Aynur Bəşirli Aynur K


“Afinalılar,  biz qalib g



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

 
“Afinalılar,  biz qalib gəldik” (e.ə. 490-cı il).  
 
“Nyu York dağılır, televizoru yandır” (11 sentyabr 2001-ci il).  
 
“Baksovetdə”, metroda eskalator uçdu” ( 8 iyun, 2005-ci il).  
 
Bu xəbərlərin  məkanı da, zamanı da,  çatdırılma  sürətləri də fərqlidir. 
Afinalı  döyüşçü  42  km.  yol  qaçmalı  olmuşdu,  alova  bürünmüş  “Əkizləri” 
görmək  üçün  TV-nin  düyməsini  basmaq  kifayət  idi,  metro  xəbərini  isə 
çoxumuz ilk dəqiqələrdə mobil telefonlarla almışdıq. Nə qədər fərqli olsalar 
da,  hər  üç  xəbəri  birləşdirən  bir  ümumi  cəhət  var.  Onların  üçü  də  liddir. 
Yəni Nə baş veribsə, O. Yaxud olay barədə sərrast bir informasiya.  
 
 “Lead”  ingilis  sözüdür,  “aparıcı,  başçı,  rəhbər”  deməkdir.  “Lead”-in 
başqa bir mənası da açardır. Xəbərin lidi onun başlanğıcı - ilk cümləsi və ya 
cümlələridir. Bu cümlə və ya cümlələrlə xəbər oxucuya açılır və acıqlanır.  
Örnəklərə  baxaq.  
 
Dünən  Nazirlər  Kabinetinin  geniş  yığıncağını  keçirən  Prezident  lham 
Ə
liyev  hökuməti  büdcə  üzərində  nəzarəti  gücləndirməyə  çağırıb.  (Sözlərin 
sayı: 15). 
 
Azərbaycanın  ABŞ-dakı  səfiri  postuna  ölkənin  Nyu-Yorkdakı  daimi 
nümayəndəliyinin  başçısı  Yaşar  Əliyevin  namizədliyi  irəli  sürülüb. 
Diplomatik mənbələrdən "Turan"a məlum olub ki, hazırda ABŞ hökuməti Y. 
Ə
liyevin səfir təyin olunmasına razılıq verilməsi məsələsinə baxır. (Sözlərin 
sayı: 32). 
 
Ötən  il  Xəzərə  düşş  AN-140  təyyarəsi  konstruktor  səhvi  ucbatından 
qəzaya uğrayıbmış. (Sözlərin sayı: 11).  
 


Qafqaz  Müsəlmanları 
darəsinin  sədri  Şeyxülislam  Hacı  Allahşükür 
Paşazadə  srail ordusunun Livandan çıxarılmasını tələb edir. (Sözlərin sayı: 
14). 
 
Azərbaycan  hökuməti  Macarıstan  Apelyasiya  məhkəməsinin  qərarından 
sonra Ramil Səfərovun ekstradisiyası ilə məşğul olacaq. (Sözlərin sayı: 13). 
 
 
Yaddaş vərəqi: Lid nədir 

 
Lid xəbərin cövhəridir. Divin canı şüşədə olduğu kimi xəbərin canı da 
liddədir. 

 
Lid oxucunu yazıya dəvət etməlidir, onun diqqətini çəkməlidir.  

 
Lid jurnalistin vizit kartıdır. Peşəkar jurnalist lidindən bəllidir.  

 
Jurnalist  dəqiq,  vicdanlı  və  balanslı  olmalıdır.  Lid  dəqiq,  vicdanlı  və 
qərəzsiz yazılmalıdır.  

 
Güclü  lid  yalnız  xəbər  dərindən  toplandığı  zaman  yazıla  bilər. 
Yarımçıq toplanmış xəbərin lidi də yarımçıqdır.  
 
 
Birbaşa və dolayı lidlə
 
Lidə  “xəbərin qapısı”  da deyirlər.
31
  Binanın  qapıları onun ölçülərinə, 
arxitekturasına cavab verməli olduğu kimi, xəbərin lidi də xəbərin ölçüsünə 
və  üslubuna  uyğun  gəlməlidir.  Prezident  sarayının  qapısı  Şirvanşahlar 
sarayının  qapılarından,  universitet,  məhkəmə,  nazirlik  qapıları  isə 
mənzilimizin  qapılarından  fərqlidir.    Demək,  isti  xəbərin  qapısı  -  lidi  ilə 
soyuq xəbərin lidi eyni ola bilməz.  
Lidlər xəbəri çatdırma texnikasına görə, iki yerə bölünür: 
                                                  
31
 Handbook for Journalists. Edited by Malcolm F. Mallette. World Press Freedom Committee, 1998, p. 21.    


1.
 
Birbaşa lid; 
2.
 
Dolayı lid. 
 
sti  xəbərin  lidi  birbaşa,  soyuq  xəbərin  lidi  isə  adətən  dolayı,  yaxud 
ertələnmiş lid olur. Bir sözlə, isti xəbərin lidi xəbər piramidasına “qapı”dan, 
yəni  birbaşa  girmək  yolu  tutduğu  halda,  soyuq  xəbərin  lidi  xəbər 
piramidasına  dolayısı  ilə  -  “baca”dan  düşməklə,  yaxud  lağım  atmaqla 
girməyi təklif edir.  
 
Aşağıdakı  misallarda  isti  və  soyuq  xəbərlərin  birbaşa  və  dolayı 
lidlərini müqayisə edək. 
 
Örnək  1.  Nardaranlılar  mitinqlərə  start  verdilər.  drak,  “Ayna”,  
avqust, 2006 (ixtisarla). 
Dünən saat 15:00-da Nardaran sakinləri qəsəbənin 
mam  Hüseyn  meydanında  təxminən  200  nəfərin 
iştirakı  ilə  etiraz  aksiyası  keçiriblər.  Qəsəbə 
ağsaqqallarından  biri,  Məşədi  Natiq  Kərimovun 
"Ayna"ya  verdiyi  məlumata  əsasən,  keçirilən 
aksiya "Hizbullah"a dəstək məqsədini daşıyır. 
L D, 33 söz, iki cümlə.  
Kim? 
Nardaran 
sakinləri  
Harada?    Nardaranda, 
mam Hüseyn 
meydanında 
Nə 
zaman? 
Dünən, 
15:00-da 
Necə?     ki yüz nəfərlə  
Nə?        Etiraz aksiyası 
Nə  üçün?  "Hizbullah"a 
dəstək məqsədilə 
"Biz  srailin dinc Fələstin və Livan xalqlarının 
başına gətirdiyi müsibətlərə göz yuma bilmərik. 
Təfərrüat 
ncələmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə