Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

Bu gün (dünən - RED.) biz piket keçirmişik, bir 
neçə gündən sonra isə bütün kənd sakinlərinin 
iştirakı ilə çox möhtəşəm mitinqimiz olacaq", - 
deyə vurğulayan N.Kərimovun məlumatına görə, 
bu mitinq avqustun 4-də saat 16:00-da 
başlayacaq. 
"Biz kənd ağsaqqalları ilə bu aksiyanı müzakirə 
etdik və qərara aldıq ki, mitinqdə xanımlar və 
uşaqlar da iştirak etsinlər. Çünki Fələstin və 
Livanda hər gün günahsız xanımlar və uşaqlar da 
qətlə yetirilir", - deyə qeyd edən N.Kərimov 
aksiyada cəmi bir tələbin səsləndiriləcəyini qeyd 
etdi. 
 
 
Örnək  2.  Şokolad  terapiyası  təsirlidirmi?  Hmmm,  bəlkə  də  ...    Sally 
Pook, “The Daily Telegraph”, 2 mart 2006 (ixtisarla). 
           Lavinia qarşımızda paltarsız uzansa da, ona 
çılpaq  demək  olmaz:  o,  təpədən-dırnağa  kimi 
şokoladın  içindədir.  “Goldfinger”in  qəhrəmanı 
balaca Şirli Eton kimi qarabuğdayı və yeməlidir.  
 
Bu,  sevimli  kinodan  məşhur  səhnə  deyil. 
Bura  Londonun  qərbindəki  Kenqiston  şəhərinin 
şəfa ocaqlarından biridir. Biz şokolad terapiyasına 
tamaşa  edirik.  nsan  bədəni  yapışqan  fırçanın 
şirəsini – musu canına çəkdikcə çəkir... 
L D,  51    söz,  5  cümlə
iki abzas 
Kim? Lavinia   
Harada? 
Londonun 
qərbi, 
Kenqiston 
şəhərində 
Nə? Şokolad terapiyası  
Necə?  
Nə üçün?   


Deyilənlərə görə, Ekvadorun ən keyfiyyətli kakao 
tozundan  hazırlanan  bu  musun  tərkibindəki 
dərinin  ömrünü  uzadan  anti-oxsidantların  qatılığı 
çox  yüksəkdir.  Şokoladın  kofeini  isə  taliyanın 
Domori  Chocolatiers  şirkətindəndir.  Belə  bir 
kofein sellüliti əridır, dərini hamar və tarım edir. 
Təfərrüat 
ncələmə 
 
 
Birinci  xəbər  isti  xəbərdir.  Onun  lidi  iki  cümlədən  ibarətdir.  lk 
cümlədə  “Kim?  Nə?  Harada?  Nə  vaxt?  Necə?”  sualları,  ikinci  də  isə  “Nə 
üçün?”  sualı  açıqlanır.  Beləliklə,  oxucu  xəbərin  ilk  cümlələrindən,  yəni 
liddən əsas suallara cavab tapır. Bir sözlə, xəbər isti-isti oxunur. 
 
kinci  xəbər  soyuq  xəbərdir.  sti  xəbərin  suallarını  bu  xəbərə  versək 
də, cavab bizi qane etmir. Nə Laviniyanın adı, nə də Kinqiston bizə hələ heç 
nə  demir.  Çünki  bu  lid  Laviniyanın  şokolada  Necə  qərq  olması  üzərində 
qurulub.  Onun  məqsədi  “Necə?”  sualını  açıqlayaraq  “Nə  üçün?”  sualına 
zəmin  yaratmaqdır.  Oxucunun  qızın  nə  üçün  şokolada  batdığını  öyrənmək 
istəyi  lidin  uğurundan,  ilk  cümlələrin  nə  dərəcədə  çəkici  və  maraqlı 
olmasından asılıdır. Yoxsa soyuq xəbər ürəkləri qızdıra bilməz.  
 
Bəs isti xəbəri soyumağa qoymayan, soyuq xəbəri isə isidə bilən lidi 
necə tapmalı? Xəbəri necə başlamalı? 
 
 
Əkinçi”nin  birbaşa lidli xəbəri 
Aşura  axşamı  Səlyan  qəsəbəsində  yanğından  30-dan  ziyadə  dükan  tamam 
malları ilə ki, 40 min manata qədər qiyməti olsun, yanıb tələf olub. Yanğının 
şiddət  etməyinə  səbəb  2  neft  dükanı  olub  ki,  zikr  olan  30  dükan  2  saatın 


müddətində yanıb qurtarıb.  
Əkinçi” qəzeti, 
Təzə xəbərlər, 15 fevral 1876 
 
 
Nədən başlamalı? Lidi necə tapmalı? 
 
Gəlin  sualı  dəqiqləşdirək.  Necə  yox,  nədən  başlamalı.  Əgər  nədən 
başlamağı bilsək, onda necə başlamağı tapmaq çətin deyil.  
 
Aşağıdakı xəbəri birlikdə təhlil edək. 
 
Lənkəranda faciə“Ayna”, 5 avqust 2006.  
Dünən  saat  14:00  radələrində  Lənkəranın  Sütəmurdov  kəndində  faciəvi 
hadisə baş verib. 
 
APA-nın cənub bürosunun məlumatına görə, çay üzərindəki körpüdə
keçən  hərbi  maşının  banında  ayaq  üstə  dayanan  12  əsgərdən  üçü 
ş
laqbaumla toqquşaraq xəsarət alıb. 
 
Ağır vəziyyətdə Lənkəran mərkəzi xəstəxanasına gətiriləəsgərlərdə
biri, 1987-ci  il  təvəllüdlü  Muradov Əhməd Rafiq  oğlu  yolda  keçinib.  Digə
iki  əsgər  -  1987-ci  il  təvəllüdlü  Cabbarov  Yaşar  badət  oğlu  və  manov 
Ceyhun  Şahin  oğlu  xəstəxananın  reanimasiya  şöbəsində  yerləşdirilib. 
Yaralıların vəziyyəti ağırdır. 
 
Məlumata görə, hərbi maşın mülki şəxs tərəfindən idarə edilib. Faktla 
bağlı  Lənkəran  şəhər  Polis  Şöbəsində  Cinayət  Məcəlləsinin  263.2  maddəsi 
ilə  cinayət  işi  qaldırılıb.  Faktla  bağlı  Lənkəran  şəhər  Polis  Şöbəsində 
Cinayət  Məcəlləsinin  263.2  maddəsi  ilə  cinayət  işi  qaldırılıb.  Müdafiə 
Nazirliyinin  mətbuat  xidmətindən  APA-ya  bildirilib  ki,  hadisə  ilə  bağlı 
nazirliyə heç bir məlumat verilməyib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə