Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

rabitəsi vasitəsilə aldığı xəbərləri ingilis dilindən tərcümə etmək üçün xüsusi 
tərcüməçilər  qrupu  da  yaradıldı.  Qəzetin  ingilis  versiyası  “Röyter”in  ma-
teriallarının  orijinal  versiyasını  dərc  etməyə  başladı.  “Günay”ın  naşirləri 
respublikada  analoqu  olmayan  bu  yeniliyin  böyük  uğur  gətirəcəyinə 
inanırdılar. Gözləmək olardı ki, oxucu dünya xəbərləri ilə zəngin olan qəzeti 
köşkdə  qoymayacaq.  Amma  ümidlər  özünü  doğrultmadı.  Səbəb  qəzetin 
beynəlxalq xəbərlərə daha çox yer ayırması idi. Oxucuları şahzadə Diananın 
ölümünün  detalları,  Paris  modelyerlərinin  yeni  kolleksiyaları    daha  az  ma-
raqlandırırdı.  “Günay”  bu  addımı  atanda  Azərbaycan  auditoriyasının 
hazırlığını, bir də coğrafi amili nəzərdən qaçırmışdı. 
 
 
 
100 il əvvəl redaktorlar Qəzet və Auditoriya barədə belə deyirdilər... 
 “Həqiqət, qəzet camaat üçündür, camaat qəzet üçün deyildir...”  
                                                    Həsən bəy Zərdabi,  
Əkinçi” qəzetinin redaktoru 
 
 
 
 
 
 
Çalışmalar: 
1.
 
Qəzetlərdən  xəbərləri  seçin,  onları  xəbər  dəyərlərinə  görə 
qiymətləndirin. 
2.
 
Qeyri-adi  xəbər  tapın,  onun oxucu  üçün  nəyə görə  maraqlı olduğunu 
araşdırın.  Siz  redaktor  olsa  idiniz,  bu  xəbərə  qəzetdə  yer 
ayırardınızmı? 


3.
 
Oxucunun  yararlana  biləcəyi  xəbərləri  tapın.  Bu  xəbərlər  oxucuya 
qərar  qəbul  etməkdə  yardımçı  ola  bilirmi?  Bu  baxımdan  xəbərdə 
çatışmayan informasiya varmı?  
4.
 
Qəzetin  bir  sayında  dərc  edilmiş  xəbərləri  sti  və  Soyuq  xəbərlərə 
çeşidləyin. Seçiminizi əsaslandırın. 
5.
 
“Ayna”,  “Exo”,  “525”,  “Yeni  Azərbaycan”  və  “Azadlıq” 
qəzetlərində  eyni  gündə  dərc  edilmiş  eyni  informasiyanın  müxtəlif 
versiyalarını  tapın.  Bu  xəbərlərin  versiyaları  arasında  fərqləri 
araşdırın.  Sizcə,  qəzetin  auditoriyası  fərqli  xəbərlərin  yazılmasına 
səbəb olurmu? Fikrinizi əsaslandırın.  
 
 Ədəbiyyat:  
1.
 
Adee  K.W.,  Ault  H.  Phillip,  Emery  E.  Reporting  and  Writing  News. 
NY, Harper & Row, 1983, p. 23-34. 
2.
 
Brooks  S.B.,  Kennedy  G.,  Moen  R.Daryl,  Ranly  D.  News  Reporting 
and Writing. NY, Bedford/St.Martin’s, 2002, p. 4-9.  
3.
 
Mencher  M.  News  Reporting  and  Writing.  USA,  Brown  & 
Benchmark, 1997, p. 67-68. 
4.
 
Рендалл Д., Универсальный журналист. M., ProMedia, 1996. с.12-
16. 
5.
 
Fichtelius E. Jurnalistikanın on qızıl qaydası. Bakı, Adiloğlu, 2002, s. 
16-20.  
 
 
 
 


FƏS L 2. XƏBƏR TAPANLAR 
 
 
 
 
Hamı cənab Fakt qarşısında papağını çıxarır. 
 
 
 
 
 
 
 
 
 
 A.M.B. Stendal 
 
  
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Peşəkar reportyor hansı 
keyfiyyətlərə sahib olmalı-
dır? 

 
Xəbər və rəy jurnalistikası 
niyə bir-birində
ayrılmalıdır? 

 
Qəzetin strukturu necə 
olmalıdır? 

 
Xəbər standartlarının önəmi 
nədir? 

 
Universal xəbə
standartları hansılardır? 
 
Reportyor kimdir? 
 
“Sizcə, peşəkar reportyor kimdir, o, necə olmalıdır ?” ABŞ-ın Kolora-
do  Universitetinin  jurnalistika  fakültəsinin  müəllimi  Daq  Kosper  BDU-nun 
jurnalistika fakültəsində növbəti dərsə bu sualla başladı... 
Arxa  partadan  kimsə:  –    Peşəkar  reportyor  insanlara  yol  göstərməlidir!  – 
dedi. 
Daq: – Niyə? O, oxucusundan daha ağıllıdır? 
Yaraşıqlı  bir  qız:  –  Gözəl  olmalıdır,  zövqlə  geyinməlidir  ki,  müsahibinin 
könlünü oxşasın. 
Daq: –  Yəni kifirlər informasiya ala bilmirlər? 
dmançı tələbə: – Cəld və arıq olmalıdır. 


Daq: –  Heç vaxt kök reportyora rast gəlməmisiniz?  
 
Daqın düzgün cavab axtarışında göstərdiyi inadkarlıq tələbələrdən bi-
rini  elə  bil  yuxudan  ayıltdı:  “Reportyor  inadkar  olmalıdır”.  Bu  cavabı  Daq 
geniş təbəssüm, ucadan və ürəkdən “Thanks!!!” – deməklə mükafatlandırdı. 
 
Yalnız indi tələbələr anladılar ki, söhbət reportyorun görkəmindən de-
yil,  onun  bir  peşəkar  kimi  özəlliklərindən,  təbiətindən  gedir.  nadkarlıq  bu 
keyfiyyətlərdən birincisi olsa da, yalnız biridir. 
 

 
nadkarlıq. Yəni davamlı və ardıcıl olmaq. 
 
“ nadkar olun! Sualınıza cavab vermirlərsə, abrınıza bükülüb kiminsə 
xətrinə  dəyəcəyinizi  fikirləşməyin.  Axı  siz  oxucu  üçün  işləyirsiniz”. 
 
Deyəsən,  tələbələr  Daqın  sözlərini  qulaqlarına  necə  lazımdırsa  sırğa 
etmişdilər.  Bir  neçə  aydan  sonra  onlara  mikrorayonda  yerləşən  bərbad  bir 
parkın  nə  vaxt  abadlaşdırılacağını  öyrənmək  tapşırığını  verdim.  Səhəri  qu-
laqlarıma  inanmadım.  “Biz  dünən  cra  hakimiyyətinə  və  MK S-ə  25  dəfə 
zəng etdik. Əlimizdən cana doymuşdular. Amma dəqiq heç nə öyrənə bilmə-
dik”.  
 
Sonucda tələbələrin yazdıqları xəbər bu oldu: 
Parka sahib çıxan olmadı  
Aygün Mustafayeva, 11.07.06 
 
Cavadxan  küçəsi  11-də  yerləşən  park  istirahət  üçün  yararsızdır. 
Parkda  olan  qırıq  oturacaqlar,  natəmizlik,  yandırılmış  otlar  buna 
sübutdur. Sakinlərin şikayəti isə natəmizliklə bağlıdır.  
 
Nəsimi  Rayon  cra  Hakimiyyətinin  ümumi  şöbəsinin  müdiri  Nazim 
Quliyevin  sözlərinə  görə,  həmin  sahəyə  33  saylı  MK S  cavabdehdir.  Lakin 
parkın sahəsi çox böyük olduğundan buraya 31 və 23 saylı MK S-lər də cəlb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə