Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

ifadələr  işlətməkdənsə  vurğunu  və  ya  israrı  əks  etdirən  sitatlar  verin. 
Liddən  sonra gələn və  liddəki informasiyanı dolğunlaşdıran  sitat onu 
daha da qüvvətləndirir.    

 
Parazit  sözlər.  “Sözügedən”,  “adı  çəkilən”,  “belə  ki”,  “artıq”  . 
“Sözügedən”,  “adı  çəkilən”  sözlərini  işarə  əvəzlikləri  ilə  əvəz  edin. 
Məs.,  “Dünən  Səbayel  rayon  Məhkəməsi  Daxili  şlər  Nazirliyi 
Narkotiklərlə  Mübarizə  Baş  darəsinin  rəisi,  polis  general-mayoru 
Həzi  Aslanovun  iddiası  ilə  "Azadlıq"  qəzetini  və  sözügedən  qəzetdə 
müsahibəsi  dərc  olunmuş  politoloq  Zərdüşt  Əlizadəni  cərimə  edib” 
əvəzinə,  “Dünən  Səbayel  Rayon  Məhkəməsi  Daxili  şlər  Nazirliyi 
Narkotiklərlə  Mübarizə  Baş  darəsinin  rəisi,  polis  general-mayoru 
Həzi Aslanovun iddiası ilə "Azadlıq" qəzetini və bu qəzetə müsahibə 
vermiş politoloq Zərdüşt Əlizadəni cərimələyib”.  
 
sti xəbərin strukturu 
 
Bilirsinizmi ki, ingiliscə “Leader” sözü “lead”-dən yaranma, düzəltmə 
sözdür. Liderin Azərbaycan dilinə tərcüməyə ehtiyacı yoxdur. Güclü liderlə 
güclü  lid  bir-birinə  bənzəyir:  hər  ikisi  irəlidə  gedərək  arxadakıları  ardınca 
çəkib aparır. Birincisi  insanları, ikincisi isə xəbəri, xırdalasaq, cümlələri.  
 
Xəbərə  güclü  lid  tapa  bilmişiksə,  sonrakı  cümlələr  ipə  muncuq 
düzülən  kimi  düzülməlidir.  “Vaşinqton  Post”un  köşə  yazarı  Tomas  Bosvel 
bunu belə izah edir: “Çətini mövzunun mərkəzi ideyasını tapmaqdır. Belə bir 
ideya sapa bənzəyir. Bu sap tapılanda sitatlar, detallar, söhbətlər ona muncuq 
kimi düzülür”
33
.     
sti xəbərin quruluşu yuxarıda deyilənlərə əsaslanır: 
                                                  
33
 Mencher M. News Reporting and Writing. USA, Brown & Benchmark, 1997. p.119.  
 



 
Lid 

 
Lidi dəstəkləyən və izah edən material 

 
Qaynaq informasiya, ön tarixçə və yaxud background 

 
kinci dərəcəli, daha önəmsiz material  
Aşağıdakı xəbərin misalında isti xəbərin quruluşunu incələyək.  
 
Örnək  3.  sti  xəbərin  quruluşu.  Azərbaycan  əsgəri  Livana  göndərilə 
bilər. C. Sümərinli, “Ayna”, 10 avqust 2006   
 
Azərbaycan əsgəri Livana göndərilə bilər  
Sərlövhə  
Bu  məsələnin  gerçəkləşməsi  üçün  slam  Konfransı 
Təşkilatının "xeyir-dua"sı zəruridir 
Yarımsərlövhə 
sraillə Livan  arasında  hərbi  əməliyyatlar səngiyən  dövrdə 
bölgədə  sabitliyi  təmin  etmək  üçün  NATO-ya  tərəfdaş 
ölkələrin, o cümlədən Azərbaycanın sülhməramlıları oraya 
göndərilə bilər. Bu barədə NATO-nun Brüsseldəki mənzil-
qərargahından "Ayna"ya bildirilib. 
Lid  
Mənbənin  məlumatına  görə,  sülhməramlıların  sözügedən 
bölgəyə  göndərilməsi  orada  sabitliyin  bərqərar  olmasına 
ciddi  töhfə  verə  bilər.  Amma  bu,  vaxt  aparacaq 
prosedurdur. 
Lidin 
izahı, 
gücləndirilməsi  
Azərbaycan  Müdafiə  Nazirliyində  sülhməramlılarımızın 
qaynar bölgəyə göndərilməsi barədə məlumatlarla bağlı hər 
hansı  fikir  söyləməkdən  çəkinirlər.  Nazirliyin  adının 
çəkilməsini istəməyən təmsilçisi əməkdaşımızla söhbətində 
bu  məsələyə  münasibət  bildirməyin  hələ  tez  olduğunu 
Balans: 
hökumət  


bildirdi.  
Xarici  şlər  Nazirliyindən  isə  bildirildi  ki,  bu  məsələnin 
reallaşması  üçün  beynəlxalq  təşkilatların  rəhbərliyindən 
Azərbaycana  təkliflər  olmalıdır.  Bundan  sonra  bu  təkliflər 
parlamentdə  müzakirə  oluna  və  prezident tərəfindən qəbul 
edilə bilər. 
Balans: 
hökumət 
Bildirək  ki,  indiki  halda  ekspertlər  bölgəyə  müsəlman 
sülhməramlılarının  göndərilməsi  üçün  NATO  ilə  yanaşı 
Birləşmiş 
Millətlər 
Təşkilatı 
və 
slam 
Konfransı 
Təşkilatının qərarını əsas hesab edirlər. 
Balans:  
ekspert  
Keçmiş  briqada  komandiri,  ehtiyatda  olan  polkovnik 
ldırım Məmmədov Azərbaycan sülhməramlılarının Livana 
göndərilməsi  ideyasını  çox  müsbət  qarşılayır.  "Öz  Silahlı 
Qüvvələrinin  döyüş  hazırlığını  gücləndirmək  niyyətində 
olan ölkələr belə  şansları  əldən buraxmırlar.  Əsgərlər belə 
ərazilərdə  öz  təcrübələrini,  dünyagörüşlərini  artırırlar",  - 
deyən  .  Məmmədovun  fikrincə,  Azərbaycanın  sözügedən 
bölgəyə  əsgər  göndərməsi  üçün  ilk  növbədə 
slam 
Konfransı  Təşkilatının  qərarı  zəruridir.  Çünki,  əks  halda, 
bəzi  islam  ölkələri  bizi  srailin  tərəfində  olmağımıza  görə 
qınaya  bilərlər.  Bütün  bunlara  baxmayaraq,  .  Məmmədov 
hazırda 
Azərbaycan 
sülhməramlılarının 
Livana 
göndərilməsi 
ideyasının 
müzakirə 
olunmadığı 
qənaətindədir.  " ndi  daha  çox  Avropa  ölkələrinin 
sülhməramlılarının 
bölgəyə 
göndərilməsi 
məsələsi 
müzakirə  obyektidir.  Amma  situasiya  dəyişə  bilər.  Belə 
Münasibət  


olduqda  Azərbaycan  30-40  əsgərlə  münaqişə  zonasında 
sabitliyi qoruya bilər", - deyə o bildirir. 
Qeyd  edək  ki,  Ukrayna  Müdafiə  Nazirliyinin  həyata 
keçirilən  əməliyyatlar  mərkəzinin  rəhbəri  general  Sergey 
Bezluşenko  bildirib  ki,  gələn  il  Ukrayna  sülhməramlıları 
Livan  və  Sudana  göndərilə  bilər.  Onun  sözlərinə  görə, 
Ukrayna  Liberiya  və  Kosovodan  başqa  digər  qaynar 
nöqtələrdə sülhməramlı qüvvələrini sayca artırmağa texniki 
cəhətdən  qadirdir.  S.Bezluşenko  qeyd  edib  ki,  BMT  artıq 
Ukraynaya  hərbçiləri  Sudana  göndərməyi  təklif  edib. 
Amma  bu  qərarı  Ali  Rada  və  Ukrayna  prezidenti  qəbul 
etməlidir. 
kinci  dərəcəli 
informasiya  
Xatırladaq  ki,  Azərbaycan  sülhməramlıları  hazırda 
Əfqanıstan, 
raq  və  Kosovoda  beynəlxalq  antiterror 
qüvvələri tərkibində xidmət edirlər. 
Qaynaq 
informasiya, 
ön  tarixçə  – 
background  
 
 
Təhlildən  göründüyü  kimi,  isti  xəbər  ən  önəmli  informasiyadan 
(Azərbaycan  əsgərinin  Livana  göndərilmək  ehtimalından)  başlayaraq  bu 
informasiyaya  münasibəti  əks  etdirir.  Münasibətin özü də balansı  saxlamaq 
üçün  hökumət  və  qeyri-hökumət  mənbələrinə  əsaslanaraq  önəminə  görə,  3 
yerə  bölünür:  müdafiə  və  xarici  işlər  nazirlikləri,  ekspert  və  istefada  olan 
hərbçi.  Xəbərin  ikinci  dərəcəli  –  daha  önəmsiz  hissəsi  Ukrayna 
sülhməramlılarının  gələn  il    Livana  və  Sudana  göndərilmək  ehtimalıdır. 
“Xatırladaq  ki,  Azərbaycan  sülhməramlıları  hazırda  Əfqanıstan,  raq  və 
Kosovoda beynəlxalq antiterror qüvvələri tərkibində xidmət edirlər” cümləsi 
qaynaq material, yaxud bəkqraunddur. Bəs “backqround” nədir? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə