F
Ə
S L 5
. MÜŞAH DƏ METODU VƏ SƏNƏDLƏR
Bu fəsildə
açıqlanacaq suallar:
•
Jurnalist nələri sənəd hesab edə bilər?
•
Mətbuat
konfransından
necə
faydalanmalı?
•
Akademik
və
elektron
informasiya
qaynaqları hansılardır?
•
Anonim qaynaqlarla işin özəllikləri
nədir?
•
Qaynaqlarla
ünsiyyətdə
hansı
etika
qaydalarına əməl olunur?
•
Açıq, gizli, məxfi informasiya nədir?
MÜŞAH DƏ
Gözlüksüz eşitmirəm...
Praktik jurnalistikada informasiya almağın əsas yollarından biri
müşahidədi. Müşahidə nəticəsində jurnalist müəyyən informasiyanın
alınmasında müəyyən məqsədləri həyata keçirir.
Bilirsinizmi, canlı nitqdə sözlər informasiyanın cəmi 7%-ni,
intonasiya 38%-ni, mimika və jestlərsə 55%-ni daşıyır. “Gözlüksüz
eşitmirəm” frazası həqiqətdən bir o qədər də uzaq deyil. Psixiatr C. Ruşun
araşdırmalarına görə, jestlərin dilində 700 min müxtəlif siqnallar
mövcuddur. Müqayisə edin: orta həcmli dörd hissəlik lüğətdə cəmi 80 min
söz var.
Müşahidə yenilikçilərin ikinci əsas informasiya toplamaq metodudu.
Jurnalistikada müşahidə adi müşahidədən onunla fərqlənir ki, bu obyektləri
qəsdən, bilərəkdən müəyyən məqsədlə müşahidə etməkdir. Jurnalistin
müşahidədə iştirak dərəcəsinə görə qoşulmuş (jurnalistin aktiv iştirak etdiyi,
məsələn, hansısa ekspedisiyada bərabərhüquqlu üzv olaraq iştirak etməsi) və
qoşulmamış (jurnalist sadəcə olayı izləyir, məsələn, təcili yardım briqadası
ilə). Jurnalistin pozisiyasına görə, açıq və gizli müşahidə olur. Açıq
müşahidədə jurnalist öz məqsədlərini gizlətmir. Gizli müşahidədə isə
müəyyən vaxtadək jurnalist öz məqsədlərini gizlədir. Bunun bir sıra hüquqi
və etik tərəfləri var.
SƏNƏDLƏR
Əlyazmalar yanmır.
A. Bulqakov
“ stənilən az- çox əhəmiyyətli hadisə hökmən özündən sonra bütöv bir
sənədlər “quyruğu” qoyur: ərizə, monoqrafiya, elmi araşdırma, hesabat,
arayış, bank hesabı, yoxlama haqqında akt və s. Həmişə sənəd axtarın.
Həmişə ehtimal edin ki, sənəd mövcuddu.
Jurnalistikada informasiyanı istənilən işarələr sistemində
fiksasiya edən istənilən predmet sənəd sayılır. Məktub da, audio və video
lentlər də, fotolar da, rəsmlər də, qərarlar da, jurnal məqaləsi də sənəd ola
bilər. Jurnalist sənədlərlə işi üç mərhələdə həyata keçirir: faktları
müəyyənləşdirir, onları interpretasiya edir və onları fiksasiya edir.
Sənədin doğruluğuna əmin olmaq üçün bu qaydalardan faydalanın:
•
Olayın təsviri ilə onun interpretasiyasını fərqləndirin ( faktı
rəydən ayırma).
•
Sənədi tərtib edənin hansı informasiya qaynağından yaralandığını
müəyyənləşdirin.
•
Sənədi hazırlayanın məqsədini müəyyənləşdirin.
•
Sənədin yaradılma şəraitinin onun məzmununa təsir etdiyini
nəzərə alın .
BƏLƏDÇ : Jurnalistlərin ixtisaslaşdırılmış elektron informasiya
qaynaqları.
1.
Editor & Publisher: www.mediainfo.com/edpub
“Redaktor və naşir” kompaniyası eyni adlı jurnal dərc etdirir.Bu şəbəkə
informasiya xidmətləri və qəzet nəşrlərinin inkişafına yardım üçün
yaradılıb.Saytda həftəlik “Readktor və naşir” elektron qəzetin materialları
ilə tanış olacaqsınız. əbəkə bazarında ( ”Online Store” ) qəzetə abunə ola
bilərsiniz, müxtəlif sorğu materialları , həmçınin jurnalistika sahəsində illik
mükafatlar, 500 artıq təqaüdlərin sorğu kitabçası , jurnalistlər üçün
təqaüdlər haqqında məlumat ala bilərsiniz.
2.
Environmental Journalism Home Page:
http
://www.tribnet.com/environ/env_home.htm
Jurnalistlərin Ekoloji Cəmiyyətinin pulsuz
xidməti. Burada ətraf mühitin
gorunmasına dair müxtəlif informasiyalar tapa bilərsiniz.
Dostları ilə paylaş: |