Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə80/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   76   77   78   79   80   81   82   83   ...   135

 

241 


hava ilə dolub şişir və ağ yelkənlərə bənzəyir. 

Elə  yelkənlərə  bənzəyir  ki,  sanki  bu  dəqiqə 

hərlənib-hərlənib 

səmaya 


qalxacaqdır. 

Səmaxanada  bir-birilə  kəsişən  kiçik  və  böyük 

dairələr  əmələ  gəlir.  Kənardan  baxdıqda  sanki 

maddi əsası olmayan, səmavi təsvirə malik tablo 

alınır. 

Dərvişlər 

dayanmadan 

fırlanırlar, 

Y.E.Bertelsin  bənzətməsinə  görə,  saatın  kiçik 

əqrəbi kimi fırlanırlar; fırlanırlar ki, mənzil 

başına  tez  çatsınlar:  həmin  mənzilə  ki,  orada 

zaman  və  məkan  duyğusu  itir,  gerçəklik  və 

təxəyyül,  yuxu  və  həyat  arasındakı  sərhəd 

aradan  götürülür,  əbədiyyətlə  an  bir-birinə 

bərabər  tutulur,  insan  tanrı  kimilaməkan  olur. 

Getdikcə  dərvişlərin  fırlanma  sürəti  o  qədər 

artır  ki,  hərəkətlə  statika  arasındakı  zahiri 

fərq  sanki  yoxa  çıxır.  Elə  bil  ki,  hərlənən 

dərvişin 

pozası 


əbədiyyətin 

yeganə 


və 

təkrarolunmaz  fotoşəklidir.  Bu  fotoşəkil  sanki 

qalaktikanın  spiralvari  formasının  və  dünya 

burulğanının  inikasıdır.  Üçüncü  salamın  sonuna 

yaxın10/8  ritmik  qəlibində  səslənən  “Axsaq 

səmai” çalınır və dönmələr getdikcə yavaşıyır. 

       Dördüncü 

salamın 

mənası: 

bu 


salam 

səmazənlərin  mənəvi  yolçuluğunun,  meracının 

tamamlandığını, dərvişlərin əbədiyyətə dönüşünü 

bildirir.  Yenidən  “Evfer”  çalınır.  8/6  ritmik 

ölçülü  musiqi  parçası  zamanı  ekstaza  düşənlər 

indi 


bütün 

fikirlərini 

batinlərində 

cəmləşdirirlər.  Elə  təəssürat  yaranır  ki,  güya 

dərvişlər  yerin  cazibəsindən  qurtulub  qaranlıq 

fəza  içində  ağ  tənnurələrilə  fırlanırlar. 

İnstrumental musiqi qurtardıqdan sonra “təqsim” 

bir daha səmaxana fəzasına hakim kəsilir. 

       Bu,  artıq  finaldır,  beşinci  bölümdür, 

ikinci 


hissənin 

tamamıdır. 

Hafiz 

avazla 


Qurandan 

parçalar 

söyləyir. 

Indi 


Şeyxin 

növbəsidir. O, “Hu” kəlməsi ilə bitən “Gülbəng” 

adlı dini duanı oxuduqdan sonra rəqs ustası ilə 



 

242 


bahəm səmaxananın ortasında fırlanmağa başlayır. 

İnstrumental musiqi öncə “pişrou”dan, sonra isə 

“Yürük  səmai”dən  hissələr  səsləndirir.  Burada 

Şeyx Günəşi, səmazənbaşı isə Ayı simvollaşdırır. 

Beləliklə,  səma  məclislərinin  kompozisiyasında 

fəza cismlərinin hərəkətinin canlı şəkli alınır. 

Günəşlə 

Ay, 


gecə 

ilə 


gündüz 

Şeyxlə 


səmazənbaşının  timsalında  yerlərini  növbə  ilə 

bir-birilərinə 

verib 

fırlanırlar. 



Ətraf 

sakitlikdir. Yalnız “Allah” sözünün qısaldılmış 

əvəzləyicisi  olan  “Hu...”  nidasının  sürəkli 

pıçıltısı  eşidilir.  Dərvişəlr  gerçək  varlığa 

laqeydlik  bildirən  üz    ifadəsilə  səmaxananı 

bir-bir  tərk  edirlər.  İndi  onlar  tamam  başqa 

bir  dünyaya  mənsubdurlar.  Bu  dünya  MÜTLƏQ 

GÖZƏLLİK  və  İLAHİ  KAMİLLİK  dünyasıdır.  Bir 

azdan  “Huva”  (Odur)  və  “Hu”  (O)  pıçıltıları  da 

eşidilməz  olur.  Əbədi  sükut  səmaxananın  yeganə 

sahibinə  çevrilir.  Lakin  elə  bu  zaman  yenidən 

hafizin  səsi  eşidilir  və  o,  “Fatihə”  surəsini 

oxumaqla  səma  məclisinin  sona  yetdiyini  bəyan 

edir. 

       Göründüyü 



kimi 

səma 


məclislərinin 

kompozisiyası  çox  sadədir  və  adi,  aramsız 

hərlənmələrdən 

ibarətdir. 

Ancaq 

elə 


ilk 

baxışdan  sadə  və  adi  təsir  bağışlayan  bu 

hərəkətləri yerinə yetirmək üçün dərvişlər Axçi 

Dədənin  rəhbərliyi  altında  uzun  sürən  asketik 

təlim-məşq  prosesi  keçirdilər.  Bu,  ondan  ötrü 

idi  ki,  dərvişlər  mənəvi  təmizliyə,  saflığa 

çatsınlar  və  fırlanğıc  hərəkətlərin  ideal 

icrasına  nail  olsunlar.  Dərvişlər  Mövləvi 

xanəgahında  1001  gün  müddətinə  sığışan  sınağa 

çəkilirdilər.  Bu  sınaq  “çillə”  adlanırdı.  1001 

günlük  çillə  25x40  üstəgəl  1  prinsipi  üzrə 

qurulurdu.  Dərvişlər  25  dəfə  40  gün  ərzində 

müxtəlif sahələrdə fiziki əməklə məşğul olmalı, 

dilənməli və dini biliklərini artırmalı idilər; 

zikr  praktikasını  mənimsəməliydilər.  Sonrakı 



 

243 


bir  gün  isə  səmaxanada  düzəldilən  imtahana 

verilirdi. 

       Dönən 

dərvişlərin 

səma 

məclisləri 



Ortaçağ  müsəlman  mədəniyyətinin  virtual  merac 

teatrıdır,  simvollar  teatrıdır.  Biomexanika 

qanunlarına  əsaslanan  bu  zikr  teatrının,  vəcd 

teatrının 

sadə 

kompozisiyası 



çərçivəsində 

poeziya,  musiqi,  rəqs,  natiqlik  sənəti,  hətta 

kalliqrafiya  belə  vahid  bir  inkişaf  xətti 

ətrafında  yüksək  gözəllik  və  ölçü  duyğusu  ilə 

sintez  olunur.  Vahid  inkişaf  xəttinin,  konkret 

məqsədin,  teatral  obrazlılığın,  dəqiq  ritmik 

strukturun,  güclü  sintezin  mövcudluğu  səma 

məclislərini teatr tamaşaları ilə qohumlaşdırır. 

Şərq  teatrının  aparıcı  prinsiplərinə  söykənən 

mistik-dini pafoslu səma məclislərinin struktur 

elementlərində, 

onların 


ard-arda 

düzülmə 


münasibətlərində 

Orta 


əsrlər 

müsəlman 

mədəniyyəti  üçün  xarakterik  dünya  modelinin, 

sufi  kosmoqoniyasının  qrafik  sxemini  görmək 

mümkündür.  Bu  məclislərin  dini  təfəkkürlə  sıx 

əlaqəsinə  baxmayaraq  onlar  Orta  yüzillərin 

demokratik  xarakterli  mədəniyyət  hadisəsi  olub 

əsas  etibarı  ilə  şəhər  əhalisinin,  sənətkar 

təbəqəsinin  ovqatını  əks  etdirmişdir.  Hətta 

Mövlananın 

vaxtında 

səmaxanalarda 

qadın 

zikrləri  də  keçirilmişdir.  Əksər  hallarda  səma 



məclisləri 

bollu 


yemək-içməklə 

müşayət 


olunmuşdur. Bu faktın özü də mövləvi zikrlərini, 

dərvişlərin  səma  məclislərini  Şərq  teatrı 

müstəvisində öyrənməyə bir şans verir. 

 

 



 

 

 



 

 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə