
Moris
Meterlinki,
Leonid Andreyevi. Nağıl onun üçün reallığı tanınmaz
etmək, gerçəkliyin əsl “sifət”ini, mahiyyətinin
hüsnünü
görükdürmək
cəhdidir:
bu
sənətkarın
əsərləri fantastika ilə mistika sərhədində; amma
faciəni yaşayansa insan. Haqverdiyevdə simvollar
gözəgörünməz ehtirasları vizuallaşdırıb sərgiləmək
üçündur. Əbdürrəhimbəyin yaradıcılığında məhz adi
Dostları ilə paylaş: |