Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,41 Mb.
səhifə134/159
tarix30.12.2023
ölçüsü2,41 Mb.
#165822
1   ...   130   131   132   133   134   135   136   137   ...   159
664. Allahın rəsulu (s): (Ailə xərclərində) ərini qüdrəti çatmayan işlərə məcbur etmək və yaxud, Tanrı bəndələrindən birinin yanında, istər özününkü olsun, istərsə də, özgəsi, ondan gileylənmək qadına caiz deyildir.3
665. Allahın rəsulu (s): Agah olun! Əri ilə yola getməyən və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının (Tanrı dərgahında) heç bir yaxşı işi qəbul olunmaz. (Qiyamət günü) Allah-təalanın hüzuruna getdiyi zaman , Onu qəzəbli görər.4

5\3

Həyat yoldaşına minnət qoymaq


666. Allahın rəsulu (s): Öz sərvəti ilə ərinə minnət qoyan, "Sən mənim var-dövlətimdən yeyirsən."- deyən qadın, əgər bütün sərvətini Tanrı yolunda sədəqə belə versə, ərinin könlünü almayınca, Allah-təala qəbul etməz.1
667. Allahın rəsulu (s): Qadın yer üzünün bütün qızıl-gümüşünü ər evinə aparsa, amma günlərdən bir günü ona bunun üçün minnət qoysa və " Sən kimsən? Bu mənim var-dövlətimdir."- söyləsə, sonra tövbə edib, sözündən dönməsə və ərindən üzr istəməsə, bütün (yaxşı) əməlləri hədər olacaq. Hətta insanların ən abidi olsa belə.2

6\3

Yola getməmək


668. İmam Əli (ə): Ən pis həyat yoldaşı, əri ilə yola getməyən qadındır.3
7\3

Ərindən başqası üçün bəzənmək


669. Allahın rəsulu (s): Qadının (özgə kişiləri cəlb etmək məqsədi ilə) bəzənib, ətir vurub evdən çölə çıxmasına razı olan ərə, onun atdığı hər addımın müqabilində cəhənnəmdə bir (əzab) evi inşa olunar.4
670. Allahın rəsulu (s): Qadınının (iffətsizlik niyyəti ilə) bəzənərək evdən çölə çıxmasına razı olan ər, dəyyus (qeyrəsiz) insandır. Onu belə adlandıran şəxs, günah işlətməmişdir.5
671. Allahın rəsulu (s): Ey Həvla! Öz zinətlənmiş (bəzənmiş halını) ərindən başqası üçün aşkar etmə. Ey Həvla! Heç bir qadına halal (caiz) deyildir ki, biləyini və ayağını ərindən başqasına göstərsin. Əgər bu tövsiyəyə qulaq asma, daim Allahım lənəti və narazılığına düçar olar. Allah-təala ona qəzəblənər. Allahın mələkləri onu lənətləyər və onun üçün dəhşətli əzab hazırlayar.1

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə