Aydın Talıbzadə


komfort,  ideal  sahman  və  ideal  gözəllik



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə90/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   86   87   88   89   90   91   92   93   ...   135

 

271 


komfort,  ideal  sahman  və  ideal  gözəllik  deməkdir; 

ikinci,  daim  ideal  vəziyyətdə,  ideal  formada 



qalmaq,  qocalmamaq,  yəni  zamanın  fövqündə  dayanmaq 

deməkdir; 

üçüncü, 

mütləq 

azadlıq, 

 

mütləq 

firavanlıq, 

mütləq 

işsizlik, 

mütləq 

tənbəllik 

deməkdir;  dördüncü,  ümumi  əcdadın  evi,  yurd  yeri 

deməkdir.  Bu  da  o  anlama  gəlir  ki,  biz  hamımız 

cənnətə  vərəsəyik.  Ona  görə  də  EVƏ  dönmək,  əsl 



VƏTƏNƏ 

varmaq 


hər 

birimizin 

bilincaltısında 

qaynaşan  bir  istək,  nisgil,  həsrət...  Qovulmuş 

əcdadın  cənnəti  bizimdir.  Busa  artıq  bir  üsyan 

işarəsidir. 

     Hərçənd  bir  də  soruşmaq  lazım:  Adəm  və  Həvva 

bayıra  atıldıqdan  sonra  (bəlkə  də  zalımcasına:  axı 

onlar dünya haqqında heç nə bilmirdilər və heç nəyə 

uyğunlaşmamışdılar)  cənnət  ideyası  bir  mif  (nağıl, 

əfsanə)  statusunda,  öləri  insanlara  yaxşı  əməllərə 

görə  axirətdə  vəd  edilən  ali  mükafat  statusunda 

dini kitablarda fiksə olunur. Əsas mənəvi təlqin də 

bu ki, çalış, cənnətə qayıt. 

     Ol  səbəbdən  cənnətin  şirnikdirici  təsviri 

qutsal  mətnlərdə  çeşid-çeşiddir.  Lakin  cənnəti 

Qurani-Kərim  qədər  tərifləyən,  onun  nişanələrini 

birbəbir  göstərən,  behiştdən  konkret  bir  reallıq 

kimi  danışan  ayrı  bir  dini  kitab  bulmaq  çətin. 

Nədən  ki,  məhz  Quran  cənnəti  Allahın  bəndəsi  üçün 

hazırladığı  və  axirətə  saxladığı  super  bir  hədiyyə 

(ənam)  kimi  təqdim  edir  (4:114).  Ona  görə  də  cümlə 

müsəlmanlar həmişə cənnət arzusu ilə bihuşdurlar. 

     Quranda 

mövcud 

cənnət 


təsvirlərindən 

bir 


qisminin  mozaikası  sözlərimin  təsdiqi  kimi;  bu 

qəbildən  “Əl-Kəhf”  surəsi:  “İman  gətirib  yaxşı 

əməllər  edənlərə  gəldikdə  isə...  onları  (ağacları) 

altından  çaylar  axan  ƏDN  CƏNNƏTLƏRİ  (qabartmalar 

mənimdir  -  A.T.)  gözləyir.  Onlar  orada  taxtlara 

söykənərək  qızıl  bilərziklərlə  bəzənəcək  (altun 

qolbaqlar 

taxacaq), 

nazik 

və 


qalın 

ipəkdən 



 

272 


(taftadan və qumaşdan) yaşıl paltar geyəcəklər... O 

cənnət necə də gözəl məkandır” (18:30-31). 

     İndisə  “əs-Saffat”  və  “əd-Dəhr”  surələrindən 

görünən 


cənnət 

(təsvir 


variantları 

Quranda 


dəqiqləşdirilir  və  kamilləşdirilir):  “...  onlar 

(müxlis, yəni səmimi, sədaqətli dostlar - A.T) üçün 

məlum  bir  ruzi  vardır,  növbənöv  meyvələr  vardır. 

Onlar 


hörmətlə 

şərəfə 


nail 

olacaqlar 



NƏİM 

CƏNNƏTLƏRİNDƏ... 

Onlar 


üçün 

cənnət 


saqiləri 

tərəfindən  adamı  kefləndirməyən,  behiştdə  çay  kimi 

axan 

şərab 


dolu 

piyalələr 

dolandırılacaqdır. 

Ağappaq,  özü  də  içənlərə  ləzzət  verən  bir  şərab. 

Onun içində /dünyadakı şərabdan fərqli/ ağlı başdan 

çıxaran,  başağrısı,  süstlük  verən  heç  bir  şey 

yoxdur.  Onlar  ondan  məst  olmazlar.  Onların  yanında 

gözəl, 


irigözlü, 

baxışları 

yalnız 

/ərlərinə/ 



dikilmiş  zövcələr  olacaqdır.  Onlar  sanki  örtülü 

/heç  bir  əl  dəyməmiş,  qabığı  içində  təzə-tər 

qalmış,  ağğappaq/  yumurtadırlar,  yaxud  sədəf  içində 

gizlənmiş  incidirlər”  (37:41-50).  Onlar  orada  nə 

günəş  /qızmar  isti/,  nə  də  sərt  soyuq  görəcəklər. 

Cənnət  ağaclarının  kölgələri  üstlərinə  düşəcək, 

meyvələri 

də 


onların 

ixtiyarında 

olacaqdır 

/istədikləri  yerdə,  istədikləri  zaman  onları  dərib 

yeyə  biləcəklər/...  Orada  onlara  zəncəfil  qatılmış 

/zəncəfil  dadı  verən/  şərab  da  içirdiləcəkdir. 

/Zəncəfil/  cənnətdə  bir  çeşmədir  ki,  suyu  boğazdan 

çox  rahat  keçdiyi  üçün  Səlsəbil  adlanır.  Onların 

dövrəsində 

həmişəcavan 

/xidmətçi/ 

oğlanlar 

olacaqdır.  Onları  gördükdə  sanki  /ətrafa/  səpilmiş 

inci olduqlarını zənn edirsən. /Orada/ hara baxsan, 

nemət və böyük mülk görərsən” (76:13-21). 

     Bundan  əlavə  Quranda  cənnət  “saysız-hesabsız 

ruzi”  (40:40)  diyarıdır,  qızıl,  gümüş  dolu  Hatəm 

mülküdür,  “ahu  gözlü  hurilər”in  və  “sədəf  içində 

inci kimi gizlənmiş oğlanlar”ın (52:20-24)

1

 füsunkar 



bağçasıdır.  Bu  bağça,  bu  bağ  əbədi  kef  bağçasıdır, 


 

273 


təbiət 

içrə 


maksimal 

komfort 


və 

gözəllik 

bağçasıdır,  bol-bol  ruzilər  bağçasıdır,  havayı 

nemətlər  bağçasıdır,  problemsiz  həyat  zonasıdır, 

ölümsüz olumdur. 

     Adəm  və  Həvvadan  savayı  heç  kim  cənnəti 

görməyib. 

     Hərçənd 

bir 

hədisdə 


Muhamməd 

peyğəmbər 

cənnətin  quruluşu  haqqında  bunları  deyir:  “Oranın 

kərpicləri  qızıldan  və  gümüşdəndir,  malası  - 

müşkdən,  daşları  -  mirvaridən  və  yaqutdan,  torpağı 

- zəfərandan. Kim ora daxil olsa, firavanlıq içində 

yaşayacaq  və  bilməyəcək  kədər  nədir,  əbədi  qalacaq 

və  heç  vaxt  ölməyəcək.  Onun  paltarı  korlanmayacaq, 

gəncliyi  solmayacaq...  Həqiqətən,  cənnətdə  100 

pillə  vardır  ki,  bu  pillələri  Allah  onun  yolunda 

cihad  eləyənlər  üçün  hazırlayıb:  hər  iki  pillə 

arasındakı  məsafə  yerlə  göy  arasındakı  məsafə 

qədərincədir. 

Nə 


vaxt 

siz 


Allahdan 

xahiş 


eləyirsiniz, 

əl-Firdousi 

istəyin. 

Çünki 


bura 

Cənnətin  ən  yaxşı  və  ən  yüksək  məqamıdır  (yəqin  ki 

yüzüncü  pillə-mərtəbənin  özüdür  -  kursiv  A.T.)  ki, 

oradan  cənnət  çayları  şaxaşax  axır,  oranın  üstündə 

isə  Mərhəmətlinin  Səltənəti  bərqərardır”.

2

  Deməli, 



cənnətin  sahəsi  yerlə  göy  arasındakı  məsafədən  100 

dəfə  boyükdür,  pillə-pillədir,  mərtəbə-mərtəbədir 

və  axırıncı  Firdous  cənnətindən  sonra  heç  nə  ilə 

məhdudlaşmayan  101-ci  pillə-mərtrəbə  Allahındır. 

Cənnət  nərdivan  tiplidir,  cəhənnəm  isə  quyu  tipli. 

Nədən  mən  bunu  belə  söyləyirəm?  Ona  görə  ki, 

cəhənnəm  quyusuna  atılmış  daş  70  il  yol  gedir  və 

nəhayət, 

dibə 

çatır. 


Cənnətin 

strukturunmun 

nərdivan  modelində  olmasına  baxmayaraq  burada  cəmi 

8 qapı var və onlar 8 cənnət sektorunu işarələyir. 

     Musa  peyğəmbər  də  İsrail  oğullarını  Misirdən 

müqəddəs  torpağa  apararkən  onları  elə  cənnət 

ideyası  ətrafında  birləşdirmişdi,  yəni  yəhudilərə 

potensial cənnəti vəd etmişdi. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə