Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

əlliflərindən  biri  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  əməkdaşı, 
f.e.n.  smayıl  Yusifov  türk  həmkarları  ilə  10  illik  zəhmətinin  bəhrəsini  belə 
qiymətləndirir.  
 
 
Bu  hissədə  biz  oxucuya  smayıl  müəllimi  təqdim  etməklə  həm  də 
növbəti abzas üçün keçid yaradırıq. “10 illik zəhmətin bəhrəsi” ifadəsi bizə 
qaynaq informasiyanı verməyə kömək edir: 
  
Türkiyənin  radioteleskop  qurmaq  cəhdləri  1990-cı  illərdə  TUB TAK 
(Türkiyə  Bilim  Texnik  Araşdırmalar  Kurumu)  çərçivəsində  başlayıb.  Bu 
məqsədlə 1995-ci ildə  Ukraynadan diametri 2  m. olan  radioteleskop  alınsa 
da,  1997-ci  ildə  cihazdakı  texniki  nasazlıq  üzündən  layihə  dayandırılır. 
2000-ci  ildə  teleskopun  Kayseri  Erciyes  Universitetinin  yeni  açılmış 
Astronomiya  bölümünə  hədiyyə  edilməsi  ilə  layihə  yenidən  gündəmə  gəlir. 
1996-ci  ildə  layihəyə  rəhbərlik  etmiş  .Yusifova  fakültə  dekanı  brahim 
Küçüklə birlikdə layihəyə yönətmənlik həvalə edilir.  
 
 
Qaynaq informasiyadan növbəti abzasa keçirik. Bu abzasda kadr və 
maliyyə  məsələləri  açıqlanacaqdır.  Biz  smayıl  müəllimin  bəkqraundunu 
verməklə  kifayətlənməyəcəyik.  Onun  bu  layihədəki  xidmətini  faktlarla 
yazaraq qaynaq informasiyanı gücləndirəcəyik.  
 
Radioteleskop  qurmaq  mütəxəssislə  yanaşı,  həm  də  güclü  maliyyə  dəstəyi 
tələb  edir.  M.Lomonosov  adına  MDU-nu  bitirmiş,  Pulkovoda  təcrübə 
keçmiş,  Şamaxı  Astrofizika  Rəsədxanasında  (ŞAR)  və  AMEA-nın  Fizika 
nstitutunda  araşdırmalar  aparmış  .Yusifov  layihənin  konstruksiyasını 
sadələşdirərək  5  metrlik  RT-nin  qiymətini  iki  dəfə  ucuzlaşdıra  bilir.  “Bu 


radioteleskop 20 000 ABŞ dollarına başa gəlir. Rusiyada və ABŞ-da bənzə
teleskopların qiyməti bir-iki milyon dollardır,”-  . Yusifov belə deyir.  
 
 
ndi  isə  ikinci  dərəcəli  informasiyaya  keçmək  olar.  Bu 
informasiyanın coğrafiyası bölgəni əhatə edir,  Yunanıstan və Ermənistanla 
başlayıb, Azərbaycanla bitir. Belə bir informasiyanı əlavə etməklə biz xəbəri 
lokallaşdırırıq, yəni özümüzə yaxın və daha əhəmiyyətli edirik:  
 
Bölgədə  radioteleskop  yalnız  Yunanıstanda  və  Ermənistanda  var. 
Azərbaycanda  radioastronomiya  sahəsində  araşdırmalara  hələ  1976-1978-
ci  illərdə  ŞAR-da  başlanılsa  da,  iqtisadi  səbəblər  üzündən  bu  iş  yarımçıq 
qalib.  Radioteleskopun  olmaması  Azərbaycan  alimlərinə  yalnız  nəzəri 
tədqiqatlar aparmağa imkan verib.  
 
 
Biz 
smayıl  müəllimin  məktubundakı  layihə  barədə  bütün 
məqamları yazmadıq. Amma oxucuya veb.səhifənin ünvanını verməklə onun 
əlavə məlumat almasına yardımçı oluruq: 
 
Türkiyənin  ilk  radioteleskop  layihəsi  barədə  daha  ətraflı  məlumatı  Erciyez 
Universitetinin  Araşdırma  bölümünün  və  .  Yusifovun  veb.səhifələrində
almaq olar: http://proje.erciyes.edu.tr/2003fen.htm, http://I.Yusifov.com.     
 
 
Beləliklə,  birlikdə  263  sözlük  isti  xəbər  yazdıq.  Birlikdə  lidi  tapıb 
xəbər piramidasını çevirdik... 
 
Şə
kil. 3.    
 
Ən mühüm və maraqlı informasiya. “Kim?”, “Nə?”, 
“Nə zaman?”, “Harada?”, “Nə üçün?”, “Necə?” 
 


Lidi dəstəkləyən detal və sitatlar 
 
Liddəki informasiyanın  qaynaq materialı 
 
Mövzunu açıqlayan detallar, sitatlar 
 
Daha önəmsiz informasiya 
 
 
Amerika – Azərbaycan: təcrübələrin müqayisəsi 
 
        Qərb  təcrübəsində  lid  xəbərin  birinci  cümləsidir.  Qərbdə  xəbəri 
sərlövhəsiz  və  sərlövhəaltısız  da  yazmaq  olar.  Sərlövhə  və  sərlövhəaltı 
redaktorun  işidir.  O,  xəbəri  oxuyaraq  təkcə  xəbərə  deyil,  həm  də  səhifəyə 
uyğun  sərlövhəni  tapır.  Bu  zaman  xəbərin  yerləşdiriləcəyi  səhifədəki  digər 
materiallar,  sərlövhənin  uzunluğu,  bir  sözlə,  dizayn    nəzərə  alınır.  Qərbdə 
sərlövhəaltılardan az istifadə olunur.  
        Azərbaycan təcrübəsində redaktorlar materialı adətən sərlövhə ilə qəbul 
edirlər, əks halda, yazı tamamlanmamış sayılır. Azərbaycanda sərlövhəaltılar 
Qərblə  müqayisədə  qat-qat  çox  yazılır.  Araşdırmalar  göstərir  ki,  bunun 
səbəbi  milli  mətbuatımızda  sərlövhəaltıların,  əslində,  lid  funksiyası 
oynamasıdır. Əsil lid – xəbərin birinci cümləsi isə, adətən, standart uğursuz 
lid formasında yazılır. Bu isə xəbərin piramida şəklində yazılmasına gətirib 
çıxarır.  Məs.,  “Fövqəladə  əməkdaşlığın  prioritetləri  bəlli  oldu.  Yaxın 
vaxtlarda Azərbaycan və Türkiyə birgə təlimlər keçirə bilər.  Dünən Türkiyə 
hökuməti  ilə  Azərbaycanın  Fövqəladə  Hallar  Nazirliyi  (FHN)  arasında 
"Fövqəladə  halların  idarə  edilməsi  üzrə  əməkdaşlıq  haqqında"  protokol 
imzalanıb” xəbərinin yarımsərlövhəsindəki “Yaxın vaxtlarda Azərbaycan və 
Türkiyə  birgə  təlimlər  keçirə  bilər”  xəbəri  barədə  daha  ətraflı  məlumat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə