Aynur Bəşirli Aynur K


Background – olayın tarixç



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

 
Background – olayın tarixçəsi 
 
“Qaynaq”,  “mənbə”,  “mənşə”,  “bioqrafik  məlumatlar”...  Bu  sözlər 
“background”un 
ingilis 
dilindən 
Azərbaycan 
dilinə 
tərcüməsidir. 
“Background”  artıq  olmuşlardır,  baş  vermiş  faktlardır.  Bir  sözlə,  hadisənin 
dosyesi, onun kökləridir. Elə buna görə də “background”u Azərbaycan dilinə 
termin  olaraq  “qaynaq  informasiya”  və  ya  “ön  tarixçə”  kimi  tərcümə 
edəcəyik.  Backgrounda  bəzən  “xatırlatma”  da  deyirlər.  Bu  qeyri-rəsmi 
terminin  formalaşmasına  səbəb  milli  mətbuatımızda  qaynaq  materialın 
təqdimatında  “xatırladaq  ki”  ifadəsinin  işlənməsidir.  Bir  qədər  əvvəl  təhlil 
edilən yazıda olduğu kimi.    
  
Qaynaq  informasiya  nə  dərəcədə  vacibdir?  Xəbəri  onsuz  yazmaq 
olmazmı?  Qaynaq  informasiya  xəbərin  özü  deyil,  onun  ön  tarixçəsidir. 
Amma  bu  tarixçənin  xəbərə  birbaşa  dəxli  olmalıdır.  Məsələn,  biz  ipoteka 
kreditinin  verilməsindən  yazırıqsa,  ön  tarixçə  xəbərin  fokusuna  xidmət 
etməli,  Azərbaycanda  ipotekanın  ümumi  tarixi  barədə  dastan  olmamalıdır. 
Aşağıdakı xəbər bu tələblər səviyyəsindədir:  
 
Örnək  4.  poteka  krediti  almaq  üçün  140  nəfər  müraciət  edib.  V. 
Familqızı,  “525-ci qəzet”, 10 avqust 2006.   
poteka kreditlərinin verilməsinə başlanan vaxtdan bu günə 
qədər  140  nəfər  kredit  almaq  üçün  müvafiq  müvəkkil 
banklara  müraciət  edib. 
poteka  Fondundan  verilən 
məlumata  görə,  indiyə  qədər  müraciət  edənlərin  yalnız  63 
nəfərinə kredit verilib.  
Lid 
Vətəndaşlara  təqdim  edilən  63  kreditin  12-i  yenidən 
maliyyələşdirilib.  Müvəkkil  banklar  tərəfindən  verilən 
Lidin izahı  


ipoteka  kreditinin  orta  məbləği  21  min  750  manat  olub. 
poteka Fondu tərəfindən aparılan monitorinqlər nəticəsində 
məlum  olub  ki,  kreditlə  mənzil  alanlar  hər  mənzilə  orta 
hesabla  təxminən  34  min  manat  pul  verib.  Kredit  götürən 
vətəndaşlar  tərəfindən  alınan  mənzillərin  orta  sahəsi isə  62 
kvadrat  metr  olub.  Kredit  alanların  böyük  əksəriyyəti 
imkanlı  şəxslərdir.  Belə  ki,  borc  götürənlər  kreditlərə  görə 
orta hesabla hər ay 270 manat ödəyiblər. 
Xatırladaq  ki,  ipoteka  kreditləri  3  ildən  15  ilə  qədər  verilir 
və  onların  faiz  dərəcəsi  illik  12  faizdən  çox  olmur.  Krediti 
almaq  istəyən  vətəndaşların  aylıq  gəliri  isə  kreditin 
qaytarılması üçün hesablanan məbləğdən ən azı 2 dəfə çox 
olmalıdır. Digər tərəfdən ipoteka krediti hesabına ev almaq 
istəyənlər  nəzərdə  tutduqları  mənzilin  dəyərinin  30  faizini 
özləri  ödəməlidir.  Bu  il  dövlət  büdcəsindən  ipoteka 
kreditlərinin verilməsi üçün 26 milyon manat vəsait ayrılıb. 
Ancaq  bu  günə  qədər  ayrılan  vəsaitin  yalnız  3  faizindən 
istifadə edilib. 
Qaynaq 
informasiya, 
ön tarixçə 
 
 
Göründüyü  kimi,  bu  xəbərdəki  qaynaq  informasiya  oxucuya  ipoteka 
kreditinin  şərtləri  barədə  informasiya  verərək  ona  xəbərdən  yararlanmaq, 
düzgün  qərar  qəbul  etmək  imkanı  yaradır.  Demək,  düzgün  qaynaq 
informasiya verməklə biz oxucuya xidmət edirik.  
 
 
Yaddaş vərəqi: “Background”u –ön tarixçəni necə yazmalı 
 


nsanın  backgroundu  onun  ömürlüyü  –  tərcümeyi-halıdır.  Hadisənin 
backgroundu  onun  ön  tarixçəsidir.  Demək,    backgroundu  –  qaynaq 
materialı yazanda bioqrafiya prinsipinə əməl etmək lazımdır. Yəni: 

 
Hadisələri xronoloji ardıcıllıqla düzülməli.  

 
Tarix və hadisələr bir-birini izləməlidir. 

 
Yalnız baş vermiş olaylar – Faktlar haqqında yazın. 

 
Bioqrafiya  prinsipinə  əməl  edin.  Yəni  sizin  “Mən  1972-ci  ildə  Bakı 
şəhərində doğulmuşam. 1979-cu ildə Nəsimi rayonundakı 1 saylı orta 
məktəbə 
getmişəm” 
yazmağınız 
kifayətdir. 
Bu 
zaman 
“valideynlərimin  dediyinə  görə,  mən  1972-ci  ildə  Bakı  şəhərində 
doğulmuşam.  btidai  sinif  müəllimim  Fəridə  xanımın  sözlərinə  görə, 
1979-cu  ildə  Nəsimi  rayonundakı  1  saylı  orta  məktəbə  getmişəm” 
yazmaq  nə  qədər  yersizdirsə,  “background”da  da  istinadlara  eyni 
dərəcədə ehtiyac yoxdur. 

 
Qısa  və  yığcam,  sanki  arayış  yazırmışsınız  kimi  yazın.  “Xatırladaq 
ki”,  “qeyd  edək  ki”  və  s.  ifadələrdən  qaçın.  “Xatırladaq  ki”,  “qeyd 
edək  ki”  yazmaqdansa,  nəyi  xatırladıb,  nəyi  qeyd  etmək  istədiyinizi 
birbaşa yazın.   

 
Tarix  yox,  tarixçə  yazın.  Qaynaq  informasiya  xəbərdə  açıqlanan 
məsələyə  aydınlıq  gətirməli,  onun  tarixçəsini  izah  etməlidir.  Məs., 
söhbət  təhsil  sistemində  islahatlar  çərçivəsində  yaradılmış  pilot 
məktəblərin  fəaliyyətindən  gedirsə,  qaynaq  informasiya  ümumən 
təhsil  sistemi  islahatları  tarixindən  deyil,  pilot  məktəblər  barədə 
olmalıdır.  

 
Qaynaq informasiyanı abzasdan yazın. 

 
Qaynaq  informasiya  ilə  bağlı  internet  resursları  –  veb.səhifələri 


göstərin. 
 
 
 
Əkinçi”nin çevrilməmiş piramidası 
          450  il  bundan  sabiq  Osmanlı  türkləri  Avropaya  daxil  olub  Rum 
dövlətinin  Qəstəntiniyyə  şəhərini  zəbt  edib  ona  slambul,  yəni  islam  şəhəri 
ad  qoyub,  ətrafda  vaqe  olan  xaçpərəst  vilayətlərini  həm  zəbt  ediblər.  Bir 
neçə il bundan sabiq zikr olan vilayətlərin bəzi ki, olsunlar Serb və Qaradağ, 
yəni  Əşqüdrə  və  Əflan  və  Bağdan  əyalətləri,  Osmanlı dövləti ilə  cəng  edib 
onun zirdəstindən çıxıb, indi ancaq dövləti-Osmaniyyəyə müəyyən olan xərc 
verirlər, amma ümurati-daxiliyyələri özləri ilədir. 
          Bu  halda  ki,  Bosnə  və  Qerdseqovinə  əhli  Osmanlı  dövləti  ilə  cəng 
edirlər, onların  həm  muradı oldur ki,  zikr  olan  əyalətlər kimi  olsunlar. Zikr 
olan əyalətlərdən Serb və Qaradağ əhli Bosnəyə kömək etməkdən muradları 
oldur ki, Osmanlıya heç xərc verməsinlər.  
          Çünki  Serb  və  Qaradağ  əhli  Bosnəyə  kömək  etməyi  məlumdur  və 
keçən  həftə  tel  gəlmişdi  ki,  Osmanlı  dövləti  Serb  və  Qaradağı  zəbt  etmək  
istəyir, ona binaən danışıq var idi ki, Avropa dövlətləri o cəngə qarışacaqlar. 
Amma indi tel gəlib ki, Osmanlı əsgəri ol əyalətlərin sərhədini keçməyib və 
keçmək istəmir.   
Əkinçi” qəzeti, 
Təzə xəbərlər, 28 aprel 1876 
 
Birlikdə çalışaq 
 
2006-cı 
ilin 
isti 
yay 
günlərinin 
birində 
Kayseri 
Erciyez 
Universitetində  çalışan  həmyerlimiz  astrofizik  smayıl  Yusifovdan  maraqlı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə