Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

almaq  üçün  oxucu  181  işarəlik  xəbərin  168  işarəsini,  yəni  92  faizini 
oxumalıdır.  ________________________________________ 
Amerika   –  Azərbaycan: təcrübələrin müqayisəsi 
 
 
 
 
 
 
 
 
 
Çalışmalar: 
2.
 
Xəbərlərin lidini tapın.  
a.
 
Dünən qərargahı Nyu Yorkda yerləşən və bütün dünyada demokratik 
azadlıqların vəziyyətini araşdıran “Freedom House” təşkilatı “Ölkələr 
yol  ayrıcında”  adlandırdığı  illik  hesabatını  açıqlayıb.  “Azadlıq” 
radiosunun məlumatına görə, hesabat 2004-cü ilin noyabrından 2005-
ci  ilin  noyabrına  qədər  dövrü  əhatə  edir.  Otuz  ölkəni  əhatə  edən  bu 
hesabatda idarəetmənin əsas komponentləri, qanunun aliliyi , vətəndaş 
azadlığı,  antikorrupsiya  və  şəffaflıq  ön  plana  çəkilib.  Keçmiş  sovet 
ölkələri  sırasında  Ukrayna  və  Gürcüstan  kimi  ölkələr  islahatların 
keçirilməsi  baxımından  açıqlansa  da,  Azərbaycanla  Qazaxıstan 
korrupsiya ilə ən zəif mübarizə aparan ölkələr kimi xarakterizə edilir. 
Bu  sənəddə  korrupsiya  ilə  mübarizədə  Azərbaycan  Zimbabve, 
Yəmən, Qazaxıstan və Bəhreynlə eyni cərgədə göstərilir.  
b.
 
Ermənistan Uşaq Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış 
biznesmen  Aleksandr  Qivoyevin  xidməti  maşını  dünən  Aştarak  - 


Gümrü  magistral  yolunda  naməlum  şəxslər  tərəfindən  atəşə  tutulub. 
Ailəsi  ilə birlikdə  Gümrüyə gedən  iş  adamı  maşınını yol kənarındakı 
ticarət  köşkünün  qarşısında  saxlayıb.  Aleksandr  Qivoyev  maşından 
düşərək  mağazaya  daxil  olan  zaman  yaxınlıqdakı  "VAZ-2109" 
markalı  maşından  düşən  maskalı  şəxs  biznesmenə  avtomat  silahdan 
atəş  açıb.  Atəş  nəticəsində  Aleksandr  Qivoyev  və  mağazanın  satıcısı 
Gülnarə  Karapetyan  ölüb,  bir  neçə  nəfər  yaralanıb.  Faktla  bağlı 
cinayət işi açılıb, təhqiqat aparılıb. 
3.
 
Xəbərin  Çevrilmiş  piramida  şəklində  yazılıb-yazılmadığını 
araşdırın.  
Ekologiya nazirliyi Böyükşor gölünü qurudur. “Günay”, 15 iyul 2006. 
Azərbaycanda  irili-xırdalı  800-dən  çox  göl  var  ki,  bunun  da  200-ü  təbii 
göllərdir.  Göllər  neft  məhsulları  və  məişət  tullantıları  ilə  çirklənib.  Bu 
barədə  ekologiya  və  təbii  sərvətlər  nazirliyinin  Xəzər  dənizinin  kompleks 
Ekoloji Monitorinq  darəsinin başçısı Lətifə Hüseynova məlumat verib.  
 
Onun  sözlərinə  görə,  Böyükşor  gölünün  vəziyyəti  daha  pisdir.  Bura 
hər gün 18 min kubmetrdən çox istehsalat və məişət tullantıları atılır.  
 
Hazırda bu gölün qurudulmasına başlanılıb.  ndiyədək təxminən 15 ha 
sahə  qurudulub  və  torpaqla  örtülüb.  Təxminən  83  ha  sahə  qurudulsa  da, 
hələ torpaqla örtülməyib.  
 
L.  Hüseynova  deyib:  “Ən  böyük  problem  bundan  ibarətdir  ki, 
infrastruktur  inkişaf  etsə  də,  ətraf  mühitin  qorunması  üçün  ekoloji, 
hidrotexniki qurğular inşa edilmir:  
 
O  qeyd  edib  ki,  5  il  ərzində  Xəzərin  sahil  xəttində  aparılmış 
tədqiqatların  nəticələri  müsbət  olmayıb.  “SSR   vaxtından  bəzi  yerlər 
çirklənmiş vəziyyətdədir”


4.
 
Sərlövhə,  sərlövhəaltı  və  lid  arasındakı  uyğunsuzluğu  aradan 
qaldırın. 
a.
 
Xalq  artisti  Afaq  Bəşirqizi  əməliyyat  olunub.  “525-ci  qəzet”,  10 
avqust 2006. 
Ayağındakı  ağrılardan  əziyyət  çəkən  aktrisanın  sol  diz  oynağında 
cərrahiyyə əməliyyatı həyata keçirilib.  
Dünən Respublika Artroloji Mərkəzində xalq artisti Afaq Bəşirqızının sol 
ayağında  cərrahiyyə  əməliyyatı  aparılıb.  Bu  barədə  APA-ya  əməliyyata 
rəhbərlik etmiş Respublika Artroloji Mərkəzinin direktoru Eldar Abasov 
məlumat verib.  
b.
 
1931  yer  uğrunda  4634  namizəd  mübarizə  aparacaq.  “Ayna”,  10 
avqust 2006.  
MSK təkrar bələdiyyə seçkiləri ilə bağlı yekun məlumatını yaydı. 
Mərkəzi Seçki Komissiyası bu il oktyabrın 6-da keçiriləcək təkrar, əlavə 
və  yeni  bələdiyyə  seçkilərinə  qatılacaq  namizədlərlə  bağlı  yekun 
məlumat  yayıb.  MSK-nın  mətbuat  xidmətindən  verilən  məlumata  görə, 
seçkilərdə 4634 namizəd iştirak edəcək.  
5.
 
“Lid  bütün  suallara  cavab  verməlidirmi?”  paraqrafındakı 
“Geydelberq  Akademiyası  Karlsruye  Universitetinin  alimləri 
Briqit  Müller  və  Mark  Tunqay  Bakıdadır”  xəbərindəki 
məlumatları 
önəmlilik 
dərəcəsinə 
görə 
düzün, 
qaynaq 
informasiyanı tapın və xəbəri Çevrilmiş piramida şəklində yazın. 
6.
 
Bu  xəbərlərdə  hansı  qaynaq  informasiya  verilməli  idi? 
Unudulmuş  qaynaq  informasiyanı  hazırlayın  və  boşluğ
doldurun. 
a.
 
“Azadlıq"dan yeni qərar. “Ayna”, 6 avqust 2006.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə