Bu gün (dünən - RED.) biz piket keçirmişik, bir
neçə gündən sonra isə bütün kənd sakinlərinin
iştirakı ilə çox möhtəşəm mitinqimiz olacaq", -
deyə vurğulayan N.Kərimovun məlumatına görə,
bu mitinq avqustun 4-də saat 16:00-da
başlayacaq.
"Biz kənd ağsaqqalları ilə bu aksiyanı müzakirə
etdik və qərara aldıq ki, mitinqdə xanımlar və
uşaqlar da iştirak etsinlər. Çünki Fələstin və
Livanda hər gün günahsız xanımlar və uşaqlar da
qətlə yetirilir", - deyə qeyd edən N.Kərimov
aksiyada cəmi bir tələbin səsləndiriləcəyini qeyd
etdi.
Örnək 2. Şokolad terapiyası təsirlidirmi? Hmmm, bəlkə də ... Sally
Pook, “The Daily Telegraph”, 2 mart 2006 (ixtisarla).
Lavinia qarşımızda paltarsız uzansa da, ona
çılpaq demək olmaz: o, təpədən-dırnağa kimi
şokoladın içindədir. “Goldfinger”in qəhrəmanı
balaca Şirli Eton kimi qarabuğdayı və yeməlidir.
Bu, sevimli kinodan məşhur səhnə deyil.
Bura Londonun qərbindəki Kenqiston şəhərinin
şəfa ocaqlarından biridir. Biz şokolad terapiyasına
tamaşa edirik. nsan bədəni yapışqan fırçanın
şirəsini – musu canına çəkdikcə çəkir...
L D, 51 söz, 5 cümlə,
iki abzas
Kim? Lavinia
Harada?
Londonun
qərbi,
Kenqiston
şəhərində
Nə? Şokolad terapiyası
Necə?
Nə üçün?
Deyilənlərə görə, Ekvadorun ən keyfiyyətli kakao
tozundan hazırlanan bu musun tərkibindəki
dərinin ömrünü uzadan anti-oxsidantların qatılığı
çox yüksəkdir. Şokoladın kofeini isə taliyanın
Domori Chocolatiers şirkətindəndir. Belə bir
kofein sellüliti əridır, dərini hamar və tarım edir.
Təfərrüat
ncələmə
Birinci xəbər isti xəbərdir. Onun lidi iki cümlədən ibarətdir. lk
cümlədə “Kim? Nə? Harada? Nə vaxt? Necə?” sualları, ikinci də isə “Nə
üçün?” sualı açıqlanır. Beləliklə, oxucu xəbərin ilk cümlələrindən, yəni
liddən əsas suallara cavab tapır. Bir sözlə, xəbər isti-isti oxunur.
kinci xəbər soyuq xəbərdir. sti xəbərin suallarını bu xəbərə versək
də, cavab bizi qane etmir. Nə Laviniyanın adı, nə də Kinqiston bizə hələ heç
nə demir. Çünki bu lid Laviniyanın şokolada Necə qərq olması üzərində
qurulub. Onun məqsədi “Necə?” sualını açıqlayaraq “Nə üçün?” sualına
zəmin yaratmaqdır. Oxucunun qızın nə üçün şokolada batdığını öyrənmək
istəyi lidin uğurundan, ilk cümlələrin nə dərəcədə çəkici və maraqlı
olmasından asılıdır. Yoxsa soyuq xəbər ürəkləri qızdıra bilməz.
Bəs isti xəbəri soyumağa qoymayan, soyuq xəbəri isə isidə bilən lidi
necə tapmalı? Xəbəri necə başlamalı?
“Əkinçi”nin birbaşa lidli xəbəri
Aşura axşamı Səlyan qəsəbəsində yanğından 30-dan ziyadə dükan tamam
malları ilə ki, 40 min manata qədər qiyməti olsun, yanıb tələf olub. Yanğının
şiddət etməyinə səbəb 2 neft dükanı olub ki, zikr olan 30 dükan 2 saatın
müddətində yanıb qurtarıb.
“Əkinçi” qəzeti,
Təzə xəbərlər, 15 fevral 1876
Nədən başlamalı? Lidi necə tapmalı?
Gəlin sualı dəqiqləşdirək. Necə yox, nədən başlamalı. Əgər nədən
başlamağı bilsək, onda necə başlamağı tapmaq çətin deyil.
Aşağıdakı xəbəri birlikdə təhlil edək.
Lənkəranda faciə. “Ayna”, 5 avqust 2006.
Dünən saat 14:00 radələrində Lənkəranın Sütəmurdov kəndində faciəvi
hadisə baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, çay üzərindəki körpüdən
keçən hərbi maşının banında ayaq üstə dayanan 12 əsgərdən üçü
ş
laqbaumla toqquşaraq xəsarət alıb.
Ağır vəziyyətdə Lənkəran mərkəzi xəstəxanasına gətirilən əsgərlərdən
biri, 1987-ci il təvəllüdlü Muradov Əhməd Rafiq oğlu yolda keçinib. Digər
iki əsgər - 1987-ci il təvəllüdlü Cabbarov Yaşar badət oğlu və manov
Ceyhun Şahin oğlu xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib.
Yaralıların vəziyyəti ağırdır.
Məlumata görə, hərbi maşın mülki şəxs tərəfindən idarə edilib. Faktla
bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi
ilə cinayət işi qaldırılıb. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində
Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb. Müdafiə
Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı
nazirliyə heç bir məlumat verilməyib.
Dostları ilə paylaş: |