Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə102/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   98   99   100   101   102   103   104   105   ...   135

 

308 


sırasından  ən  vacibini  rahatcana  seçib  götürə 

bilir.  Və...  get-gedə  onda  belə  bir  təəssürat, 

fikir,  rəy  təsdiqlənir  ki,  iş  görmək,  fəaliyyət 

göstərmək 

üçün 

xüsusilə 



yararlı 

vektor 


horizontaldır. 

Digər 


tərəfdən 

horizontal 

simmetriya, 

yəni 


horizontal 

münasiblik 

cərgə, 

dəstə,  komanda  ünsiyyətinin  təminatçısıdır,  onun 



məkan 

formasıdır. 

Simmetriya 

gözlənilməzsə, 

kollektriv  iş  alınmaz.  Əkin,  məhsul  yığımı,  taxıl 

biçini,  torla  balıq  ovu  buna  əyani  misal.  Ölçü, 

tərəzi həmişə assosativ simmetriyadır. 

     Əgər  horizontal  fəaliyyət  vektorudursa  və  bu 

vektor  özündə  intellekti,  zövqü,  etik  qanunları 

ehtiva  edirsə,  onda  nədəndir  ki,  bütün  müsbət 

işarəli 

bildiricilər 

sağda 

cəmlənib, 



mənfilər 

solda?  Hərdən  müşkülləri  bir  sadə  cavab  o  qədər 

aydınlaşdırır  ki...  Məsələnin  kökü  bu  ki,  sağ  əl 

işlək  əldir,  oraq,  çəkic,  balta  tutan  əldir,  sülh 

əlidir,  salam  əlidir.  Amma  bununla  yanaşı  sağ  əl 

həm  də  hərb  əlidir,  qılınc,  nizə,  dəyənək,  toppuz 

götürən  əldir,  oxu  yaydan  buraxan  əldir,  vuran, 

zərbə  endirən  əldir.  Kollektiv  fəaliyyət  məqamında 

işlək,  aparıcı  əl  permanent  olaraq  sağdadır. 

Döyüşdə  isə  hər  şey  tərsinə  çevrilir.  Axı  rəqib  də 

sağ  əllə  vuruşur!  Deməli,  zərbələr  (sağ  əlin  gücü) 

davamlı  şəkildə  sola  endirilir.  Ürək  solda  olduğu 

üçün  qalxan  (müdafiə  sipəri)  da  ilk  növbədə  solu 

qoruyur.  Üz-üzə  dayanmış  rəqiblərin  hədəfi  soldur. 

Onda  belə  çıxır  ki,  hərb  meydanında,  döyüş 

meydanında,  mübarizə  meydanında  ölüm  soldan  gəlir. 

Qədim  zamanlardan  insan  bunu  aşkar  görüb,  duyub, 

yaşayıb və özü üçün əbədilik qan yaddaşına köçürüb. 

Odur ki, SOL insan qavrayışında təhlükə, hədə, ağrı 

səmti  kimi  formalaşıb.  Çoxsaylı  müşahidələrin, 

psixoloji  testlərin  nəticəsində  aşkarlanıb  ki, 

insan  harasa  baxanda  birinci  sola  baxır,  solu 

görür,  solu  qimətləndirir.  Çünki  hücumu,  təcavüzü 



 

309 


bir  qayda  kimi  soldan  gözləyir.  Bax,  elə  solun 

məşumluğunun  səbəbi  də  buradadır.  Ona  görə  sağ  hər 

zaman  məqbuldur,  qolaydır,  rahatdır,  sol  isə  yox: 

naqolaydır, 

narahatdır. 

Doğrudanmı, 

bu 

həmişə 


belədir? 

     Əsla. İctimai-siyasi platformada  SAĞ və SOL öz 

məna  tutumunu  aktivcəsinə  dəyişməyə  çalışır.  Səthi 

yanaşmada  aydın  görünür  ki,  toplumsal  ilişkilər 

şəbəkəsində sol pozitiv məna çalarları qazanır, sağ 

isə, əksinə, “mənfi”ləşir. Hərçənd bu yalnız zahiri 

effektdir. Bəs həqiqətdə nə baş verir? Məsələ ondan 

ibarət  ki,  siyasi  aləmdə  “sağ”  və  “sol”  bu  və  ya 

digər 

partiyanın 



ictimai 

mövqeyinin, 

əqidə 

mənsubluğunun,  ideya  yönümünün  rəmzi  bildiricisinə 



çevrilir.  Özündə  siyasi  mübarizənin  qütblərini, 

portretini  və  atmosferini  ehtiva  edən  “sağ”  və 

“sol”un  ictimai  hərəkatın  əsas  qütbləri  kimi 

tarixən  formalaşması  birbaşa  burjuaziyanın  adı  və 

iddiaları 

ilə 


bağlıdır. 

“SAĞ” 


və 

“SOL” 


anlayışlarının 

siyasi 


çəkişmələr 

dünyasına 

sızdırdığı  mənalar  XVIII  əsrin  ikinci  yarısından 

üzü 


bəri 

gəlişməkdədir. 

Bu 

kontekstdə 



SOL 

inqilabın, 

üsyanın, 

tərəqqinin, 

proqressiv 

düşüncənin,  mübarizənin  rəmzidir,  təmsilçisidir; 

bilmərrə  demokratlardır,  reformatorluq  iddiasında 

bulunanlardır, 

cəmiyyətdə 

yeni 


koordinal 

dəyişiklikləri  dəstəkləyənlərdir.  SAĞ  isə  ictimai-

siyasi 

proseslərin 



mühafizəkar 

(konservator, 

türbədar) 

qanadını 

eyhamlaşdırır. 

Bu 


mövqedə 

dayananlar  sosial  balansı,  cəmyyətdəki  qüvvələr 

nisbətini, 

ənənəvi 


yaşam 

qaydalarını, 

əxlaq 

normalarının  stabilliyini,  milli  mənəvi  dəyərləri 



qoruyub  saxlamağa  can  atırlar.  SOL  təmsilçilərisə 

permanent  inkişaf  naminə  bütün  vasitələri  yararlı 

sayırlar. Hətta üsyan onlara mənəvi ədəbsizlik kimi 

görünmür.  Hərçənd  ki,  hər  bir  lokal  götürülmüş 

məkanda  və  ictimai-sosial  durumda    sağ  və  solun 



 

310 


bildirdiyi 

mənalar 


şəraitə, 

milli 


xarakterə, 

temperamentə,  mentalitetə,  xalqın  adət-ənənələrinə, 

inanc və vərdişlərinə uyğun şəkildə yozulur. Burada 

bir  qayda  yox.  Onsuz  da  hakimiyyətə  gəldikdə  onlar 

arasındakı  fərqlər  minimuma  qədər  azalır.  Siyasətdə 

“sağ” və “sol”, sadəcə, mübarizə imicidir.  

     Lakin...  və  bir  də  lakin...  ictimai-siyasi 

arenaya proyeksiya olunan “sağ” və “sol” burada 

da  qavrayış  streotiplərini  dağıda  bilmir.  Hökumət 

həmişə 


“sol”dan, 

solluqdan 

qorxur, 

çəkinir, 

ehtiyatlanır 

və 


tədricən 

“sağ”a, 


“sağ”ların 

tənzimləyici 

ideyalarına 

doğru 


“əyilir”. 

Axı 


hökumətlə 

xalq 


da 

bir-birində 

güzgülənən 

oppozisiyalardır!  Məhz  elə  burada  “özünü  soldan 

qoru”  imperativi  bilincsizlik  səviyyəsində  yenidən 

aktuallaşır. 

     Beləliklə,  gəlib  çatdım  finala.  SAĞ  və  SOL 

insanın 


psixoloji 

məkanının 

faktı, 

onun 


qavrayışının  özəlliyi,  ictimai-sosial  fəaliyyətinin 

əsas  manipulyativ  vasitəsi,  seçmək  qabiliyyətinin 

gerçəkliyi, yaşam vektorunun başlıca oriyentirləri.  

 

 



 

Ədəbiyyat: 

Bax:  Rezvan  Y.A.  Etiçeskie  predstavleniya  i  etiket  v 

Korane // Etiket u narodov peredney Azii. -  M, 1988. -  

 s.49. 


   

   

 

                                  2001-ci il 



 

 

 



 

 

 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə