351
əksini oğurlayıb özləriylə apardılar. Öz əksinin, və
ya onunla bərabər itmiş ruhunun xiffətindən (yaxud
onlara qarşı olan sevgidən) Nərgiz azarladı və öldü.
Nərgiz öz əksinə vurğunluq, sevgi ucbatından yox,
yasağı pozduğuna görə məhv oldu. Xəstə adama da
güzgüyə baxmağa izn verilmir; söyləyirlər ki, ruh
güzgüdə görünən əksə qoşulub zəif bədəndən “qaça”
bilər. Məgər bu kölgənin, əksin (eynilə ruh kimi)
kosmik dünya ilə ilişkisinə bir işarə deyilmi?
Hər hansı bir kimsənin öldüyü evdə güzgülərin
üstünü
örtürlər
və
ya
onların
üzünü
divara
çevirirlər. Azərbaycanda da belə bir adət var. Lakin
bu inancın şəcərəsi islamdan çox-çox əvvəllərə
söykənir. Hesab olunur ki, ölü bədəndən çıxmış ruh
başqasının güzgüdəki əksini özü ilə apara bilər və
həmin şəxsin ölümünü provakasiya edər. Belə ki,
meyit torpağa tapşırılana qədər ölünün ruhu evdə
qalır. Ona görə də ölü ilə bir otaq da yatmaq da
yasaq buyurulur. Mənim yadımdadır: bağda bizi quyuya
baxmağa, quyuya boylanmağa qoymazdılar. Deyərdilər
ki, quyunun anası var və səni çəkib öz yanına
götürər. Təbii ki, burada uşağı quyuya (suya,
gölməçəyə)
yumbalanmaqdan
qorumaq
istəyinin
gerçəkliyi hər cür mifdən önəmlidir. Amma o da
danılmazdır ki, aborigen tayfalar müxtəlif zaman
kəsimlərində quyuları, gölməçələri, çayları müqəddəs
biliblər, onları öz inanc mərasimlərinin mərkəzinə
qoyublar. Çünki dünya sularında güzgülənmə effekti
var. Nağıllarda, miflərdə belə-belə inancların
rudimentləri o qədərdir ki...
Hərçənd müsəlmanın kölgə və ya güzgü qarşısında
xristian və ya məcusi qədər qorxusu yoxdur. Müsəlman
üçün kölgə oyunu ilk növbədə əyləncədir, sonsuz
həzzdir, şadyanalıqdır. Yaxın və Orta Şərqin islam
əqidəsilə yaşayan məmləkətlərində saray əhli də bu
oyuna böyük həvəslə baxıb, meydan əhli də. Hələ mən
dünyanın
seyrinə
çıxmış
əcnəbi
elgəzləri
352
(səyyahları) demirəm. Həqiqətən, mömin müsəlman
bəndə kölgəyə çox sakit və real münasibət bəsləyir.
Niyə? İslam aləmində bütün sualların cavabını
Qurandan, sünnədən və hədislərdən tapmaq mümkün.
Quranın “ən-Nur”, “Fatir”, “əd-Dəhr” surələrində
kölgə sözü cənnət lövhələrinin təsvirilə bağlı
işlədilir və heç vaxt mistik məna bildiricisi kimi
vurğulanmır.
Burada
kölgə
cənnətin,
cənnət
ağaclarının ruha zövq, dad, ləzzət, verən əlamətidir
(əgər
Muhamməd
peyğəmbər
kölgəyə,
bəzi
islam
üləmalarının dediyi kimi, cinlərin, şeytanların
yığışdığı, toplaşdığı yer kimi baxsaydı, Quran
cənnətdə möminlərə kölgəni rəva bilərdimi?). Bu
surələrdə
kölgə
işığın
yox,
istinin,
alovun,
qızmarın
qarşıdurumu
kimi
anlaşılır.
İşığın
oppozisiyası
kimi
kölgə
neqativdədir,
istinin
qarşıdurumu kimi isə pozitivdə. Axirət dünyasında
müsəlmanlara pis əməllərə görə isti (odlu cəhənnəm),
yaxşı əməllərə görə kölgə (sərin cənnət) vəd edilir.
Onda belə çıxır ki, Qurana görə kölgə (sərin) mömin
bəndələrə behişt hədiyyəsidir, cənnət mükafatıdır.
Adları
çəkilmiş
surələrin
kontekstində
kölgə
sərinlik, dincəlmək üçün guşə, rahatlıq, asudəlik,
əbədi həzz və kef anlamlarının semantik ardıcıllıq
cərgəsini özündə qapsayır. Bu baxımdan demək olar
ki, Quranda kölgənin sırf məişət planında bildirdiyi
real, konkret mənalar saxlanılır, daha doğrusu,
həytatdakı
kölgəlik
effekti
bütövlükdə
cənnət
situasiyasının üzərinə köçürülür. Bu məqamda hər cür
yozum, şərh absurdlaşır. Həqiqətən, Quran gerçək
həyat şəraiti əsasında ideal cənnət situasiyasını
modelləşdirir. Məgər YII yüzildə bədəvi ərəb üçün
səhranın qızmar günəşi altında kölgədən və sudan
daha xoş, daha əziz, daha ləzzətli ayrı bir nəsnə
ola bilərdimi? Ona görə Quran ayələrində kölgə və su
(axar çaylar) cənnətin əbədi kefinə bir işarə, bir
eyham kimi qavranılır. Quranda kölgəyə pozitiv
353
münasibət belə: yəni orada mistika ilə bağlı heç nə
yox.
Lakin bununla birlikdə Quranın “əl-Vaqiə”, “əl-
Mursəlat” kimi surələrində kölgə neqativ mənalar
şəbəkəsində təqdim edilir. Burada kölgə cəhənnəmi
səciyyələndirir artıq: o, nə rahatlıq bəxş edir, nə
də sərinlik; bir kimsəyə də həzz vermir. Çünki
cəhənnəmdə
təsvirlənən
kölgə
duman,
tüstü
kölgəsidir,
cəza
komponentidir.
Onu
zülmət
ekvivalenti
kimi
də
qavramaq
mümkündür,
isti
səhranın bürküsü kimi də: yəni Quran kontekstində
kölgə cəhənnəm situasiyasında belə bədəvi ərəbin
gerçək dünyası ilə öz ilişkilərini itirmir. Susuz
səhrada bürkü ərəb üçün zülmdür, cəhənnəm əzabıdır:
ərəb ən çətin günlərini bürküdə yaşayır. Dediyim
odur ki, Quran kölgəni bəzi surələrdə cəhənnəm
atributu kimi görükdürsə də, ona heç bir mistik
mənalar qoşmur. Hətta mən belə deyərdim ki, Quran
ayələrində xatırladılan kölgənin müəllifi “cənab”
SƏHRADIR. Cənnət və cəhənnəm üçün kölgə obrazı
səhranın fakturasından götürülüb, ərəbin səhra
həyatından imitasiya edilib.
Elə bu məqamdaca bir həqiqəti üzləmək gərəkdir.
Məsələ bu ki, Quranda təqdim olunan kölgə qavrayışı
ilə müsəlman mentallığında mövcud kölgə qavrayışı
üst-üstə düşmür. Qurani-Kərimdə kölgə ilə əlaqədar
heç
bir
fəlsəfi,
dini-kulturoloji
açıqlama
verilmədiyi halda islamın fikir işçiləri kölgə ilə
ilişikli intellektual oyunlarda bulunmağı sevirlər,
kölgəyə mistik don geydirirlər, onu Quranda olmayan
əlavə əlamət və xassələrlə “mükafatlandırırlar”.
Müsəlman mentallığı kölgəni olum, yaşam nişanəsi
bilir. Nədən mən bu nəticəyə gəlirəm? İslam
mədəniyyəti
çərçivəsində
müsəvvirlərə,
yəni
rəssamlara canlı varlıqların şəklini çəkmək yasaq
edilir və onlara ağac, yarpaq, gül təsvirləri
(nəbati naxışlar) üzərində işləmək məsləhət görülür.
Dostları ilə paylaş: |