Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

bir  e-mail  aldım.  Alim  son  araşdırmalar  və  uğurlar  barədə  yazırdı.  smayıl 
müəllimdən xahiş etdim ki, tədqiqat barədə kiçik bir informasiya hazırlasın 
və biz jurnalistika məktəbində onun əsasında isti bir xəbər yazıb dərc edək. 
Həmyerlimizdən aldığımız ilk məlumat belə idi:  
 
Məlumat 1.  
Son  zamanlarda  Türkiyənin  inkişafında,  Türk  bilim  və    teknolojisinde 
böyük irəliləmələr, müvəffəqiyyətlər görünməkdədir. Bunlardan en böyüyü, 
bu yaxınlarda açılışı olan və “100 yılın projesi” adlanan Bakü-Tiflis-Ceyhan 
boru  xəttidir.  ndi  isə  buna  Azərbaycan  bilim  adamlarının  da  adı  keçən  bir 
projenin tamamlanması əlavə olunacaq.  
Bu, 
Kayseri-Erciyes 
Universiteti 
Astronomiya 
Bölümünde 
yürütülmekte  ve  yaxın  10-15  gün  içində  sazlanması  tamamlanacaq 
Türkiyənin ilk Radioteleskop projesidir. Bilimsəl önəmi ilə yanaşı, projenin 
Türkiyə  və  eyni  zamanda  Azərbaycan  üçün  digər  bir  önəmi  ondadır  ki,  bu 
yaxın  bölgədə  radioteleskop  ancaq  Ermənistanda  və  Yunanıstanda 
mövcuddur.  Bunun  yardımıyla,  Türk  bilim  adamları,  optikdə  olduğu  kimi, 
radio dalğalarda da kainatın incələnməsinə qatıla biləcəklər. Azərbaycan için 
isə,  projenin  bir  digər  önemi,  bu  projede  Azərbaycan  Elmlər  Akademiyası 
Fizika  nstitutunun  (IFAN)  əməkdaşı  fiz.-riy.e.n.  smayıl  Yusifovun  da  yer 
almasıdır. 
Əslində, Türkiyə radioteleskop qurma çabalarına TÜB TAK-da 1990-cı 
illərdən başlamışdı. 1995-də Ukraynadan diametri 2m olan bir radio teleskop 
alındı.  1996-da  bu  teleskopda  çalışmaq  üzrə  .  Yusifov  TÜB TAK-a  dəvət 
olundu.  Lomonosov  adına  MDU-nun  astronomiya  bölümünü  bitirmiş,  100 
m-lik  Pulkovo  radioteleskopunda  təcrübə  keçmiş  və  uzun  müddət  ŞAR  və 
Fizika  nstitutunda  radio  astronomiya  araşdırmaları  yapmış  I.Yusifov  üçün 
bu,  ideal  bir  çalışma  ortamı  olurdu.  TÜB TAK  başqanlıgı  1996-1997-de 


radioteleskop proje yönetmeliyini I. Yusifova həvalə edir. Təəssüf ki, alıcıda 
olan bir texniki nasazlıqdan və maliyyə dəstəyinin olmaması üzündən 1997-
de proje durdurulur və bu teleskop 2000-də Kayseri, Erciyes Universitetində 
yeni  açılmış  Astronomiya    bölümüne  hədiyyə  olunur.  I.  Yusifov  da  bu 
bölümə dəvət olunur. 
Radioteleskop  projesi  konusunda  Erciyes  Universiteti  daha  qərarlı  idi 
və  yetərli  para  dəstəyi  saxlayaraq  nəinki  2m-lik  teleskopu  təmir  etməyə, 
hətta  2  ədəd  5m-lik  antennadan  oluşan  interferometr  qurmağı  qərara  alır. 
Problemin böyüklüyü nəzərə alınaraq projenin yönətməniliyi 2 kişiyə, bölüm 
başkanı  Dr.  Ibrahim  Küçüğe  ve  Dr.  Ismail  Yusifova  həvalə  olunur. 
Universitetin 
Bilimsəl 
Araşdırma 
Projeleri 
bölümünün 
http://proje.erciyes.edu.tr/2003fen.htm  veb.  səhifəsindən  göründüyü  kimi, 
proje aşağıdakı 2 hissəyə bölünmüşdür: 
1)  5  metr  çaplı  2  və  ya  daha  fazla  antenadan  oluşan  radio 
interferometr tasarımı;   
     Yönetmen I. Küçük, Yardımçı  I. Yusifov; 
2)  Erciyes  universiteti  radio  teleskopunun  otomatik  takip 
sisteminin  və  1420  MHz    frekansta  çalışan  nötr  hidrojen  alıcısının 
geliştirilmesi; 
     Yönetmen I. Yusifov, Yardımçı I. Küçük 
2003-de başlanan bu projenin 1-ci hissesinin 1-ci qismı ( 1 teleskopun 
inşası)  1-2  ay  öncə  bitdi.  Projenin  2-ci  hissesinin  1-ci  qismi  (  kompyuterle 
avtomatik  kontrol  )  isə  bu  günlərdə  bitmək  üzrədir.  Avqust  ayında, 
teleskopun 
sazlanması 
bitəndən 
sonra 
onun 
açılışının 
olması 
gözlənilməkdədir.  
Proje  haqqında  ətraflı  məlumat  I.Yusifovun  veb.sahifəsindən  almaq 
olar: http://www. yusifov.info.  


 
Məlumat  burada  bitirdi.  smayıl  müəllim  yazırdı  ki,  suallar  çıxarsa, 
ona müraciət edə bilərik.  
 
 Biz  əvvəlcə  yuxarıdakı  mətni  saf-çürük  etmək,  yəni  lazımlı  və 
lazımsız  informasiyalara  ayırmaq  qərarına  gəldik.  Bizə  lazım  olan 
informasiya aşağıdakı suallara cavab verməli idi. 
1.
 
“Kim?” , “nə?”,  “harada?”,  “nə zaman?”  baş verib?  
2.
 
Hadisənin önəmi nədir? 
3.
 
Hadisə barədə qaynaq informasiya nədir? 
4.
 
Hadisə barədə daha nələr bəllidir? 
5.
 
Mənbələr hansılardır?  
Bundan  sonra  yuxarıdakı  informasiyadan  bizə  qalan  ancaq  aşağıdakılar 
idi.  
1.
 
Lidin tapılması.  
 
     Altı əsas suala cavab axtaraq. 
a.
 
Kim?  Azərbaycan  Elmlər  Akademiyası  Fizika  institutunun 
(IFAN)  əməkdaşı  fiz.-riy.e.n.  smayıl  Yusifov  və  bölüm 
başkanı Dr. Ibrahim Küçük.  
b.
 
Nə?  Türkiyənin  ilk  radioteleskop  layihəsi  (sazlanması 
tamamlanmaqdadır). 
c.
 
Harada? 
Kayseri, 
Erciyes 
Universiteti 
Astronomiya 
Bölümündə.  
d.
 
Nə zaman? Avqustun sonlarında.  
Hadisənin önəmini tapaq?  
e.
 
Bilimsəl önəm. Türk bilim adamları, optikdə olduğu kimi, radio 
dalğalarda da kainatın incələnməsinə qatıla biləcəklər.   
f.
 
Yaxın 
bölgədə 
radioteleskop 
ancaq 
Ermənistanda 
və 
Yunanıstanda mövcuddur. Sual: Bu, həmin ölkələrə nə verir? 


g.
 
Azərbaycan alimi bu layihədə yer alıb. 
2.
 
Qaynaq  informasiyanın  tapılması.  Qaynaq  informasiya  ikidir. 
Birincisi, radioteleskop, ikincisi  .Yusifov barədə
a.
 
Radioteleskop barədə - Türkiyə radioteleskop qurma çabalarına 
TÜB TAK’da  1990-cı  illərdən  başlayıb.  1995-də  Ukraynadan 
diametri  2m  olan  radio  teleskop  alınıb.  TÜB TAK-da  1996-
1997-də  .Yusifovun  rəhbərliyi  ilə  RT  layihəsi  başlayıb. 
Texniki  nasazlıq  və  maliyyə  dəstəyinin  olmaması  üzündən 
1997-də  layihə  dayandırılıb.  Bu  teleskop  2000-də  Erciyes 
Universitetində  yeni  açılmış  Astronomiya  bölümünə  hədiyyə 
olunur.  .Yusifov yenidən layihəyə rəhbərlik etməyə dəvət alır. 
Sual: TUB TAK-ın açılışı necədir?  
b.
 
.  Yusifov  barədə  -  Lomonosov  adına  MDU-nun  astronomiya 
fakültəsini  bitirib,  100  m-lik  Pulkovo  RT-da  təcrübə  keçib, 
uzun  müddət  ŞAR  və  Fizika  institutunda  radio  astronomiya 
araşdırmaları aparıb. Sual: ŞAR-ın açılışı.  
c.
 
Hadisə barədə daha nələr bəllidir? 
d.
 
Radioteleskop  projesi  konusunda  Erciyes  Universiteti  daha 
qərarlı  idi,  yetərli  para  dəstəyi  saxlayaraq  nəinki  2m-lik 
teleskopu təmir etməyə, hətta 2 ədəd 5m-lik antennadan oluşan 
interferometr qurmağı qərara alır. Problemin böyüklüyü nəzərə 
alınaraq  projenin  yönətməniyi  2  kişiyə,  bölüm  başkanı  Dr. 
Ibrahim  Küçüyə  ve  Dr.  Ismail  Yusifova  həvalə  olunur.  Proje 
aşağıdakı 2 hissəyə bölünmüşdür: 
1)  5  metr  çaplı  2  və  ya  daha  fazla  antenadan  oluşan  radio 
interferometr tasarımı;  Yönetmen I. Küçük, Yardımçı  I. Yusifov; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə