Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə97/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   93   94   95   96   97   98   99   100   ...   135

 

293 


müəyyən 

olunur. 


Təbii 

ki, 


psixoloji 

məkan 


refleksiyadır.  Təbii  ki,  bu  məkan  dışarı  dünyadan 

alınmış  təsirlərin  ayrı-ayrı  obraz  və  işarələrə 

çevrilməsi 

sistemidir. 

Təbii 

ki, 


insan 

qavrayışından  kənarda  məkan  məkan  olmur,  daş  olur, 

torpaq  olur,  düzən  olur,  meşə  olur,  fəza  olur, 

boşluq  olur.  Məkanı  məkan  eləyən  insandır,  insanın 

psixolojisidir,  onun  tutmaq,  almaq,  mənimsəmək, 

özünə  yer  bulmaq  instinktidir.  Psixoloji  məkanda 

dünyanın  şərti  obrazları,  eyhamları  olmasa,  insan 

haradan  gəlib  hara  getdiyini  heç  vədə  bilə  bilməz, 

səmti,  yönü  azdırar,  çaşıb  qalar.  Odur  ki,  məkanın 

“müəllifi”  insandır.  Belə  ki,  o,  torpağın  üstünü, 

altını,  fəza  boşluğunu  öz  psixoloji  məkanına  uyğun 

bir  şəkildə  işarələyir  və  bu  işarələr  onun  özündən 

savayı  heç  kimə  gərək  olmur.  Psixoloji  məkanda 

“xəritə”  cızan,  “xəritə”  yaradan  insan  bədəninin 

dışarı  mühitə  reaksiyasıdır  və  bu  “xəritə”nin 

konturları  körpə  ana  bətnindən  dünyaya  düşməyə 

başladığı  məqamdan  formalaşır,  sonra  nizamlanır, 

sahmana minir. 

     Psixoloji 

məkan 


insan 

sinirlərinin 

“xəritə”lədiyi  məkandır.  Necə  olur  ki,  bu  məkan 

əmələ  gəlir?  Hələ  ana  bətnində  olduğu  zaman  körpə 

boru  vasitəsilə  onun  bədəninin  mərkəzinə  birləşib 

aramsız  şəkildə  qidalanır,  bətn  içində  özü  üçün 

“üzür”,  fırlanır,  dönür  (bu  vaxt  körpə  skafandr 

geyinmiş, 

çəkisizlik 

şəraitində 

haradasa          

“k u k l a l a ş m ı ş” kosmonavtı xatırlatmırmı?), 

nə yuxarını, nə aşağını tanıyır, nə də sağı soldan, 

solu  sağdan  seçə  bilir.  Ana  bətninin  qaranlığında 

“barama”lıq  dövrü  yaşayan  körpənin  PSİXOLOJİ  MƏKANI 

olmur.  Bu  məkanın  ilk  kontur  əlamətləri  uşaq 

doğula-doğula “cızılır”. Hər şeydən öncə, körpə özü 

üçün  “YUXARI”  və  “AŞAĞI”NI  müəyyənləşdirir.  Amma 

necə?  O  haradan  bilir  ki,  “yuxarı”  nədir,  “aşağı” 

nə? 



 

294 


     Bu, 

çox 


sadə 

reflekslərin, 

ilk 

həyat 


yaşantılarının  nəticəsində  konkretləşir,  bilgiyə 

çevrilir.  Uşaq  ana  bətnində  olarkən  yuxarıdadır, 

özünəməxsus  kosmik  bir  orbitdədir:  yeri  rahatdır, 

ilıqdır,  yemi  boldur,  aramsızdır.  Vaxtın  tamamında 

isə  o,  yuxarıdan  başaşağı  sürüşməyə  başlayır  və 

onun  həyatında  ilk  gərginlik  yaşanılır.  Körpə  hiss 

edir  ki,  aşağı  itələndikcə  yeri  darısqallaşır, 

boğulmaq  həddinə  çatır:  onu  sıxırlar,  incidirlər. 

Nəhayət,  ana  azad  olur,  döl  aşağının  ən  son 

nöqtəsinə  düşür.  Elə  bu  zaman  əllər  onu  aşağıdan 

götürüb  yuxarı  qaldırır...  Körpə  çığırır,  nəfəs 

alır:  uşağın  ciyərləri  “açılır”.  Bu  məqam  onun 

emosional  yaddaşına  həmişəlik  həkk  olunur.  Körpə 

özü üçün fərqləndirir ki, yuxarıda olanda ona yaxşı 

olur,  aşağıda  isə  rahatlığını  itirir.  Uşaq  doğulan 

kimi  fiksə  edir  ki,  hava  (nəfəs,  həyat)  YUXARIDAN 

gəlir.  Körpə  kipriklərinə  toxunan  ilk  işıq  selinin 

də  yuxarıdan  endiyini  görür.  Getdikcə  yuxarının 

permanent  şəkildə  yaxşı  olması  duyğusu  mütəmadi 

təsdiqlənir.  Körpə  qidanı  da,  suyu  da,  quru,  təmiz 

əskiləri  də,  əyləncəni  (oyuncaqları,  nəvazişləri) 

də  yuxarıdan  alır.  Tanış,  doğma  qoxular  da  yuxarı 

sferadadır: 

onu 


periodik 

olaraq 


yuxarıdan 

əmizdirirlər,  bələyini  yuxarıdan  əyilib  dəyişirlər, 

yuxarıdan 

dindirirlər, 

əllər 

içinə 


götürüb 

oxşadırlar. 



BÖYÜKLƏR 

HƏMİŞƏ 

YUXARIDADIR. 

Yəni 


körpəyə  xoş  təsir  göstərən  nə  varsa,  hamısı  onun 

beşiyinin  başı  üstündə  gerçəkləşir.  Ol  səbəbdən 

uşağın  diqqəti  daim  yuxarı  yönəlikdir:  çünki 

körpəyə  Yaxşı,  İşıqlı,  Qutlu,  Dadlı  nə  gəlirsə, 

yuxarıdan  gəlir.  Yəni  körpə  duyumlarında,  körpə 

yaşantılarında yuxarı qida, su, işıq, rahatlıq, ana 

əlləri,  əyləncə,  sevinc  deməkdir.  Başqa  sözlə, 

insan 


uşaqlığından 

yuxarını 

bu 

bildiricilərlə 



tanıyır. 

Odur 


ki, 

“yuxarı”nın 

obrazı 

insan 


qavrayışında  bu  sayaq  formalaşır,  möhkəmlənir.  Elə 


 

295 


ona 

görə 


də 

yuxarı 


hər 

zaman 


insan 

üçün 


MÜQƏDDƏSDİR, 

QUTSALDIR, 

AĞ 

İŞIĞIN 


MƏSKƏNİDİR, 

İDEALDIR,  CƏNNƏTDİR,  TANRILARIN  YERİDİR.    “ANA 

TANRI”  kultunun  kökünü  məhz  burada  axtarmaq  lazım. 

Hərçənd  bu,  başqa  bir  mövzu,  etnopsixologiya  ilə 

bağlı və mənim məqaləmə sığmaz. 

    Onun üçün də baxaq görək “AŞAĞI” körpənin hansı 

yaşantılarında  “obrazlaşır”.  Bayaq  dedik  ki,  körpə 

hələ  ana  bətnindən  gələndə  aşağının  dar  yolu  onu 

incidir.  Uşağın  hisslər  dünyasına  o  zaman  əyan 

olmuşdu  ki,  aşağıda  sıxılmaq,  boğulmaq  (dənizdən, 

dənizin 

dərinliyinə 

enməkdən 

qorxmaq 


elə 

bu 


yaşantılarla  ilişiklidir)  təhlükəsi  var,  qaranlıq 

var,  pis  qoxular  var.  Sonralar  isə  çağa  duymuşdu 

ki,  bələyi  vaxtaşırı  AŞAĞIDAN  yaş  olur,  soyuyur, 

iylənir.  Körpə  AŞAĞINI  ilk  dəfə  əyani  şəkildə  onda 

görüb,  onda  AŞAĞI  ilə  tanış  olur  ki,  onu  çevirib 

qarnı  üstə  yerə  qoyurlar.  Bu,  uşaqdan  ötrü  tamam 

yeni  pozisyondur.  Elə  bir  pozisyon  ki,  yuxarının 

tam  əksi,  qarşıdurumu.  Bu  zaman  cocuq  sanki  baş-

ayaq,  tərsinə  çevrilmiş,  tərs  dayanmış  dünyaya 

düşür,  “şirin  süd  qoxulu”  YUXARIDAN  ayrılır  və 

duyur  ki,  onun  neqativ  yaşantılarının  sayı  artıb. 

Niyə?  Çünki  qarnı  üstə  uzanmış  çağa  üçün  nəfəs 

almaq  çətinləşir,  işıq  azalır,  saatlarla  tamaşa 

elədiyi  və,  təbii  ki,  öyrəşdiyi  mənzərə  dəyişir, 

bayaqdan  gördüyü  predmetlər  birdən-birə  yoxa  çıxır. 

Bu,  körpədən  ötrü  mikroşok,  səksəkə,  gizli  qorxu 

vəziyyətidir.  Hələ  bundan  savayı  uşaq  əziyyət 

çəkib,  toparlanıb  əlavə  enerji,  güc  sərf  etməlidir 

ki,  başını  dik  saxlasın.  Əks  təqdirdə  o,  üzünü 

döşəməyə 

dayayıb 

qaranlığa 

“yuvarlanacaq”, 

heysizləşəcək,  zəifləyəcək.  Bu  “çətinliklər”  və 

“məhrumiyyətlər” 

körpə 


duyumlarında 

AŞAĞININ 

bildiriciləri  olur.  Bundan  o  yana  uşaq  artıq  qəti 

şəkildə  bilir  ki,  AŞAĞI  onu  yorandır,  bezdirəndir, 

darıxdırandır  və,  deməli,  pisdir.  Və  yaxud:  harada 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə