Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,41 Mb.
səhifə133/159
tarix30.12.2023
ölçüsü2,41 Mb.
#165822
1   ...   129   130   131   132   133   134   135   136   ...   159

Əri qəzəbdirmək


657. Allahın rəsulu (s): "Ərini narahat edən qadına vay olsun və xoşbəxt qadın odur ki, əri ondan razı qalsın."4
3\3

Naşüurlük


658. Allahın rəsulu (s): Allah-təala ərinə ehtiyaclı olduğu halda, ona təşəkkür etməyən qadına baxmaz.5
659. Allahın rəsulu (s): Allah-təala, qiyamət günü, həyat yoldaşına ehtiyacı olduğu halda ona təşəkkür etməyən qadına nəzər etməz.6
660. İmam Sadiq (ə): Ərinә "mәn sәndәn hеç vахt хеyir görmәmişәm"-deyən qаdın bütün yахşı әmәllәrinin savabı hədər olar.1
661. "Müsnədi-ibn Hənbəl": Əsma Ənsari rəvayət edir: Bir gün, Allahın rəsulu (s) məscidin yanından keçərkən qadınların birlikdə əyləşdiyini gördü. Əli ilə onlara salam verib, buyurdu: "Sizə nemət verən şəxslərə naşükürlük etməkdən çəkinin! Sizə nemət verən şəxslərə naşükürlük etməkdən çəkinin!"
Onlardan biri dedi: Ey Allahın rəsulu! Allaha pənah aparıram. Ey Allahın elçisi! Allaha qarşı naşükürlük etməkdən, Ona pənah aparıram.
Buyurdu: "Bəli. Szilərdən bəzisi uzun müddət evdə ərsiz qalır. Sonra Allah-təala ona ər qismət edir. Ona övlad və göz nurunu ruzi verir. Bununla belə (Allahın ona əta etdiyi bütün bu nemətlərə baxmayaraq), əsəbləşdiyi zaman Allaha and içir ki, ərindən bir saat da olsun xeyir görməyib. Bu özü də, Allahın nemətlərinə və nümət verənlərinə qarşı naşükürlükdür."2

4\3

Əri, qüdrəti çatmayan işlərə məcbur etmək


662. Allahın rəsulu (s): Allah-təala ailə xərclərində ərinə çətinlik yaradan və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının tövbəsini, sədəqəsini qəbul etməz. Yalnız tövbə edib, doğru yola dönsə və ərinin gücü çatdığı miqdarda ondan (xərclik) tələb etsə, bağışlanar.1
663. Allahın rəsulu (s): Hər kimin həyat yoldaşı, onunla yola getməsə, Allahın ərinə verdiyi ruziyə qane olmasa və ona çətinliklər yaratsa, Allah-təala onu oddan saxlaya bilən heç bir yaxşı əməlini qəbul etməz. O, belə davrandıqca, Allah ona qəzəblənər.2

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə