53
ƏR VƏ ARVAD ÜÇÜN İNTİM TEATR
yaxud
MƏŞƏDİ İBAD NECƏ VARSA
Bəri başdan məlumunuz olsun ki, mən Üzeyir bəy
Hacıbəylinin
sənət
dünyası
barədə
deyilib-
yazılanları təkrar eləməyəcəyəm; yəni məlumunuz
olsun ki, mənim bu məqaləmi oxumaq, orijinal
rakurslar,
qəfil
mülahizələr
içindən
görünən
təhlil, şərh və yozumlarla tanış olmaq istəyən şəxs
milli
mentalitetdə
ədəbi-bədii
hadisələrin
qavranılması, onların mədəniyyət tarixində konkret
estetik
məna
bildiricisinə
çevrilməsilə
bağlı
formalaşmış düşüncə qəliblərini “qatlayıb” qırağa
qoymalıdır,
ya
da
“sındırıb”
birdəfəlik
tullamalıdır. Yoxsa bu araşdırmadan zövq almaq,
Üzeyir bəyin Azərbaycan mədəniyyətinə münasibətində
aşkarlanan və hələ indiyəcən rəsmi tədqiqatlarda
vurğulanmayan bir neçə cəhətə, məqama heyrətlənmək
mümkün olmayacaq. İş bu ki, mən məqaləmdə Üzeyir
bəyin komediyalarında dəfələrlə zühura gələn, lakin
çoxsaylı eyhamlar, işarələr arxasında itib-batan və
nəticədə “tanınmayan”, anlaşılmayan bəzi gizli,
məxfi mənaları faş etməkdən, bəyana gətirməkdən,
çözməkdən ötrü ontoloji poetikanı, və onun təhlil
metodologiyasını üstün tutmuşam,
məqbul bilmişəm, yararlı saymışam. Elə isə...
ONTOLOJİ POETİKADAN
1
BOYLANAN MƏTLƏBLƏR
Ontoloji poetikanın məqsədi ədəbi personajın
(öncə əsər qəhrəmanının) bədən özünəməxsusluğunun,
bədən quruluşunun, bədən səciyyəsinin, fizioloji
potensialının
onun
davranışına,
danışığına,
rəftarına,
psixologiyasına,
başqaları
ilə
münasibətlərinə,
toplumsal
siyasi
əlaqələrinə,
54
düşüncə tərzinə və birbaşa fikirlərinə təsirini
öyrənməkdir. Məsələ budur ki, personajın bədəninin
mövcudluq məntiqi, varolma məntiqi bədii mətnin
özü ilə ilişkili formalaşmış analitik şərhlərin,
tarixi-sosial
yozumların,
fəlsəfi-estetik
süsləmələrin, təhlil hücrələrində çinlənmiş tənqidi
yazıların,
izahatların
hamısından
daha
çox
informativdir.
Ədəbi-bədii əsərlərə ontoloji yanaşma yönü
bədii
mətnlərin
içindən
tamam
yeni
mənalar
çıxarmağa qabildir. Bədən insanın ontoloji məğzini
konkretləşdirir,
onun
vücudlar
və
təzahürlər
aləmində olum hüdudlarını müəyyənləşdirir. “Mən”
bədəndən ayrı yaşamır. Bədənsiz “mən” yoxdur: amma
əksinə ola bilir. “Mən”in ömrü “mən”in yaşadığı
bədənin ömrü qədərdir. Ömür hər bir vaxt bədənin
ömrüdür. Tale “mən”ə verilir, ömür bədənə. Bədən
yaşayır,
“mən”
isə
taleyini
gerçəkləşdirir.
Personajın bədəni də haradasa ədəbi-bədii əsərin
ontoloji pasportu, ontoloji vəsiqəsi kimi bir
şeydir.
Ancaq bununla belə... personajın bədəni, demək
olar ki, həmişə potensial müəmmadır. Çox vaxt bədii
əsərlərdə
bədən
obrazın
fəaliyyət
cədvəli,
ehtirasları,
ideyaları
və
ovqatı
arxasında
gizlədilir. Bəlkə də elə buna görədir ki, ədəbi
qəhrəmanı görkəmcə hərə öz təsəvvürndə bir cür
“rəsm edir”. Lakin bədii əsərdə bədən özünü
tanıtmaq,
özünü
göstərmək,
başqa
cür
desək,
güzgülənmək imkanını, fürsətini, bir an da olsun
belə, əldən qaçırmır.
Nə səbəbə? Çünki personaj “bədənləşəndə”,
konkret bədənə sığanda onun kosmosla birbaşa
ilişkisi fiksə edilir. Burada mediator, təbii ki,
müəllif olur. “Mən”i kainatla, ərşlə, fələk və
mələklərlə bağlayan bədəndir. Deməli, bu xüsusda
“mən”in iradə payı minimaldır. Nədən ki, iradə hər
55
an bədənin hökmünə və diktəsinə tabedir. Bu hökm
(diktə) Allahdan, tanrı planetlərindən, tanrı
bürclərindən, tanrı ulduzlarından gəlir. İnsanın,
eləcə də ədəbi qəhrəmanın, fəaliyyət yönü də,
əməlinin hüsnü də, bütövlükdə yaşamaq üslubu da,
həyat tərzi də onun bədən imkanları ilə şərtlənir.
Bədən hər bir əsər üçün həlledici ontoloji
faktordur.
Amma nədənsə personajın bədəni müəllifdən
ötəri heç vaxt problemə çevrilmir, onu aktiv
şəkildə
məşğul
eləmir.
Müəllif
yaradıcılıq
prosesində personajı həmişə canlı-canlı, konkret
bir qiyafədə “görür”, təsəvvür edir. Bu, birincisi.
İkincisi: müəllif bilincaltı qatında personajın
bədəni ilə daim sensual rabitədədir. Əkizlər bir-
birlərini necə duyurlarsa, müəllif də qəhrəmanın
bədənini eləcə duyur. Bu da sonucda ona gətirib
çıxarır ki, müəllif öz personajının bədəninə, onun
bədəninin
gündəlik
həyat
ritminə
qarşı
etinasızlaşır (axı, o mənəm). Yaradıcılıq zamanı
müəllif öz bədənini “unutduğu” kimi personajın
bədənini də “unudur”. Nəticə də bu olur ki, heç kəs
öz təsəvvüründə personajı, əsərdə necə varsa, elə
düz o cür də “rəsm” edə bilmir. Yəni oxucu
imaginasiyasında ədəbi personaj bədən etibarı ilə
heç
vədə
müəllifin
yaratdığı
obrazın
aydın
fotoşəkli olmur və bir qayda kimi yalnız fotoşəklin
qarışıq siluetli neqativi qismində təcəssüm tapır.
Güzgü variantı burada işləmir. Ədəbi qəhrəmanın
kino
versiyası,
yəni
ekran
vizuallığı
bütün
hallarda təqribi yaxınlaşmadır, rejissor, rəssam,
aktyor və qrim ustasının “personaj” ətrafında
improvizəsidir. Bu da ondan irəli gəlir ki, müəllif
həmişə ideya, hadisə, ovqat “həşirindədir” və o,
resipiyentin
diqqətini
planlı
şəkildə
mənaya,
mənanın
kontekstinə
və
səbəblərinə
doğru
istiqamətləndirir,
qəhrəmanın
bədənini
isə
Dostları ilə paylaş: |