olunur. Bu MK S-lər parka cavabdehliyi bir-birinin boynuna atdılar və
dəqiq cavab verən olmadı.
Bakı Səhər cra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən
aldığımız məlumata görə, həmin ərazi Nəsimi Rayon cra Hakimiyyətinin
səlahiyyətindədir.
Bu xəbəri oxuyandan sonra hər şey bəlli oldu. Tələbələr inadkarlıq
etsələr də, tapşırığı yerinə yetirib nə parkın nə vaxt abadlaşdırılacağını öy-
rənmişdilər, nə də onun nəzarətsiz olduğunu sübut etmişdilər. Nəticədə,
oxucu xəbərsiz qalmışdı. Amma tələbələr işləmişdilər, inadkarlıq
göstərmişdilər. Elə isə uğursuzluğun səbəbi nədir? nadkarlığı tərslik, başı
divara döymək, iki ayağı bir başmağa soxmaq kimi anlamaq olmaz.
Reportyorun inadkarlığı onun davamlı, ardıcıl olması, yəni bir məsələni
öyrənib sona çatdırması deməkdir. Bunun üçünsə düşünərək işləmək
lazımdır. Elə buna görə də inadkarlıq çox vacib başqa bir keyfiyyətlə
müşayiət olunmalıdır. Bu, hər şeyi bilmək və ya hərtərəfli olmaqdır.
•
Hərtərəflilik. Öyrənməkdən usanmamaq.
Parkın nə vaxt abadlaşdırılacağını öyrənməli olan tələbələri yoran icra
hakimiyyəti ( H) ilə MK S arasında telefon tələsinə düşmək idi. Onlar üstə-
lik MK S-lərin hansı qurumun tabeliyində olduqlarını dəqiq bilmədikləri
üçün H-dən aldıqları informasiyanı analiz edərək düzgün nəticəyə gəlib,
MK S-ə ünvanlayacaqları sualları müəyyən edə bilməmişdilər. Hətta parkın
ərazisinin icra hakimiyyətinin səlahiyyətində olduğunu müəyyənləşdirmək
üçün Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də üz tutmuşdular. Dövlət orqanla-
rının işi barədə dumanlı təsəvvür belə bir dumanlı xəbərin yazılmasına gəti-
rib çıxarmışdı. Demək, peşəkar reportyor daim öz üzərində çalışmalıdır. Xü-
susilə hüquqi biliklərini zənginləşdirməlidir. Çətinə düşəndə peşəkarlarla
məsləhətləşməlidir.
Dünyagörüşünün geniş olması sizə rəngləri fərqləndirməyə, hamının
duymadıqlarını sezməyə, hadisələrə daha dərindən varmağa kömək edəcək.
Bax onda yeni mövzuların təşəbbüskarı ola bilərsiniz.
•
Təşəbbüskarlıq. Buna görə jurnalistikada cəza yoxdur.
Belə bir deyim var: “Təşəbbüs cəzalandırılır”. Bu, bir çox idarələrdə
yazılmamış qanundur. Yaxşısı budur, hamı necə, sən də elə olasan. Jurnalis-
tikada isə əksinə, təşəbbüs yox, məhz təşəbbüssüzlük cəzalandırıla bilər. Bi-
zim təşəbbüslərimiz müxtəlif ola bilər: məsələn, bir reportyoru quş qripi
xəbərinin gündəmdə yer aldığı zaman “gözlənilmədən” şəhərdə “Amerika
toyuğu sağlamlıdır” kimi reklamın niyə peyda olması maraqlandırdığı halda,
başqa birisini rəsmi məlumatlarda sətəlcəmdən öldüyü xəbər verilən
xəstələrin H1N5 virusuna tutulub-tutulmadığı sualı rahat buraxmaya bilər.
Təşəbbüskarlıq azdır. Təşəbbüslərin arxasında dayanmağı bacarmaq
lazımdır. Bunu yalnız qorxmaz, cəsarətli insanlar edə bilər.
•
Cəsarət. Cəzalandırıla bilər.
1989-cu ildə Salatın Əsgərova körpə oğlu Ceyhunu evdə – nənə-baba-
nın yanında qoyub növbəti dəfə Qarabağa yollananda bilirdi ki, odun-alovun
içərisinə gedir, qayıtmaya bilər.
1990-cı ildə Elmira Əmrah qızı telefon danışığının xərcini ödəmək
üçün nişan üzüyünü lombarda qoyub “Azadlıq” radiostansiyasına məlumat
verəndə bilirdi ki, onu tuta bilərlər.
Çingiz Mustafayev öz ölümünü kamerası ilə çəkdi.
Elmar Hüseynov bilirdi ki, hər yazısı son yazı ola bilər. Elmar yazırdı:
“Qorxu istənilən normal insana uşaqlıqdan məlum olan adi bir hiss deyil.
Qorxu böyük bir fəlsəfədir”.
Cəsurluq candan gəlməlidir. Reportyora inadkarlığı, hərtərəfli və tə-
şəbbüskar olmağı aşılamaq, bunları vərdişə çevirmək olar. Cəsarətə gələndə
isə… Burada yeganə çıxış yolu faktlı olmağı öyrətməkdir. Çünki peşəkar
jurnalistikanın qorxuya qarşı ən güclü silahı faktdır.
•
Faktlılıq. Ən güclü silah.
Reportyorun işinin canı xəbəri toplamaqdır. Xəbərin canı faktdır. De-
mək, reportyor faktlı olmalıdır. T. Repkova faktlılığı belə izah edir: “Faktlı
olmaq xəbərləri yazarkən fikirlərə deyil, faktlara üstünlük vermək deməkdir.
Bu həm də jurnalistikanın dəqiq, səliqəli və auentik olmaq, faktları öz qay-
dasında almaqla yanaşı, məhz gərəkli faktları əldə etmək məcburiyyətidir”.
8
Məs. “Axşam olanda parkda göz-gözü görmür” əvəzinə, “Parkın 5 fənərin-
dən biri də yanmır” yazmaq daha təsirlidir. Belədə oxucuda hisslərə deyil,
faktlara əsaslanan daha dolğun təəssürat yaranır. Faktlı olmaq asan deyil.
Bunun üçün ən azı parkı dolaşıb, fənərləri saymaq lazımdır. Faktlı olmaq
daha səbirli olmaq, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmaqdır. Fakt-
lı olmaq oxucuya hörmətin ən bariz göstəricisidir. Bu, XX əsr jurnalis-
tikasının fakta münasibət fəlsəfəsidir.
8
Repkova T. Yeni Dönəm: Demokratik cəmiyyətdə peşəkar qəzet buraxmaq yolları, Bakı, Qanun,
2006, s. 21.
Dostları ilə paylaş: |