296
bu keyfiyyətlər varsa, ora aşağıdır. Beləliklə,
körpə
öz
emosional
qavrayışına,
yaşantılarına
“söykənib”
özü
üçün
“YUXARI”NI
və
“AŞAĞI”NI
müəyyənləşdirir, konkretləşdirir. Bu vaxt körpə hər
iki “qütb”ə, və ya yaşantılar zonasına münasibətdə
özünü MƏRKƏZ sayır, MƏRKƏZ götürür. Eqosentrizm elə
burada tumurcuqlanıb sonradan YUXARIYA doğru boy
atır.
Amma
söhbətimiz
heç
də
eqosentrizmin
şəcərəsini araşdırmaq deyil...
Psixoloji
məkanın
bu
iki
zidd
qütbünün
bildiriciləri qarşıdurum kimi düzənlənib qavrayışda
müəyyən şəbəkə, hörgü əmələ gətirir. Yuxarıda
rahatlıq, firavanlıq, təmizlik, komfort var, həzz
var, işıq var, aşağıda isə diskomfort, ağrı,
qaranlıq, gizli həyəcan. Yaxşı (pozitiv, müsbət)
yuxarıdadır, pis (neqativ, mənfi) - aşağıda.
Bununla da körpədən ötrü hələliyə onun psixoloji
məkanının birölçülü koordinat sistemi formalaşır.
Odur ki, insan ömrü boyu həyatının dəyərlərini bu
mühüm vertikal “yuxarı - aşağı” qütblərinin məna
tutumuna
və
bildiricilərinə
uyğun
şəkildə
müəyyənləşdirir. Yaxşı - pis, xeyir - şər, qutsal -
urvatsız, pak - murdar, isti - soyuq, əslində,
yuxarı
-
aşağı
qarşıdurumunun
müxtəlif
variantlarıdır.
Bütün
YOLLARIN
və
DƏYƏRLƏRİN
qiyməti, ilk baxışda, qədərincə primitiv görünən bu
cədvələ
(paradiqmaya),
daha
doğrusu,
onun
əlamətlərinə görə verilir.
Qədim oğuzlar “Kitabi-Dədə Qorqud” dastanında
tanrıya
müraciət
edib
onu
“ucalardan
uca”
adlandırıblar. Tanrı ucada (yuxarıda, yüksəkdə)
dayanandır. Od, su, bərəkət Ondandır. Əlçatmaz,
ünyetyməz yuxarıdır Allahın yeri. Tanrı yuxarının
ali
simvoludur.
“Yuxarı”nın
özü
də
bəşər
mentallığında ekspressiv bildiricidir, işarədir:
pozitiv, müsbət eyhamdır. Ol səbəbdəndir ki, insan
həyatda yaxşı nə görürsə, onu həməncə yuxarı ilə
297
bağlayır, “uca”, “yüksək”, “əlçatmaz” təyinlərilə
urvatlı eləyir. Yüksək sənət, ali ideya, yüksək
nəticə, yüksək zövq, həzz zirvəsi, tuh yüksəkliyi,
sənət
zirvəsi,
şəni
ucaltmaq,
qələbə
çalmaq
(bayrağı
yuxarı
sancmaq
kimi
başa
düşülür,
anlaşılır) və digər bu sayaq ifadələri törədən
insanın
YUXARI
qarşısındakı
valehliyidir,
heyranlığıdır,
onun
körpəliyindən
qalma
təəssüratlarının nəticəsidir. Məhz buna görədir ki,
insan həmişə “YUXARI” can atır. Çünki insan
qavrayışına, insan təsəvvürünə görə vəzifə də,
mənsəb də, dövlət də, hökumət də, ad-san da yalnız
yuxarıdadır.
İnsandan ötrü AŞAĞI neqativ (mənfi) duyğu,
yaşantı və emosiyaların gömüldüyü zonadır. Sıfırdan
yuxarı istidir (xoşdur, məqbuldur), sıfırdan aşağı
- soyuq (pisdir, arzuolunmazdır). Aşağıda rütubət
var: orada qaranlıqdır və adamın bədəni çürüyür.
Aşağı
ölüm
səltənətidir,
daşlaşmaq,
hərəkətsizləşmək
deməkdir.
Gözdən
düşmək
(göz
yuxarıdadır, mövqeyi üstündür), qiymətdən düşmək,
vəzifədən, mənsəbdən düşmək, gücdən düşmək, dəbdən
düşmək kimi ifadələrin hamısı el içində yuxarıdan
aşağı yumbalanmaq, dığırlanmaq, yuxarıdan məhrum
olmaq, yuxarını itirmək, “aşağılanmaq” mənalarında
anlaşılır.
“Başa
düşmək”
söz
birləşməsi
də
yuxarının
müstəsna
hüququnun,
imtiyazının
daşıyıcısıdır. Başa nəsə yalnız yuxarıdan düşə
bilir; yəni fikir, anlam yuxarılarda “gəzir” və
zamanı
çatanda
gəlib
sənin
başına
“düşür”:
nəticədə, sən nəyisə dərk edirsən, qavrayırsan.
Psixoloji
məkanda
aşağının
bildiriciləri
zəiflikdir,
rahatsızlıqdır,
məğlubiyyətdir,
köməksizlikdir. Qısası, psixoloji məkanda AŞAĞI
bilmərrə
pisdir.
Təsadüfi
deyil
ki,
azəri
türkcəsində “aşağı” sözünün ekvivalenti “alçaq”
(yəni hündür, uca olmayan ev, yer, dam və hətta
298
adam) kəlməsi insan rəzilliyinin bildiricisi kimi
də işlənilir. Elə buna görə də “alçaq adam”, “alçaq
iş”, “alçaq qadın” deyiləndə, ilk növbədə, normadan
aşağılıq, aşağı olmaq nəzərdə tutulur.
Hərçənd uşaq psixoloji məkandan gerçək dünya
məkanına lağım atanda görür ki, nə yuxarı birmənalı
müsbətdir,
nə
də
aşağı
birmənalı
mənfidir.
Uçqunlar,
sellər,
daşqınlar,
qasırğalar,
dağıntılar,
fəlakətlər
yuxarıdan
gəlir.
Həyat
qaranlıq, amma canlı torpaqda istilik yaradan
çürüntülər içindən cücərib yuxarı, işığa boylanır.
Di gəl ki, bununla belə insan öz psixoloji məkanına
uyğun
formalaşdırdığı
sosial,
ruhsal,
mənəvi
dəyərlərin işarələrini heç cür dəyişmir bə bu
barədə heç düşünmür də. Odur ki, insan öz ömrünün
axırına qədər elə həmən uşaq olaraq qalır və dünya
ilə “yuxarı - aşağı” haqqında əldə etdiyi öz ilk
primitiv-duyğusal bilgisinə görə davranır.
2000-ci il