Nə qədər qəribə görünsə də, qeyri-müstəqil mətbuat daha rəngarəng və
çoxşaxəlidir. Təbii ki, belə mətbu orqanlar həm iqtisadi, həm də ideoloji
cəhətdən asılı vəziyyətdədir və elə bu baxımdan da onları adətən, bir
tərəfdən müxalifət və müxalifətyönlü, digər tərəfdən iqtidar və
iqtidaryönlü mətbuat adlandırırlar. Beləliklə, qeyri-müstəqil mətbu
orqanların özü də iki qrupa ayrılır. Ən maraqlısı isə odur ki, iş bununla
bitmir: həmin qruplar da alt-qruplara bölünür. Məsələn, həm müxalifət, həm
də iqtidar mətbuatının içində partiyalı mətbu orqanlar var. Sırf hüquqi, yəni
təsisçilik baxımından bunu iddia etmək bir sıra hallarda çətin olsa da, əslində,
belə qəzetlərin partiya orqanı olmasına heç bir şəkk-şübhə yoxdur
(“Azadlıq”, “Yeni müsavat”, “Səs”, “Yeni Azərbaycan” və digərləri).
Azərbaycanda hələ ki büdcədən maliyyələşən qəzetlər də az deyil (Milli
Məclisin orqanı olan “Azərbaycan” qəzeti, bir sıra nazirlik və sahə qəzetləri).
Təəssüf ki, bu cür mətbu orqanlarda söz azadlığından çox, söz sərbəstliyinə
yol verilir, siyasi plüralizmin heç izi-tozu da görünmür. Bu yerdə Vladimir
Ulyanov-Leninin məşhur deyimi yada düşür: “Qəzet təbliğatçı, təşviqatçı və
təşkilatçıdır”. Müstəqilliyimizin ilk illərində bu tərifin sonuncu “təşkilatçılıq”
amili əhəmiyyətini demək olar ki, itirmişdisə də, son üç-dörd ildə partiyalı
qəzetlər qara işlərini görüb. ndi əminlik, eyni zamanda təəssüf hissilə demək
olar ki, Lenini sözdə inkar etsək də, əslində, onun bu prinsiplərini əldə bayraq
tutan mətbu orqanların çəkisi əhəmiyyətli dərəcədə artaraq milli mətbuatın
demokratik inkişafına əngəl törədir.
Qəzet bolluğunun törətdiyi fəsadlardan biri də qəzet işini – biznesini və
ümumiyyətlə, qəzetçiliyi möhtəkirliyə çevirənlərin sayının təhlükəli miqyas
almasıdır. Belələrini xalq arasında “reket-jurnalist”, “reket-qəzet” adlandırır-
lar. Təcrübə və müəyyən araşdırmalar onların rüşvət almağa və verməyə ha-
zır olan insan və məmurlar durduqca ölməyəcəklərini əminliklə söyləməyə
imkan verir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu qəbildən olan mətbu
orqanların başında duran daha “peşəkar və istedadlıları” artıq inkişaflarının
daha yüksək pilləsinə qalxmaqla “sarı mətbuat” janrına yiyələnməkdədirlər.
Hər halda, Qərb ölkələrindəki “sarı mətbuat” nümayəndələri heç olmasa, pe-
şəkarlığın nə olduğundan bixəbər deyillər. Daha doğrusu, Qərbin sarı mətbu-
atında diletant və möhtəkirlərə yer yoxdur, sadəcə olaraq janrın tələbləri baş-
qadır. Ən əsası isə odur ki, orada heç kim bilərəkdən qanunu pul xatirinə poz-
mağa can atmır.
Yazının sonunda yenə də marksizm - leninizm klassiklərinə müraciət
etməkdən başqa əlac qalmır. Söhbət kəmiyyətin keyfiyyətə çevrilməsinin la-
büdlüyündən gedir. Ümid etmək istərdik ki, tezliklə Azərbaycan media mə-
kanındakı bolluq keyfiyyətə baş əyəcəkdir.
Dəyişməyən xəbərçilik
Dünya və Azərbaycan təcrübəsi ilə tanış olduq: o, daim dəyişir. Dəyi-
şən jurnalistikada dəyişməyən nədir? Bu sual nə qədər fəlsəfi səslənsə də,
Qərb jurnalistika məktəblərinin cavabı bir o qədər dəqiq və praktikdir: dəyiş-
məyən izahı çətin Obyektivlik və hər bir jurnalistdən Dəqiq və Vicdanlı ol-
mağı tələb edən Peşə etikasıdır.
22
Amma bu birmənalı cavabı vermək üçün Qərb jurnalistikası əvvəlcə
daha vacib bir sualı cavablandırır: jurnalistika kimə xidmət edir? Çünki biz
yalnız kimə xidmət etdiyimizi bildikdən sonra peşə prinsiplərimizi müəyyən
edə bilərik. Bu sualın cavabını tapmaq isə o qədər də asan deyil. Kimə xid-
mət edirik: hökumətə, elit qruplara, partiyalara, sahibkara, yoxsa oxuculara?
22
Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting and Writing., NY,
Bedford/St.Martin’s, 2002. p. 12.
Qərb jurnalistikasında belə bir inam var ki, media hər hansı bir parti-
yaya, sahibkara məxsus olsa belə, o, oxuculara xidmət etməlidir. Oxucuya
xidmət oxucunu aldatmamaq, çaşdırmamaq, ona fikirdən azad, dəqiq xəbər-
lər çatdırmaqdır. Çünki yalnız belədə oxucu özü müstəqil qərar verə bilər.
Jurnalistlər bu addımla, ilk növbədə, oxucunun bir vətəndaş kimi hüquqları-
na hörmət edir. Demək, oxucu ilə qəzetin münasibətlərinin fəlsəfəsi qarşılıq-
lı inama hesablanıb. Əgər inam varsa, qəzet oxucusunu, oxucu qəzetini itir-
məyəcək.
Auditoriyalar və zövqlər dəyişə, rejimlər belə bir-birini əvəz edə bilər.
Jurnalistika bu gün müvəkkil və müxalif, sabahsa sivil, yaxud qlobal ola bi-
lər. Amma jurnalistikanın oxuculara xidmət etdiyi cəmiyyətlərdə jurnalistlər
ilə oxucular arasında inamın yaranmasına və qalmasına xidmət edən stan-
dartlar – universal xəbər standartları dəyişməz olaraq qalır. Niyə? Bu sualın
cavabını xəbər standartlarının özündə axtaraq.
Xəbər standartları
1.
Faktlılıq
Fakta təməllilik təsdiqlənmiş məlumata dayanmaq deməkdir.
Təsdiqlənmə formaları 3 cür ola bilər:
1.
Nüfuzlu K V-də məlumatın getməsi;
2.
Ən azı iki müstəqil, bir-birindən asılı olmayan qaynağın məlumatı
təsdiqləməsi;
3.
Jurnalistin şəxsən şahidliyi, olayı öz gözü ilə görməsi, izləməsi.
2.
Dəqiqlik
Fakta təməllilik bizdən dəqiq olmağı tələb edir. Dəqiqlik deyəndə bir
tərəfdən fakt materialının (şəxs adları, xüsusi adlar, rəqəmlər, informasiya
Dostları ilə paylaş: |