Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

2.  Tətbiqi  riyaziyyat  fakültəsində  növbəti  sessiyanın  nəticələri 
haqqında  müxtəlif  qaynaqlardan  məlumat  toplayın.  Bunun  əsasında 
bir xəbər yazın. 
3.  Təhsil  Nazirliyinə  yazılı  sorğu  hazırlayın.  Ödənişli  təhsildə 
əyyən  olunmuş  təhsil  haqqının  miqdarı    hansı  parametrlərlə  təyin 
olunub?  
4.  Ailə  arxivinizdə  olan  sənədlərə  əsaslanaraq  ulu  babanız 
haqqında oçerk hazırlayın. 
Ə
dəbiyyat: 
 
      
 1.   Məmmədov S.   nformasiyanı necə əldə etməli. Bakı, 2006. s.8.  
      2.  Gun işığı qaçılmazdır. Media Hüququ  nstitutu. Bakı, 2005. s. 105.  
 
      3.   Jurnalistin hüquq məsləhətçisi.  Media hüquqları institutu.  nternyus. 
Bakı, 2004. s.84-85 
      4.    Repkova  T.  Yeni  Dönəm:  Demokratik  cəmiyyətdə  peşəkar  qəzet 
buraxmaq yolları. Bakı, Qanun, 2006. s. 236-238. 
5.   Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. News Reporting 
and Writing. NY, Bedford/St.Martin’s, 2002. p. 50- 118. 
3.
 
Rgndall D. Universalğnıy jurnalist. M., RroMedia, 1996. s. 30-39.  
4.
 
Şostak M. . Reporter: professionalizm i gtika. M., «R P –xoldinq», 
2002.s 44- 49. 
5.
 
Bern G.  qrı,  v  kotorıe  iqraöt  lödi  (Psixoloqiə  çeloveçeskix 
vzaimootnoşeniy).  M., 1988. s. 24-26. 
6.
 
Nirenberq  D.,  Kalero  Q.    Çitatğ  çeloveka  kak  kniqu.    M.,  2002.  s. 
32-39. 


7.
 
Spravoçnik  dlə  jurnalistov  stran  Üentralğnoy  i  Vostoçnoy  Evropı. 
M.,  zd. “PPP”, 1993. s. 12-14. 
8.
 
Məmmədli  Z.  K V-də  anonim  qaynaqlardan  istifadə  özəllikləri. 
“Jurnalistika-dünən, bu gün, sabah” jurnalı, 2002.    
 
 


FƏS L 6. P RAM DALAR ÇEVR LƏNDƏ 
 
 
 
 
 
Mənə dayaq nöqtəsi verin, Yer kürəsini çevirim. 
 
 
 
 
 
 
 
 
 
 
 
Arximed 
 
 
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Çevrilmiş 
piramidanın 
üstünlükləri nədədir? 

 
Lid nədir? 

 
sti  xəbərin  lidini  necə 
yazmalı? 

 
sti  xəbərin  strukturu 
necə olmalıdır? 

 
Background  –  qaynaq 
informasiya nədir? 
 
 
Piramidaların sirri 
 
 
“Görəsən,  qosqoca  piramidalar  –  Misir  ehramları  haçansa  sirrini 
sirdaşa verəcəkmi? Yoxsa elə beləcə, Yer üzünün yeddi möcüzəsindən biri 
kimi dünya durduqca susacaq? Kim bilir...” 
 
Kim  bilir...  Bəlkə  də,  bir  gün  sən  özün  müxbir  kimi  Misirə  səyahət 
edəcəksən  və  səfər  təəssüratlarını  elə  buna  bənzər  cümlələrlə  kağıza 
köçürəcəksən. Amma hələ bilmirsən ki, haçansa Misirə jurnalist kimi gedib, 
ehramların sirrindən yazmaq üçün sənə, hər şeydən əvvəl, elə piramidaların 
sirrini  öyrənmək  lazım  gələcək.  Misir  piramidalarının  yox,  Xəbər 
piramidalarının  sirrini.  Bunun  üçünsə  Misirə  getmək  lazım  deyil.  Əlinə 
kağız-qələm almağın yetər. 


 
Məsələ  1.  Kağıza  bərabərtərəfli  üçbucaq  və  kvadrat  şəkilləri  çəkin. 
Onların sahələri bərabərdir. Təsəvvür edin ki, 200 sözlük xəbəriniz var. Hər 
söz  1  manatdır.  Siz xəbəri bu iki  fiqurdan  birində  elə yerləşdirməlisiniz ki, 
onu  səhifəyə qoyanda  qayçılamaq  lazım  gələrsə,  söz  itkisi  minimum  olsun. 
Hansı fiquru seçərdiniz? Şəkil 1. Səkil 2.  
 
Məsələ  2.  Yuxarıdakı  tapşırığı  fiqurların  istiqamətini  eyni  bucaq 
altında  dəyişmək  şərtilə  yerinə  yetirin.  ndi  hansı  fiquru  seçərdiniz  və  onu 
hansı istiqamətdə çevirərdiniz?  
 
Cavabı  birlikdə  axtaraq.  Birinci  məsələdə  kvadrat  üçbucaqdan  daha 
sərfəlidir.  Çünki  üçbucağın  oturacağına  doğru  getdikcə  sahə  artır,  demək, 
söz itkisi də çoxalır.  
 
kinci  məsələdə  şərtin  dəyişməsi  ilə  onun  həlli  də  dəyişir.  Belə  ki, 
kvadratı çevirəndə yenə kvadrat alacağıq və heç nə dəyişməyəcək. Üçbucağı 
çevirəndə  isə...  Çevrilmiş  üçbucağın  sahəsi  aşağıya  doğru  daralır.  Demək, 
söz  itkisi  minimumdur.  Bu,  həm  də  o  deməkdir  ki,  biz  qazancda  itirmirik. 
Axı hər söz puldur. 
 
 Bizim qazancımız bəllidir. Bəs redaktor və oxucu nə udur? Redaktora 
yer  lazım  gələrsə,  o,  çevrilmiş  piramidanı  “quyruğundan”  rahatlıqla  kəsə 
bilər.  Oxucu  isə  xəbərə  göz  yetirən  kimi  söhbətin  nədən  getdiyini  biləcək. 
Yəni tələsən oxucu mütaliəni yarıda kəsərsə, çox şey itirməz. Çünki xəbərin 
yükü əvvəldə gəlir, çevrilmiş piramidanın başında cəmlənir.  
 
Yadda saxlayaq. Çevrilmiş piramidanın üç tili olduğu kimi xəbərin də 
üç  tərəfi  var:  Müxbir,  Redaktor  və  Oxucu.  Onların  hər  birinin  öz  qazancı 
var: 

 
Müxbir – Pul 

 
Redaktor – Yer  

 
Oxucu – Vaxt  udur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə