277
mədəniyyətin
permanent
ideyasıdır,
istirahət,
harmoniya simvoludur: ona görə də hər zaman insan
beynini məşğul edir. Gərçi bu cür olmasaydı, biz
hələ kitab dinləri formalaşmamışdan öncə Doğudan
Batıya qədər uzanıb gedən çeşid-çeşid, növbənöv
bağlara rast gəlməzdik ki? Gərçi bu cür olmasaydı,
bağçılıq sənəti, bağbanlıq peşəsi formalaşmazdı
ki... və bu sənətdə müxtəlif üslublar meydana
gəlməzdi ki?..
BAĞ insan təxəyyülünə, zövqünə uyğun şəkildə
onun öz əli və öz əməliylə cənnət görkəminə
gətirilmiş
təbiətdir.
İnsan
“pırpız”
təbiəti
özünəməxsus tərzdə, zamana, texnologiyalara uyğun
formatda
“darayıb”,
“təraş
edib”,
budayıb,
sahmanlayıb oranı bağa çevirir. Təbiəti Allah
yaradır,
bağı
-
insan.
Bağ
təbiətin
sanki
“qrimlənmiş” üzüdür.
“Yaşıl memarlıq”
4
bağ və park memarlığının
təyini kimi işlədilir.
Bağ
hüdudlarında
təbiət
teatrallaşdırılır,
insanlara teatral təmtəraqda görükdürülür.
Təbiətin mədəniyyətə giriş qapısı bağ hesab
edilə bilər. Mədəniyyət cənnəti bağın sinonimi kimi
şərh edir, anladır.
Türklər bağı həmişə bağ biliblər: “cənnət”
sözünün türkcəsi yoxdur. Halbuki ərəb və fars
dillərində “cənnət” mənasını özündə ehtiva edən bir
filan qədər söz var: ədn, nəim, firdous, rizvan.
Rusca da “bağ” və “cənnət” mənalarını bildirən
sözlər fərqləndirilir: birincisinə “sad” deyilir,
ikincisinə - “ray”. Türk dilində isə buna rast
gəlmirsən. Nədən ki, “bağ” türklərdə həmişə
konkret real məkanla əlaqədar olub. Türkcə “bağ”
sözünün etimolojisi iki istiqamətdə aşkarlanır.
“BAĞ” “baxmaq” məsdərindən alınmadır. Azərbaycan
türkləri danışıqda çox tez-tez belə bir məsəl
çəkirlər; deyirlər ki, “bağa baxarsan, bağ olar,
278
baxmazsan, dağ olar”. Hesab edirəm ki, bu məsəl
olduqca qədimdir və türkün məkan qavrayışını təhlil
etməkdən, aydınlatmaqdan ötrü son dərəcə önəmlidir.
Türk bağ və dağı qarşıdurum, oppozisiya kimi
götürür: bağ harmoniyadır, sahmandır, düzümdür,
rahatlıqdır,
dağ
isə
disharmoniyadır,
sahmansızlıqdır, adda-buddalıqdır, pərakəndəlikdir,
narahatlıqdır.
Dağ
göz
dağıdır,
qubardır,
yolsuzluqdur, əziyyətli soyuq məkandır, bağ isə
əksinə: baxırsan, göz oxşadır, sevinc, arxayınlıq
gətirir. Dağ baxılası (görmə spektrində) yer deyil.
Hərçənd baxılmayanda (qulluq göstərilməyəndə) bağ
da dönüb dağ olur. Deməli, bağ baxmaq (qulluq
etmək) nəticəsində yaranandır. Bu da imkan verir
söyləyək
ki,
“bağ”
sözü
“baxmaq”
məsdərinin
semantik çənbərinə aiddir.
Digər tərəfdən bağı olmaq hansısa konkret bir
məkana bağlı olmaq kimi anlaşılır; yəni bu iki
omonim sözlərin məna sferaları haradasa əməllicə
kəsişir. BAĞ İNSANI MÜƏYYƏN BİR MƏKANA BAĞLAYAN
BAĞDIR (kəndir, ip mənasında). Axı türklər köçəri
həyat tərzi keçiriblər və bağı bu dünyada özlərinə
bağ (əlavə yük, məkana öyrəşib qalmaq) biliblər.
Türkcə bağ, ilk növbədə, üzümlük anlamına gəlir.
Üzümlüyü isə türk cənnət bilir. Bakı bağlarının
hamısı lap əvvəllər üzümlüklər olub. Meynə isə əl
tutduqca uzanıb gedən bir ağacdır; “bığları” ilə
hər yana bağ-lana-bağ-lana “dartınıb” böyüyən bir
ağacdır. Bağ həm də bağlanmaq (məftun olmaq,
vurulmaq, mehr salmaq mənalarında) yeridir.
Həqiqətən, Şərq dünyasında heç bir xalq, heç
bir etnos bağ ideyasını bu dərəcədə real və konkret
qavramır. Hətta Çin və Yaponiyada da bağ bir
istirahət
guşəsi
olmaqdan
savayı
daha
hansı
mənaları isə özündə ehtiva edir; hələ mən qədim
Yunanıstan və Roma bağlarını (haradasa mistika və
metamarfoza dolu) demirəm.
279
Ortaçağ müsəlman mədəniyyəti kontekstində isə
BAĞ
həmişə
sakral
məkandır,
mifik
cənnətin
əkizidir. Burada bağ artıq dinin cənnət ideyasına
güzgü tutur. Müsəlmanlar özlərini maksimal şəkildə
təsvirləri
Quranda
verilən
cənnətlərə
yaxınlaşdırmaq üçün bağlar salırdılar; salırdılar
və qane olmurdular, və bir də yenisini salırdılar.
Nə
çox
idi
Yaxın
və
Orta
Şərq
müsəlman
məmləkətlərində bu cür bağların sayı. Bu bağlar
ruha dad, zövq və kef verirdi. Camaat onları behişt
timsalında qavrayırdı. Quranın “Ər-Rəhman” surəsi
cənnəti təsvir etməklə praktiki olaraq islam
bağçılıq sənətinin plan-prospektini cızır: “O iki
cənnətin (Ədn və Nəim cənnətləri) ağacları qollu-
budaqlı, merli-meyvəlidir... O cənnətlərdə iki axar
bulaq vardır... O iki cənnətdən başqa (möminlər
üçün) daha iki cənnət vardır... O iki cənnət
yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır)...
O iki cənnətdə fəvvarə verib qaynayan iki bulaq
vardır... O iki cənnətdə növbənöv meyvələr, xurma
və nar vardır...” (55:48-68).
Bir nümunə kimi Sizə təqdim edim Səadətabad
park kompleksini. Soruşacaqsınız ki, bəs niyə park?
Mən də deyəcəyəm ki, bu park kompleksi 23 şəxsi
bağdan, gülşən, üzümlük və çəmənlikdən ibarət
olduğuna görə onu “park kompleksi” adlandırmaq daha
düzgün. Bu 23 bağ Səfəvi dövlətinin əyan və
əşrəflərinə mənsub idi və onların mülkü hesab
olunurdu.
XYI əsr. Yaxın Şərq. Bu zaman Azərbaycan
Səfəvi dövlətinin iqamətgahı Təbriz şəhərindən
Qəzvinə köçürülür və burada şah Təhmasb (1524-1576)
fərman
verir
ki,
Səadətabad
park
kompleksi
salınsın.
1546-47-ci
illər
Qəzvində
park
kompleksilə əlaqədar konkret işlərin başlanğıcı
kimi tarixə düşür. Şübhə yoxdur ki, şah Təhmasb bu
cür əfsanəvi bir gözəlliyin yaradılması ideyasını
Dostları ilə paylaş: |