•
Ailə üzvlərinizin işlədiyi şirkət və təşkilatlar barədə yazmayın.
10
Yaddaş: Reportyor daha nələri bilməlidir?
•
Sərlövhələr. Sizin sərlövhədə xəbərdən nəyi seçərək vurğulamağınız
qəzetinizin mövqeyinin göstəricisi ola bilər.
•
Yaxşı maneralar. Jurnalistin özünü necə aparması, tövrü və ədaları onun
təmsil etdiyi qəzet haqqında rəy yaradır.
•
Həssaslıq. Yazıların sonucları barədə düşünün. Əgər yazdıqlarınız adi
insanların şəxsi həyatına toxuna, təsir edə bilərsə, onda yaxşısı budur ki,
onu dərc etməyin. Həmişə bu tipli yazılar yazanda özünüz-özünüzdən
soruşun: bu hadisənin qəhrəmanı mən, yaxud mənim ailə üzvlərim olsa
idi, onun dərcinə çalışardımmı?
•
Ə
lçatanlıq. Siz oxucularınız üçün əlçatan olmalısınız. Redaktor və
jurnalist öz imtiyazlarından istifadə edərək oxucudan gizlənməməli,
əksinə, oxucunun mövqeyi redaksiyanın mövqeyi ilə düz gəlməyəndə
oxucunun fikrinin dərc edilməsinə imkan yaratmalıdır.
•
Gözətçi it funksiyası. Bilin ki, oxucular öz qəzetlərini ümumi rifahın
ayıq-sayıq gözətçi iti kimi görmək arzusundadırlar. Onlar ümid edirlər ki,
qəzet əzilənləri müdafiə edəcək, rəsmilərin səhvlərini yazacaq, bir sözlə,
adi insanların xidmətində duracaqdır.
•
Etika. Xəbərçilər ən yüksək peşə və etika standartlarına malik
olmalıdırlar. Bu isə o deməkdir ki, onlar vicdanlı, tərəfsiz, dəqiq, bitkin,
faktlı, peşəkar və həssas olmalıdırlar
11
10
Yaddaş vərəqinin müəllifi Mişel Fulçerdir.
11
Yaddaş vərəqinin müəllifi Lawrence K. Beaupredir.
Reportyora sonuncu öyüd: fikrini dolğun və çatımlı ifadə et.
Reportyorun işinin son məhsulu xəbərdir. Özünü dağa-daşa vurub bir
yerə 25 yox, lap 100 dəfə zəng etmək olar. Amma fikrinizi dolaşıq ifadə
etmisinizsə, özünüz öz zəhmətinizi yerə vura bilərsiniz. Həsən bəy Zərdabi
“Müəllim üçün qaranlıq olan şagird üçün zülmətə çevrilir”, - deyirdi. Bu
deyimi jurnalistikaya aid etsək: “Reportyor üçün qaranlıq olan oxucu üçün
zülmətə çevrilir”, - demək olar. Yazını redaktə edəndə tez-tez özünüzdən
soruşun: “Bunu daha sadə yazmaq olarmı? Yazdığım azərbaycanca səslə-
nirmi ?”
Mənasını bilmədiyiniz sözlər üçün lüğətə baxın. Azərbaycan dilinin
orfoqrafiya lüğəti, Azərbaycan dilinin izahlı lüğəti, xarici sözlərin izahlı lü-
ğəti, müxtəlif sorğu kitabçaları sizin iş yerinizdə, əlinizin altında olmalıdır.
Bəzən jurnalistlər bu kimi dəqiqləşdirmələr aparmağa tənbəllik edir, köhnə
biliklərinə arxalanırlar. Yaddan çıxarmayın ki, dil də canlı orqanizmdir,
onun normaları da zaman-zaman dəyişir.
Elə isə dəyişən dünyada dəyişməyən nədir?
Dəyişən və dəyişməyən xəbərçilik
Cavab üçün gəlin birlikdə “Xəbər bələdçisi”nə (səh.X) nəzər salaq və
xəbərçiliyin keçdiyi yol barədə düşünək. Bu bələdçidə xəbərin və repor-
tyorların yerini tapmağa çalışaq. Bələdçidə Azərbaycan necə görünür? Siz
özünüz bələdçiyə nələri əlavə edərdiniz? Xəbərçilik tarixində dəyişən və də-
yişməyən nədir? Sizcə, bu tarix hara doğru gedir?
lk peşəkarlar
nsanın xəbərə ehtiyacının tarixi az qala insanlığın yaşı ilə üst-üstə
düşsə də, reportyorluğun fəaliyyət növü kimi yaşı çox azdır. Cəmisi iki əsr.
Jurnalistika tarixinə məlum ilk reportyor Londonun “Morninq Herald” qə-
zetinin əməkdaşı Con Uaytdır. O, 1823-cü ildə məhkəmədən yazdığı adi in-
sanlar barədə adi reportajlarla uğur qazanır. Bir neçə ildən sonra qəzetin ti-
rajı 1200-dən 8000-ə qalxır, “Morninq Herald” “Tayms”dan sonra oxunan
ikinci qəzet olur. lk reportyor Con Uayt yaxşı pul qazanaraq qəzetin sahib-
lərindən birinə çevrilir.
1830-cu illərdə ABŞ qəzetlərində reportyor, 50-ci illərdə baş report-
yor vəzifəsi yaranır. 1854-cü ildə “Nyu York Tribun” qəzetinin 14 reportyo-
ru və 10 redaktoru vardı.
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi, XIX əsr
1870-ci ildən etibarən ABŞ qəzetlərində ixtisaslaşma başladı. craçı redak-
tor, şəhər redaktoru, teleqraf xəbərləri redaktoru, biznes redaktorları, dram
tənqidçiləri, ədəbi redaktorlar və köşə yazarları qəzetin ştatında yer aldılar...
Bir qədər sonra reportyorlar arasında qadınlar da göründü. Ceyn Qrey
Svishelm Senatdan yazan ilk qadın jurnalist idi.
12
1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi”ni təkbaşına çıxarırdı. Qəzetin
mürəttibi Minasov ömründə qəzet işi görmədiyindən Həsən bəy özü yazır,
ona hərfləri düzməyə kömək edir, səhvləri düzəldirdi. Onun əvvəlinci
köməkçiləri şagirdləri idi. Onlar yazmaqdan savayı, qəzeti müftə paylamağa,
poçta verməyə də kömək edirdilər
13
.
__________________________________________________________
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi, XIX əsr
12
Adee K.W., Ault H. Phillip, Emery E. Reporting and Writing News, NY, Harper & Row, 1983. p.15
13
Zərdabi H. Rusiyada əvvəlinci türk qəzeti / Hənifə xanım Məlikova-Abayevanın xatirələri. Bakı,
Adiloğlu, 2005. s.15.
Dostları ilə paylaş: |