Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

və  “Nə  zaman  ?”  sualları  ikinci  dərəcəlidir.  Çünki  bu,  slam  partiyasının 
srail Livanda hərbi əməliyyatlara başlayandan bəri keçirdiyi ilk piket deyil. 
Amma  piketin  srail  səfirliyi  qarşısında  keçirilməsinə  cəhd  edilməsi  isə 
təzədir, elə buna görə də lidin vurğusu onun üzərinə düşməlidir.     
Nə zaman? 
 
sti  xəbərin  lidində  zaman  elementinin  göstərilməsinə  münasibət 
ikilidir. Bəzi redaktorlar bunun vacib olduğunu bildirir: xəbər zamansız ola 
bilməz.  Bəzi  redaktorların  fikrincə  isə,  isti  xəbər  öz-özlüyündə  isti-isti  baş 
vermiş  olayı  xəbərlədiyindən  liddə  zamanın  göstərilməsi  önəmli  deyil. 
Çünki  oxucu  onsuz  da  bilir  ki,  söhbət  təzə  xəbərdən  gedir.  Aşağıdakı 
misallarla bu mövqelərə aydınlıq gətirək:  
“ yulun 13-də Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclasında Q ÇS üzrə 
Respublika  Mərkəzinin  fəaliyyəti  müzakirə  olunub.  Bu  barədə  iyulun  14-də 
nazirliyin  yaydığı  məlumatda  deyilir”  (“Trend”,  “Günay”  qəzeti,  15  iyul 
2006-cı  il)  lidində  zaman  iki  dəfə  qeyd  olunsa  da,  o,  olayın  önəmini  nə 
azaldır,  nə  da  artırır.  Əslində,  bu  xəbərin  lidində  Səhiyyə  Nazirliyinin 
kollegiya  iclasında  Q ÇS  üzrə  Respublika  Mərkəzinin  fəaliyyətinin  Niyə 
müzakirə olunması açıqlanmalı idi.  
 “ABŞ-ın  Konnektikut  ştatında  Demokrat  Partiyasından  senator  postuna 
namizədlərin müəyyənləşməsi üçün keçirilən ilkin seçkilər başa çatıb. APA-
nın  yaydığı  məlumata  görə,  ermənipərəst  senator,  milliyyətcə  yəhudi  olan 
Cozef  Liberman  praymeriz  seçkilərində  məğlub  olub”,  “Hindistanın  Şimali 
Kerala ştatının hökuməti Coke, Persi, Sprite və Coca-Cola Co. and PersiCo 
Inc.  şirkətlərinin  istehsal  etdiyi  içkilərin  satışına  qadağa  qoyub.  Bu  barədə 
ş
tat  administrasiyasının  nümayəndəsi  xəbər  verib”  lidlərində  zaman 
göstərilmir. Birinci liddə önəmli olan C. Libermanın məğlubiyyəti, ikincidə 
isə  məşhur şirkətlərin məhsullarının satışına qoyulan qadağadır.   


Demək,  zaman  elementinin  yerini  lidin  məzmunu  müəyyənləşdirir. 
Aşağıdakı misalda olduğu kimi: 
Bu gün saat 13:20-də metronun “Bakı Soveti stansiyasında partlayış olub. 
Bu xəbərdə qaynar xəbərin məzmunu hadisənin baş vermə zamanını saatına 
qədər  lidə  çıxarılmasını  tələb  edir.  Zaman  elementi  daha  çox  qaynar 
xəbərlərdə vurğulanır.    
Niyə
 
“Kim  ?”  və  “Nə  ?”  suallarının  cavabı  oxucuya  bir  söz  deməyəndə 
“Niyə  ?”  sualına  keçmək  lazımdır.  “Trend”  agentliyinin  bu  xəbərində 
olduğu kimi:  
“Geydelberq  Akademiyası  Karlsruye  Universitetinin  alimləri  Briqit  Müller 
və  Mark  Tunqay  Bakıdadır.  Milli  Elmlər  Akademiyasının  Yer  haqqında 
Elmlər  Şöbəsi  xəbər verir  ki,  səfərin  məqsədi tektonik fəallığı  öyrənməkdir. 
Araşdırmalar 2005-ci ildə Milli Elmlər Akademiyasının Geologiya  nstitutu 
ilə  Karlsruye  Universiteti  arasında  imzalanmış  “Dünya  gərginliyinin 
xəritəsi” layihəsi çərçivəsində aparılır.  
1986-cü  ildə  alman  alimləri  dünyanın  gərginlik  xəritəsini  yaratmaq 
ideyasını  irəli  sürüb  və  bu  məqsədlə  professor  Frideman  Vensentin 
rəhbərliyi  altında  uzunmüddətli  beynəlxalq  layihənin  əsası  qoyulub. 
Azərbaycanın  bu  layihəyə  qoşulmasının  məqsədi  xəritənin  Azərbaycan 
hissəsini hazırlamaqdır (“Günay” qəzeti, 15 iyul).   
 
Birinci  cümlə  oxucuya  heç  nə vermir.  Çünki  oxucu  Briqit  Müller  və 
Mark  Tunqayı  tanımır.  kinci  cümlədən  məlum  olur  ki,  alimlər  tektonik 
fəallığı öyrənmək üçün Bakıya gəliblər. Xəbəri sona qədər oxuduqda səfərin 
məqsədi  daha  da  aydınlaşır:  “Dünya  gərginliyinin  xəritəsinin”  Azərbaycan 
hissəsini tamamlamaq. Tektonik fəallıq da buna görə öyrənilir.  Demək, bu 
xəbərin lidində “Niyə ?” sualı açıqlanmalıdır:  


“Dünyanın  gərginlik  xəritəsi”nin  Azərbaycan  hissəsini  tamamlamaq  üçün 
ölkəmizin  tektonik  fəallığını  öyrənən  alman  alimləri  Briqit  Müller  və  Mark 
Tunqay Bakıya gəliblər”.       
Necə
 
“Necə?”  sualının  açıqlanması  lidin  ən  maraqlı  elementi  ola  bilər.  Bu 
sualın cavablanması, əsasən, kriminal xəbərlərin lidində yerinə düşür.    
“Martın  doqquzunda  səhər  saat  10:15  radələrində  Lerik  rayon  sakini 
Qərənfil  Kərimova  əri  Manaf  Qəmbərovla  birgə  Binə  qəsəbəsində  yaşayan 
qardaşı Qail Kərimovun evində olarkən balta ilə onu qətlə yetirib, onun qızı 
3  yaşlı  Əfsanəni  boğub,  arvadı  Yaquta  isə  zorla  sirkə  turşusu  içirdib”. 
“GÜN səhər”, 11 mart 2006.    
         “Necə?”  sualına  cavab  verən  lidlər  daha  çox  təsvirə  əsaslanır. 
Onlardan,  əsasən,  soyuq  xəbərlərdə  istifadə  olunur.  Bu  lidlərə  Qərb 
jurnalistikasında “Necə? lidlər” deyilir.  
 
Yuxarıdakı  misallardan  bəlli  olur  ki,  lidin  bütün  suallara  cavab 
verməsi önəmli deyil. Önəmli olan lidin əsas sualını tapmaqdır. Çünki əsas 
sual  xəbərin  fokusudur.  O  müəyyənləşəndə  xəbərin  fokusu  müəyyənləşir. 
Fokussuz  xəbər  fokussuz  fotoşəkilə  bənzəyir:  kadrda  hər  şey  var,  amma 
yayğın və dumanlıdır. Diqqəti cəmləmək mümkün deyil.  
 
 
Yaddaş vərəqi: liddə nələrdən qaçmalı 

 
Mürəkkəb  xəbərlər.  Lidin  xəbərini  bir  sözlə  yazmağa  çalışın:  bəyan 
etmək  –  açıqlamaq;  qeyd  etmək  –  bildirmək,  söyləmək,  demək; 
təxirə salmaq – ertələməvə s.   

 
Münasibət  bildirən  xəbərlər.  “Vurğulamaq”,  “israrlamaq”  kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə