Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

 
 
 
Təsəvvür  edin  ki,  siz  evdəsiniz,  bu  xəbəri  oxuyursunuz  və  ah 
çəkirsiniz.  Ananız    soruşur:  “Nə  olub,  a  bala?”    Siz  nə  cavab  verirsiniz? 
Aşağıdakı variantlardan birini seçin. 
a.
 
Lənkəranda faciə baş verib. 
b.
 
Lənkəranın Sütəmurdov kəndində faciəvi hadisə baş verib. 
c.
 
Lənkəranda əsgərlər qəzaya düşüblər. 
d.
 
Lənkəranda əsgərlər qəzaya düşüblər, biri elə yolda keçinib.  
 
Birinci  və  ikinci  cavabları  eşidən  yenidən  soruşacaq:  “Nə  baş  verib? 
Faciə? Sel, tufan, zəlzələ, yoxsa başqa bir bədbəxt hadisə ?”. Üçüncü cavab 
da yarımçıqdır, çünki qəzanın nəticələri açıqlanmır, hər qəza isə faciə deyil. 
Dördüncü  variantda  “faciə”  sözü  işlənməsə  də,  faktın  özü  –  əsgərin  qəza 
nəticəsində  yolda  –  xəstəxanaya  çatmamış  keçinməsi  faciənin  göstəricidir. 
Demək,  avtomobil  qəzası  özü-özlüyündə  xəbərin  canı  deyil,  xəbərin  canı 
qəza  nəticəsində  əsgərin  həlak  olmasıdır.  Sizi  təəssüfləndirən  də  budur. 
Ananızın  sualına  cavab  da  budur.  Əslində,  bu  xəbərin  lidi  birinci  yox, 
üçüncü  cümlədədir.  Demək,  lid  gecikir.  Gecikən  lidsə  oxucunu  ləngidir, 
onun hövsələsini daraldır.  
 
Lidi necə yazmalı? 
 
Lid tapıldı.  ndi  qalır  onu yazmaq.  Unutmayaq  ki,  uğurlu lid xəbərin 
əsas  suallarına  cavab  verməli,  qısa  və  maksimum  informativ  olmalıdır.  Elə 
buna görə də sözləri sayaq.  
Dünən  saat  14:00  radələrində  Lənkəranın  Sütəmurdov  kəndində  milli 
orduya məxsus hərbi maşının qəzaya uğraması nəticəsində bir əsgər hadisə 
yerində həlak olub.  


 
Sözlərin sayı: 21-dir. “Kim? Nə? Harada? Nə vaxt?” suallarına cavab 
verilsə də, hadisənin nəticələri yarımçıqdır. Elə buna görə də ikinci variantı 
daha dolğun yazaq.  
Dünən  saat  14:00  radələrində  Lənkəranın  Sütəmurdov  kəndində  milli 
orduya  məxsus  hərbi  maşın  qəzaya  uğrayıb,  nəticədə  bir  əsgər  həlak  olub, 
iki nəfər ağır yaralanıb.  
 
Sözlərin sayı: 23-ə qalxır, iki nəfərin yaralandığı əlavə olunur. Amma 
başqa bir sual çıxır. Həlak olan əsgər kimdir? Növbəti variantda bunu nəzərə 
alaq. 
Dünən saat 14:00 radələrində milli orduya məxsus hərbi maşın Lənkəranın 
Sütəmurdov  kəndində  çayın  üzərindəki  körpüdən  keçərkən  qəzaya  uğrayıb, 
nəticədə 1987-ci il təvəllüdlü əsgər Muradov Əhməd Rafiq oğlu həlak olub, 
iki nəfər yaralanıb.  
 
Sözlərin  sayı  32-yə  qalxır.  ndi  lid  bitkindir.  Amma  diqqət  yeturiləsi 
incə bir məqam var. O da “Necə?” sualı ilə bağlıdır. Məlumatdan görünür ki, 
maşının kuzovunda ayaq üstə duran əsgərlər körpüdən keçərkən şlaqbaumla 
toqquşublar.  Demək,  hadisənin  necə  baş  verməsi  başqa  bir  cümlədə  daha 
geniş  açıqlanmalıdır.  Liddən  “Necə?”sualını  çıxarmaq  lazımdır.  Əks  halda, 
lid  ilk  baxışda  hadisəni  açıqlasa  da,  hadisənin  necə  baş  verməsi  barədə 
məlumat  əlavə  edildikdə  oxucu  çaşa  bilər.  Bizim  işimiz  isə  oxucunu 
çaşdırmamaq,  ona  bitkin  informasiya  verməkdir.  Aşağıdakı  variantda  bu 
cəhət nəzərə alınıb.  
Dünən saat 14:00 radələrində milli orduya məxsus hərbi maşın Lənkəranın 
Sütəmurdov  kəndində  qəzaya  uğrayıb,  nəticədə  1987-ci  il  təvəllüdlü  əsgə
Muradov Əhməd Rafiq oğlu yolda keçinib, iki əsgər ağır yaralanıb.  


 
28  sözlük  bu  liddə  “iki  nəfər”  ifadəsini  dəqiqlik  üçün  “iki  əsgər” 
ifadəsi  ilə  əvəz  edirik.  ndi  ikinci  cümlədə  hadisənin  necə  baş  verdiyini 
yazmaq olar.  
 
Örnək  3.  “Lənkəranda  faciə  xəbərinin  yeni  versiyasının  orijinal 
versiya  ilə  müqayisəli  təhlili.    Qeyd:  yeni  versiya  yağlı  şriftlə,  izahlar 
kursivlə verilib.  
Lənkəranda faciə 
Sərlövhə 
Dünən  saat  14:00  radələrində  Lənkəranın  Sütəmurdov 
kəndində faciəvi hadisə baş verib.  
Dünən saat 14:00 radələrində milli orduya məxsus hərbi 
maşın 
Lənkəranın 
Sütəmurdov 
kəndində 
qəzaya 
uğrayıb,  nəticədə  1987-ci  il  təvəllüdlü  əsgər  Muradov 
Ə
hməd Rafiq oğlu həlak olub, iki əsgər ağır yaralanıb. 
Yeni variantda sərlövhəaltı ixtisar olunur. Oxucunun səbrini 
iki  dəfə  “faciə”  və  “faciəvi  hadisə”    ifadələri  ilə  sınağ
çəkməkdənsə,  birbaşa  mətləbə  -  lidə  keçmək  lazımdır.  Biz 
sərlövhəaltını birbaşa lidlə əvəz edirik.  
Yeni  variantın  üstünlüyü:  hadisə  dərhal  xəbərlənir.  Oxucu 
vaxtda udur.   
Sərlövhəaltı 
Nə?  
Nə 
zaman? 
Harada?  
Lid.  
Kim? 
Nə? 
Harada?  
Nə 
zaman? 
 
 
APA-nın cənub bürosunun məlumatına görə, çay üzərindəki 
körpüdən keçən hərbi maşının banında ayaq üstə dayanan 12 
əsgərdən üçü şlaqbaumla toqquşaraq xəsarət alıb. 
Çay  üzərindəki  körpüdən  keçən  hərbi  maşının  banında 
ayaq  üstə  dayanan  12  əsgərdən  üçü  şlaqbaumla 
toqquşaraq  xəsarət  alıb.  APA-nın  cənub  bürosunun 
məlumatında belə deyilir. 
Lid  
 
 
 
Lidin 
açıqlanması. 
“Necə?” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə