Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

ya  digər  situasiyada  əhəmiyyətini  böyüdərək.  Bic,  “ikidibli”  suallar 
verməyin.  Şişirtmə,  “hiperbola”  rejimində  işləyin.  Sözün  yaxşı  mənasında 
“oynayın”  (amma  şitini  çıxarmamaq  şərtilə).  Əgər  bu  metoddan 
yararlanmağa qərar vermisinizsə, axıradək oynayın. “ fşa olunmayın” və üzr 
istəməyin: paradoksal metod  oyundu. 
3.
 
Müdaxilə 
 
 Lap  əvvəldən  təşəbbüsü  əlinizə  götürün. 
ndi  siz  vəziyyətin 
sahibisiniz,  siz-  Valideynsiniz,  Müdirsiniz,  siz  çox  məsul  şəxssiniz.  Siz hər 
şeyi  bilirsiniz.  Ünsiyyətdə  inamlı  olun,  kəskin  olun,  ancaq  kobudluq  və 
nəzakətsizlik  etmədən.  Həmsöhbətinizlə  razı  olmadığınızı  nümayiş  etdirin. 
Onu  öz  fikrinizi  qəbul  etdirməyə  çalışın.  Müsahib  zəiflik  göstərib  sizlə 
razılaşsa, çox maraqlı bir situasiya yarana bilər. 
4.
 
Açılış 
  
Açıq  danışığa  hazır  olun.  Siz  müsahibinizə  özünüz  haqqında  nəyisə 
açıq  etiraf  edin,  bunun  əvəzində  sizə  yaxşı  münasibətini  nümayiş  etdirmək 
üçün  o  da  özü  haqqında  açıq  etiraf  edəcək.  Danışın,  eyni  zamanda  onun 
reaksiyasını  izləyin.  O  başa  düşəcək  ki,  siz  səmimiliyinizə  görə    “təşəkkür 
gözləyirsiniz” və yəqin ki, “təşəkkür” edəcək.  
   
Müsahibinizin  individual  keyfiyyətlərini  nəzərə  alaraq  sadalanan 
texnikalardan faydalansanız, ünsiyyətdə optimal effektə nail olacaqsınız. 
         Bəzi  ölkələrdə  dövlət  rəsmiləri  media  ilə  əlaqələri  yumşaq  desək, 
sevmirlər.  Hansısa    təqdimatlarda  siz  həmin  rəsmilərə  sual  verə  bilərsiniz.  
Bu sizin üçün orta səviyyəli qaynaq ola bilər.  Siz rəsminin köməkçiləri ilə 
dostcasına  münasibətdəsinizsə,  onlar  sizə  sualınızı  verməyə  imkan  yarada 
bilərlər.  Bəzən  müsahibələr  telefonla  aparılır.  Bu,  vaxta  gənaətdir.  Əgər 


imkanınız varsa, siz tanış olmadığınız müsahiblə şəxsən görüşsəniz yaxşıdı. 
Üzbəüz  söhbətdə  siz  öz  informasiya  qaynağınızı  həm  də  müşahidə  edə 
bilərsiniz, bu, sizə yazınız üçün əlavə material verə bilər.           
1.  Müsahibəyə  hazırlıq 
Yazdığınız subyekt haqqında nə qədər çox bilirsənsə, bu sənə qaynaqla 
daha  asan  kontakt  yaratmağa  imkan  verə  bilər.  Bu  o  demək  deyil  ki,  siz 
ekspert olmalısınız. Lakin müsahibiniz  görəndə ki, siz subyekti araşdırmağa 
vaxt  sərf  etmisiniz,  o  heç  olmasa,  sizinlə  itirdiyi  vaxta  heyfsilənməyəcək. 
Qəzetinizin  kitabxanasında  problemə  aid  materiallar  oxuyun.  Başqa 
reportyorlar  və  redaktorlarla  söhbət  edin.  Məsələ  ilə  bağlı  ekspertlərə  zəng 
edin.  nternetə  baxın.  Olayın  backgroundu  –  ön  tarixçəsi ilə  bağlı  nə  qədər 
çox  məlumat  toplasanız,  sizin    müsahibənin  fokusu  bir  o  qədər  dəqiqləşər. 
Verəcəyiniz sualların siyahısını tərtib edərkən 6 əsas sualı xatırlayın. Yazıya 
hazırlaşarkən fikirləşin:  

 
Bu yazını yazmaqla nə istəyirsiniz?  

 
Sizin oxucular nəyi bilmək istəyir? 

 
Onlar (oxucular) yanınızda olsaydı nəyi soruşardılar? 
 Uğurlu  müsahibənin  açarı  hansı  mövzunu  işıqlandırmaq  istədiyinizi 
dəqiq bilməkdi. 
2.  Müsahibəyə razılıq 
           Örnək  kimi  qəbul  edə  biləcəyimiz  media  bölümləri  insanların  şəxsi 
həyatına  maraq  göstərmir.  Buna  yalnız  bir  halda  haqq  qazandırmaq  olar: 
maraq  dəqiq  ictimai  maraqla  əlaqədar  olarsa,  yaxud  sözügedən  şəxs 
buna  razılıq  verərsə.  Jurnalistlər  olayları  işıqlandırarkən  xüsusi  yanaşma 


tələb  edən  yerlərdə  –  təcili  yardım  maşınında,  xəstəxanada,  məktəbdə, 
həbsxanada  – iki dəfə  razııq  alınmalıdı;   material  toplanması  üçün və onun 
sonradan  K V-də yayılması üçün. 
                                                                                             YADDAŞ         
 
                                                                      ctimai maraq nədir? 
     ctimai maraq nədir? Hələlik biz bunun dəqiq formulunu bilmirik. BBC 
ictimai maraq anlayışına aşağıdakı elementləri aid edir: 

 
Cinayətin açılıb ifşa olunması; 

 
Ciddi asosial davranış  faktlarının açılması və ifşa olunması; 

 
Korrupsiya  və ədalətsizlik faktlarının ifşası; 

 
Professional səriştəsizlik və məsuliyyət faktlarının üzə çıxarılması 

 
nsanların 
sağlamlığı 
və 
təhlükəsizliyinə 
xələl 
gətirilməsi   
faktlarının üzə çıxarılması; 

 
Hansısa  insan  yaxud  təşkilatın  fəaliyyəti    barədə  ictimaiyyəti 
dezinformasiya etmək cəhdlərini aradan götürmək; 
    
1. Vaxtında yerində ol.  
Bu, professionallıq və ədəb əlamətidi. Əksər hallarda sizin müsahiblər 
sizə vaxt ayırmağa güclə imkan tapan məşğul adamlardı. Punktuallıq işinizə 
məsuliyyətlə yanaşmağınızın bəliridi. 
2. Müsahibənin başlanğıcı 
 


Başlanğıcda  hökmən  özünüzü  və  işlədiyiniz  orqanı  tanıdın.    Hansı 
orqandan  gəldiyinizi    bilməyən  adamdan  sitat  vermək  səhv  olardı. 
Müsahibinizə  vizit  kartınızı  verin.  Nə  yazı  yazacağınız  haqqında  məlumat 
verin. Bu, sizə söhbətinizin fokusunu müəyyənləşdirilməsinə kömək edəcək. 
Bəzən müsahibinizin çox az vaxtı olduğundan , suallarınızı ona birbaşa 
verməlisiniz.  Əgər  vaxtınız  varsa  ümumi  söhbətlə  –  hava,  futbol  və  s. 
haqqında  –  müsahibənizə  başlaya  bilərsiniz.  Müsahibiniz  özünü  komfortlu 
hiss etdikdən sonra , sizi maraqlandıran suallara keçə bilərsiniz. 
3. Qeydgötürmə və diktofon 
Diktofondan  faydalanarkən  dəqiq  olun.  Diktofondan  istifadə  etməyiniz 
sizə müsahibin sözlərinə fokuslanmaya imkan verir. Lakin bəziləri diktofon 
görərkən  əsəbiləşirlər.  Biləndə  ki,  onların  hər  sözü  qeyd  olunur,  daha  az 
danışırlar.  Nəzərə  alın  ki,  diktofondan  yararlanmaq  da  vaxt  alır.  Bəzən  dar 
macalda lazımi sitatı lenti geriyə fırladıb qulaq asmaq imkanı olmur, yaxud 
diktofonun  cərəyanı  qurtarır.    Yanınızda  ehtiyat  batareyalar  saxlayın.  Hər 
ehtimala qarşı qeydlər də götürün. 
Qulaq asa-asa qeyd götürmək çox çətindi. Əgər müsahibiniz çox surətlə 
danışırsa ,daha yavaş danışmağını nəzakətlə ondan xahiş edin.  Əgər nəyisə 
çatdırmırsınızsa müsahibdən dediyini bir daha təkrar etməyi xahiş edin. 
xtisarlarla yazmağı öyrənin. Özünüz üçün ixtisarlar sistemi yaradın. Siz 
hər  sözü  yazmalı  deyilsiniz.  Açar-frazaları  və  məsələləri  qeyd  edin, 
müsahibin şərhlərinin altından xətt çəkin. 
Yazıya  başlamazdan  öncə  qeydlərinizi  yerbəyer  edin.  Lid  kimi  gedə 
biləcək  açar-  elementləri  rəngli  markerlə  fərqləndirin.  Yaxın  elementləri 
yanaşı  qoyun.  Öncədən  qeydlərinizi  yerbəyer  etməklə  materialınızın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə