2. Tətbiqi riyaziyyat fakültəsində növbəti sessiyanın nəticələri
haqqında müxtəlif qaynaqlardan məlumat toplayın. Bunun əsasında
bir xəbər yazın.
3. Təhsil Nazirliyinə yazılı sorğu hazırlayın. Ödənişli təhsildə
müəyyən olunmuş təhsil haqqının miqdarı hansı parametrlərlə təyin
olunub?
4. Ailə arxivinizdə olan sənədlərə əsaslanaraq ulu babanız
haqqında oçerk hazırlayın.
Ə
dəbiyyat:
1. Məmmədov S. nformasiyanı necə əldə etməli. Bakı, 2006. s.8.
2. Gun işığı qaçılmazdır. Media Hüququ nstitutu. Bakı, 2005. s. 105.
3. Jurnalistin hüquq məsləhətçisi. Media hüquqları institutu. nternyus.
Bakı, 2004. s.84-85
4. Repkova T. Yeni Dönəm: Demokratik cəmiyyətdə peşəkar qəzet
buraxmaq yolları. Bakı, Qanun, 2006. s. 236-238.
5. Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting
and Writing. NY, Bedford/St.Martin’s, 2002. p. 50- 118.
3.
Rgndall D. Universalğnıy jurnalist. M., RroMedia, 1996. s. 30-39.
4.
Şostak M. . Reporter: professionalizm i gtika. M., «R P –xoldinq»,
2002.s 44- 49.
5.
Bern G. qrı, v kotorıe iqraöt lödi (Psixoloqiə çeloveçeskix
vzaimootnoşeniy). M., 1988. s. 24-26.
6.
Nirenberq D., Kalero Q. Çitatğ çeloveka kak kniqu. M., 2002. s.
32-39.
7.
Spravoçnik dlə jurnalistov stran Üentralğnoy i Vostoçnoy Evropı.
M., zd. “PPP”, 1993. s. 12-14.
8.
Məmmədli Z. K V-də anonim qaynaqlardan istifadə özəllikləri.
“Jurnalistika-dünən, bu gün, sabah” jurnalı, 2002.
FƏS L 6. P RAM DALAR ÇEVR LƏNDƏ
Mənə dayaq nöqtəsi verin, Yer kürəsini çevirim.
Arximed
Bu fəsildə
açıqlanacaq suallar:
•
Çevrilmiş
piramidanın
üstünlükləri nədədir?
•
Lid nədir?
•
sti xəbərin lidini necə
yazmalı?
•
sti xəbərin strukturu
necə olmalıdır?
•
Background – qaynaq
informasiya nədir?
Piramidaların sirri
“Görəsən, qosqoca piramidalar – Misir ehramları haçansa sirrini
sirdaşa verəcəkmi? Yoxsa elə beləcə, Yer üzünün yeddi möcüzəsindən biri
kimi dünya durduqca susacaq? Kim bilir...”
Kim bilir... Bəlkə də, bir gün sən özün müxbir kimi Misirə səyahət
edəcəksən və səfər təəssüratlarını elə buna bənzər cümlələrlə kağıza
köçürəcəksən. Amma hələ bilmirsən ki, haçansa Misirə jurnalist kimi gedib,
ehramların sirrindən yazmaq üçün sənə, hər şeydən əvvəl, elə piramidaların
sirrini öyrənmək lazım gələcək. Misir piramidalarının yox, Xəbər
piramidalarının sirrini. Bunun üçünsə Misirə getmək lazım deyil. Əlinə
kağız-qələm almağın yetər.
Məsələ 1. Kağıza bərabərtərəfli üçbucaq və kvadrat şəkilləri çəkin.
Onların sahələri bərabərdir. Təsəvvür edin ki, 200 sözlük xəbəriniz var. Hər
söz 1 manatdır. Siz xəbəri bu iki fiqurdan birində elə yerləşdirməlisiniz ki,
onu səhifəyə qoyanda qayçılamaq lazım gələrsə, söz itkisi minimum olsun.
Hansı fiquru seçərdiniz? Şəkil 1. Səkil 2.
Məsələ 2. Yuxarıdakı tapşırığı fiqurların istiqamətini eyni bucaq
altında dəyişmək şərtilə yerinə yetirin. ndi hansı fiquru seçərdiniz və onu
hansı istiqamətdə çevirərdiniz?
Cavabı birlikdə axtaraq. Birinci məsələdə kvadrat üçbucaqdan daha
sərfəlidir. Çünki üçbucağın oturacağına doğru getdikcə sahə artır, demək,
söz itkisi də çoxalır.
kinci məsələdə şərtin dəyişməsi ilə onun həlli də dəyişir. Belə ki,
kvadratı çevirəndə yenə kvadrat alacağıq və heç nə dəyişməyəcək. Üçbucağı
çevirəndə isə... Çevrilmiş üçbucağın sahəsi aşağıya doğru daralır. Demək,
söz itkisi minimumdur. Bu, həm də o deməkdir ki, biz qazancda itirmirik.
Axı hər söz puldur.
Bizim qazancımız bəllidir. Bəs redaktor və oxucu nə udur? Redaktora
yer lazım gələrsə, o, çevrilmiş piramidanı “quyruğundan” rahatlıqla kəsə
bilər. Oxucu isə xəbərə göz yetirən kimi söhbətin nədən getdiyini biləcək.
Yəni tələsən oxucu mütaliəni yarıda kəsərsə, çox şey itirməz. Çünki xəbərin
yükü əvvəldə gəlir, çevrilmiş piramidanın başında cəmlənir.
Yadda saxlayaq. Çevrilmiş piramidanın üç tili olduğu kimi xəbərin də
üç tərəfi var: Müxbir, Redaktor və Oxucu. Onların hər birinin öz qazancı
var:
•
Müxbir – Pul
•
Redaktor – Yer
•
Oxucu – Vaxt udur.
Dostları ilə paylaş: |