Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə78/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   74   75   76   77   78   79   80   81   ...   135

 

235 


tuman  DƏSTƏGÜL  adlanır.  Tənnurənin  yuxarısı 

haradasa  canlığı  xatırladır.  Onu  sol  tərəfdən 

tumana  bərkidirlər,  sağ  tərəfdən  isə  açıq 

qoyurlar.  Tənnurənin  belə  biçimi  hərlənmə 

zamanı dərvişlərin aldıqları pozanın quruluşuna, 

eydetikasına  xələl  gətirməməkdən  ötrüdür.  Ağ 

rəngli  tənnurə  həm  də  dərvişlərin  kəfənə 

büründüyünü 

bildirir. 

Fırfıra 


dərvişlər 

bellərinə əlif-lam formasında dörd barmaq enin-

də  bir  qurşaq  da  bağlayırlar.  Bu,  “lə  ilahə 

illəllah”  (“Allahdan  başqa  məbud  yoxdur”) 

kəlməsini  eyhamlaşdırır.  Tənnurənin  üstündən 

dərvişlər 

qara 


rəngli 

xirqə 


(Ortaçağ 

miniatürlərində  xirqənin  rəngi  yaşıl  verilir) 

geyinirlər. Xirqə dərvişlərin qəbrinə işarədir. 

Onların  başlarına  qoyduqları  konusvari  tünd 

qəhvəyi 

rəngli 


papaqsa 

“sikkə” 

adlanır. 

Mövləvilər onu öz qəbirlərinə başdaşı bilirlər. 

Avropalı üçün silindr, konus şəkilli papaq kimi 

görünən  sikkə  əslində  “Ya  Həzrət  Mövlana” 

kəlməsinin  kalliqrafik  quruluşunun  inikasıdır. 

Fırfıra  dərvişlərin  simvolik  geyim  tərzi  hansı 

mənaları  ifadə  edir?  Sufilikdə  “fəna”  (yoxluq, 

ölüm,  heçləşmək)  təriqətin  sonuncu  dayanacağı, 

özünü 


təkmilləşdirməyin, 

mənəvi 


kamilliyin 

zirvəsi hesab olunur. Mövlananın bilgisinə görə 

“fəna”  son  deyildir,  başlanğıcdır,  “şəb-e 

ərus”dur,  toy  gecəsidir,  tanrı  ilə  vəsl 

gecəsidir,  əbədiyyət  astanasıdır.  İnsanı  vəslə 

yetirənsə  eşqdir.  Ona  görə  dərvişlərin  geyimi 

cismani  ölümü,  dünyaya  qarşı  biganəliyi,  səma 

isə  fəna  məqamından  sonra  eşqlə  cuşa  gələn 

ruhun  uçuşunu,  İstəkli  ilə  vəslini,  bəqanı, 

yəni əbədiliyi simvollaşdırır. Mövlana deyir ki, 

toy gecəsində biz öz fərq nişanələrimizi itirib, 

“mən”liyimizdən  azad  olub  Allah  nişanələrini 

güzgü  kimi  özümüzdə  əks  etdirərik,  Onun 

nişanələrini qəbul edərik. Sevgi olmasa, “şəb-e 

ərus”  mümkünsüz.  İnsan  sevmək  və  sevilmək  üçün 




 

236 


yaradılıb.  Hərçənd  Cəlaləddin  Rumi  anladır  ki, 

bütün eşqlər ilahi eşqə yalnız bir körpü... 

       Onda 

bəs 


dönmək 

nəmənə? 


Mövləvi 

bilgisinə  görə  dünyada  hər  şey  fasiləsiz 

şəkildə 

dönməkdədir. 

Maddəni 

təşkil 


edən 

atomlar daim dönər; Yer kürəsi həm öz oxu, həm 

də 

Günəş 


ətrafında 

dönüb 


də 

fırlanar; 

damarlardakı  qan  dönməklə  hərəkətini  davam 

etdirər,  insana  həyat  verər.  Belə  ki,  dönmək 

kainatın  yaranış  qanunu...  Varlıq  dönürsə, 

demək, yaşayır... 

       Mövləvi  qardaşlığının  səma  məclisləri 

dəqiq və səliqə ilə işlənmiş struktura malikdir. 



Bu struktur səma məclislərində Sözün, Rəqsin və 

Musiqinin harmonik vəhdətini təmin edir.  

       Səma 

məclisi 


beş 

bölümdən 

(Qərb 

tədqiqatçılarının  yazdıqlarına  görə  isə  iki 



hissədən) ibarətdir: 

       Dərvişlər səmazənbaşının (“rəqs ustası”) 

rəhbərliyi  ilə  səmavi  sədalar  otağına  daxil 

olurlar.  Şeyx,  səma  məclislərində  ən  hörmətli 

şəxs, 

səmazənlərin 

(rəqqas 


dərvişlərin) 

arxasınca  gəlir.  Dərvişəlr  bir-birinə  başla 

təzim 

edib, 


bir-birini 

başın 


fırlanğıc 

hərəkətlərilə  “salamlayıb”  cərgəyə  düzülürlər. 

Şeyx,  səmazənbaşı,  Axçı  Dədə  (“aşpaz  dədə”, 

yəni  səma  məclislərində  iştirak  etmək  üçün 

dərvişləri 

“bişirən”, 

hazırlayan, 

onları 


müxtəlif sınaq mərhələlərindən keçirən şəxs) ağ 

sikkə  qoyduqlarına  görə  digər  dərvişlərdən 

fərqlənirlər.  Dərvişlər  aram  yerişlə  qırmızı 

rəngə  boyanmış  qoç  dərisinə  yaxınlaşırlar.  Bu, 

Günəşin  simvoludur  ki,  ona  da  farsca  “Şəms” 

deyilir.  “Təbriz”  sözü  də  Günəşi  bildirir. 

Deməli,  səmazənlərin  Günəşin  simvoluna  təzimi 

sufilikdə işıq kultu, Mövləvilərdə isə Şəms əd-

Din  Təbriziyə  qarşı  ehtiram  hissilə  bağlıdır. 

Dərvişlər  hərəkətin  ahəstə  ritmini  saxlamaq 

şərtilə  öz  yerlərinə  keçib  dairə  boyunca 



 

237 


əyləşirlər.  Hafiz,  Quranı  əzbər  söyləyən  şəxs, 

“Fatihə” surəsini və “Rast” muğamı üstündə dini 

musiqi  formasında  bəstələnmiş  “Nət-i  Şərif”i 

(sözləri 

Ruminindir) 

oxuyur. 

Bu, 

birinci 

bölümdür:  məqsədi  Muhamməd  Mustafanı,  onu  xəlq 

eləmiş  Allahı  və  digər  tanrı  peyğəmbərlərini 

mədh etməkdir.  

       “Nət-i  Şərif”  tamamlanan  kimi  “təqsim”, 

yəni  neyin  improvizəsi  başlayır.  Dərvişlər  bu 

zaman  diz  üstündə  oturub  “tənhalar  sirdaşı” 

neyin  səsini  dinləyir  və  gözlərini  qapayıb 

yerlərində  yırğalanırlar.  Bu,  ikinci  bölümdür

hər şeyə can verən ilahi nəfəsin təmsilçisidir. 

Nəfəssiz bütün canlılar cansızlığa məhkum. 

       Neyin  naləsi  qurtaran  andaca  dərvişlər 

cəld  bir  hərəkətlə  əllərini  yerə  vurub  qiyamət 

gününə və qıl körpüyə çatdıqlarını bildirirlər. 

Onlar 


ayağa 

qalxıb 


şeyxin 

ardınca 


saat 

əqrəbinin  əksi  istiqamətində  dairə  perimetri 

boyunca gəzişirlər. Üçüncü bölüm başlanır. 56/4 

ritmik  qəlibi  gözlənilmək  şərtilə  mövləvi 

musiqisinin  “pişrou”  və  ya  “peşrev”  adlanan 

giriş  hissəsi  çalınır.  Bu  zaman  dərvişlər  baş-

larını  çevrə  cızmaq  şərtilə  yavaşca  hərlədə-

hərlədə  bir-birini  salamlayırlar.  Beləliklə, 



Sirr  bir  dərvişdən  digərinə  ötürülür  və  səma 

məclisinin  kompozisiyasında  əyaniləşir.  Başın 

çevrə  boyunca  hərəkət  etdirilməsi  əslində 

“salamlamaq”  yox,  sufisayağı  “zikr”dir.  “Zikr” 



anmaq,  yada  salmaq,  xatırlamaq  deməkdir  və 

təlqin  formulu  sayılan  “lə  ilahə  illəllah”dan 

ibarətdir.  Bu,  dil  üçün  olan  zikrdir.  Dil 

ağızda  dönür  və  Allahı  anır.  Sufilik  islamın 

ezoterik  aspekti  olduğu  üçün  burada  eyhamla 

danışmaq,  mənanı  işarə  xarakteri  daşıyan  bədii 

obrazla  ifadə  etmək  daha  güclüdür.  Sufilikdə 

zikr passiv meditasiyanın aktiv qarşıdurumudur. 



Passiv  meditasiya  fikirdir,  aktiv  meditasiya  – 

zikr. Mövləvilərsə deyir ki, Allahı təkcə dildə 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə