Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə101/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   97   98   99   100   101   102   103   104   ...   135

 

305 


doğrusu, sağ  əli bütün bunların simvolu sayırdılar. 

Hind  rəqqaslıq  sənətində  barmaqları  bitişik  formada 

çiyin  bərabərliyinə  qaldırılmış  sağ  əl  qələbə, 

günəş, sultan və şir deməkdir. Sağ həmişə qutludur, 

alidir.  

     Əvəzində  isə  sol  solmaqdır,  ölümdür,  kəsrdir, 

cəhənnəmdir, 

naqolaydır, 

naqisdir, 

zəifdir, 

əyridir,  xəstəlikdir,  ağrıdır,  şərdir,  qüsurdur, 

günah 


rəmzidir, 

qeyri-normativdir, 

qaydanın 

pozulmasıdır.  Qədim  zamanlarda  hesab  edilirdi  ki, 

insanın 

bədbəxtliklərinin 

hamısı 

sol 


əl 

ucbatındandır.  Nümunə  üçün  uzağa  getmək  lazım 

deyil.  Yunan  mifologiyasında  şəcərəsi  faciəyə  ürcah 

bir  nəslin  taleyində  bədənin  solu  ilə  ilişikli 

şikəstlik  məşum  faktor  kimi  vurğulanır:  yoğunayaq 

Edipin  atası  Laiy  solaxaydır,  babası  Labdak  sol 

ayağın axsağıdır. Bu mif fransız Klod Levi Srtossun 

yozumuna  görə  əzəli  bir  dilemmanın  axtarışında 

bulunur:  insan  kişi  və  qadından  törənir,  yoxsa 

bitki  kimi  torpaqdan  əmələ  gəlir?  Mif  bu  məsələni 

birbaşa  cavablamır,  problemin  gəlişməsinə  şərait 

yaradır.  Burada  solaxaylıq,  şikəstlik  mifoloji 

şübhənin, 

tərəddüdün 

bildiricisidir, 

insanın 


avtoxton  mənşəyinin,  torpaq  şəcərəsinin  dəlilidir. 

Nə  üçün  məhz  sol?  Torpağın  solla  nə  əlaqəsi?  Cavab 

çox  sadədir.  Çünki  Göy  kişidir,  torpaq  -  qadın. 

Kişilərsə  sağda  qərarlaşırlar,  qadınlar  isə  solda. 

Əgər  torpaq  anadırsa,  deməli,  solun  təmsilçisidir. 

Solaxaylıq  isə  ulu  anadan  qalma  nişanədir.  Edip 

məhz  bu  nişanənin  daşıyıcısı  olduğuna  görə  müdhiş 

hadisələrlə  qarşılaşıb  faciəvi  (cəhənnəm  əzabı  ilə 

müqayisə edilkəcək) bir həyat yaşamalı olur. Heç də 

bica deyil ki, rahat cənnət həmişə göydədir, əzablı 

cəhənnəm - yerin altında. 

     Axı  niyə  bu  tövr  olmalıdır,  bir  halda  ki  sağ 

da  mənimdir,  sol  da?  Bu  düz.  Amma  razılaşaq  ki, 

solda  məxfi  bir  özgəlik,  daha  dəqiq  ifadəyə 




 

306 


çalışsam,  bir  ögeylik  duyulmaqda.  Bu,  indi  bizi 

keçmiş  qərinələrdə  olduğu  kimi  sarsıtmasa  da,  hər 

halda  yüngülcə  diksindirir.  Solaxay  adam  həmişə 

maraq və latent heyranlıq obyektidir. Çünki solaxay 

bizdən  fərqlidir,  bizə  oxşamır,  bir  başqa  cürdür, 

qeyri-adidir.  Bundan  əlavə  solaxay  həm  də  qorxu 

hissinin, şübhənin gizlin təhrikçisidir. Axı o bizə 

bənzəmir, bizdən seçilir, ayrılır. Biz özümüzü onda 

tanıya  bilmirik:  ya  o,  defektlidir,  ya  biz.  Məgər 

təsadüfdür ki, bədii ədəbiyyat nadir istedadları və 

“dahi”  caniləri  həmişə  solaxay  təsvir  edir?  Nə  çox 

görk 


var 

buna. 


Elə 

isə 


insan 

qavrayışında 

formalaşmış  bu  təsəvvürlərin  kökü  haradan  gəlir? 

Təbii  ki,  gerçəkliyin  özündən,  gündəlik  həyat 

problemlərindən,  yaşam  müəmmalarını  anlamaq,  dərk 

etmək  tələbatından...  Mən  biləni,  məsələni  bir 

balaca sadələşdirib xırdalasam yaxşı olar. 

     İnsanın 

psixoloji 

məkanının 

koordinatları 

sistemində, 

yəni 

bədənə 


görə 

tərəflərin 

müəyyənləşdirilməsi 

cədvəlində 

HUL 

(vertikal) 



yuxarı  və  aşağıdır,  SAGİTTAL  ön  və  arxadır, 

HORİZONTAL  (üfqi)  sağ  və  soldur.  Hul  və  sagittal 

məkan  içrə  hərəkət  istiqamətlərini  nişan  verirlər: 

hər  ikisi  dinamikdir,  aktivdir.  Yəni  yuxarı  qalxıb 

aşağı  düşmək,  önə  və  ya  arxaya  getmək  hər  iki 

vektorda  mümkün  olur.  Horizontal  isə  əksinə: 

statikdir,  sükunəti  panoramlaşdırır,  mediativdir, 

hərəkət  vektoru  deyil.    Onu  statikadan  qurtarmaq 

üçün  gərəkdir  ki,  adamlar  yan-yanı  gəzsinlər.  Busa 

absurd  bir  şey.  Real  məkanda  sağa  və  sola  hərəkət 

yoxdur:  insan  sağa  və  sola  burulub,  faktiki 

surətdə,  həmişə  önə  gedir.  Lakin  buna  baxmayaraq 

horizontal  sıra  vektorudur,  insanın  başlıca  yaşam 

vektorudur, 

simmetriya 

və 


asimmetriyalar 

vektorudur,  sosial-ictimai  vektordur.  Cəmiyyət  məhz 

bu  vektor  üzrə  düzülmüş  adamlardan  ibarətdir.  SAĞ 

və SOL düzülmək üçün, toplanmaq üçündür. Horizontal 




 

307 


istiqamətə  “paylanmış”,  “yayımış”  toplumsal  həyat, 

əslində,  beynin  sağ  və  sol  yarımkürəciklərinin 

insandan  ötrü  dişarı  dünyaya  tulladığı  oyun-

tapmacadır. Amma bu barədə azacıq sonra...  

     Ondan  başlayım  ki,  insanın  bədəni  praktiki 

olaraq  simmetrikdir.  Bundan  o  yana  bəzi  məqamlarda 

mən 

psixoloq 



A.Brodetskinin 

tədqiqatından 

bəhrələnəcəyəm.  İnsanın  üz  və  kürək  görkəmi,  başqa 

sözlə,  önü  və  arxası  simmetriya  bildiricisidir; 

görüş  və  ayrılıq  kimi  mənalandırılır:  qənşərimizə 

gələn  adamla  görüşürük,  arxasını  çevirib  gedən 

adamdan  ayrılırıq.  Bizim  psixikamızda  simmetrik 

insan  fiqurunun  oyatdığı  təəssüratdı  bu:  assosativ 

təfəkkürdə  özünə  yer  eləmiş  rəmz  kimi,  bildirici 

kimi  də  yozula  bilər.  Bəs  asimmetriya?  Asimmetriya 

insanın 

yandan, 


böyürdən 

görünüşüdür, 

yəni 

siluyetdir;  nə  görüşməkdir,  nə  ayrılıq:  hədər, 



bica, əbəs kimi qiymətləndirilir. Cərgədə mini var, 

siluyet 


isə 

həmişə 


birincinindir 

və 


həmişə 

birdənədir. 

Məlumdur 

ki, 


simmetriya 

həm 


də 

bərabərlikdir 

(müsavatdır), 

eynilikdir, 

oxşarlıqdır,  harmoniyadır.  Asimmetriya  isə  həm  də 

qaydanın,  bərabərliyin,  hüququn  pozulması  deməkdir; 

apriori  topaldır.  Problemin  düyünü  bu  ki,  ilk 

asimmetriya  örnəyi  sağ  və  soldur.  SAĞ  və  SOL  nə 

qədər  bir-birinə  bənzəsə  də,  heç  vədə  eyni  olmur. 

Məhz  bu  da  insanı  məcbur  edir  ki,  o,  horizontal 

üzrə  daima  simmetriya  axtarsın.  Məhz  sağ  və  sol 

arasındakı 

asimmetriya 

bizi 


fərqləndirməyə, 

araşdırmağa,  saf-çürük  eləməyə,  təhlilə  çəkməyə, 

doğma və yad cizgilər axtarıb tapmağa meylləndirir. 

Sağ  və  solun  əmələ  gətirdiyi  horizontal  insanın 

analitik  fəaliyyətinin  vektorudur.  Bu  isə  insan 

üçün  bəyənmək,  sonalamaq  və  seçmək  imkanı  yaradır. 

Uşaq  erkən  çağalıq  dövründə,  o  vaxt  ki,  beynin 

yarımkürəciklərinə 

xas 

asimmetriya 



hələ 

tam 


formalaşmayıb,  horizontal  üzrə  düzülmüş  predmetlər 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə