Aynur Bəşirli Aynur K


Quruma  daxil  olan  partiyaların  b



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

Quruma  daxil  olan  partiyaların  bələdiyyə  seçkilərində  iştirak  edəcə
üzvləri partiyadan xaric olunacaqlar 
Dünən "Azadlıq" blokunun Sədrlər Şurasının toplantısı keçirilib. Vətəndaş 
və  nkişaf Partiyasının sədri Əli Əliyev APA-ya bildirib ki, toplantıda 
bələdiyyə seçkilərində partiyaların qərarlarına zidd addım atan 
namizədlərin təşkilatdan xaric olunması məsələsi müzakirə olunub. Qərara 
alınıb ki, qurumun siyasi xəttinə qarşı fəaliyyət göstərərək, seçkilərdə 
iştirak edən partiya üzvləri təşkilatdan xaric olunsunlar. 
Yığıncaqda ADP sədri Rəsul Quliyevin təklifi də müzakirə olunub. Partiya 
sədrləri sentyabr ayında ictimai birliklərin iştirakı ilə tədbirin keçirilməsi 
haqda razılığa gəliblər. Qurumun toplantısında AXCP-yə olan təzyiqlər də 
müzakirə mövzusu olub. Blok bununla bağlı bəyanat verib. Bəyanatda 
AXCP sədri Əli Kərimlinin ümumvətəndaş pasportu ilə əlaqədar problem, 
"Azadlıq" qəzetinə qarşı məhkəmə iddiaları və "Yeni Fikir" Gənclər 
Təşkilatının üzvləri haqda çıxarılan məhkəmə qərarı pislənib. 
b.  Feldyeger  xidməti  əməkdaşlarının  maaşları  artırılıb.  “Ayna”,  6 
avqust 2006. 
Dünən prezident  lham Əliyev Nazirlər Kabineti yanında Dövlət Feldyeger 
Xidmətinin  şəxsi  heyətinə  daxil  olan,  xüsusi  rütbəyə  malik  əməkdaşların 
və  mülki  işçilərin  aylıq  vəzifə  maaşlarının  artırılması  barədə  sərəncam 
imzalayıb.  Sərəncama  əsasən,  sözügedən  şəxslərin  mövcud  aylıq  vəzifə 
maaşları 2006-cı il avqustun 1-dən 100 faiz artırılır. 
7.
 
 Cümlələri redaktə edin. 
a.
 
Quşlar arasında növbəti monitorinq başlandı. “Ayna”, 27 aprel 2006.  
b.
 
Artıq  bilindiyi  kimi,  iyulun  5-də  Vaşinqtonda  ABŞ  prezidenti  Corc 
Buş  və  Gürcüstan  prezidenti  Mixail  Saakaşvili  arasında  görüş 


planlaşdırılır.  (Vaşinqton  Gürcüstanın  ərazi  bütövlüyünü  tanıyır. 
“Ayna”, 23 iyun 2006). 
c.
 
"GünAz"  TV-nin  fasiləsiz  yayımının  təmin  olunması  bütün 
Azərbaycan  türklərinin  məsələsidir  və  burada  hər  bir  azərbaycanlı 
əlindən gələni əsirgəməməlidir". Güney Azərbaycan Milli Hərəkatına 
Dəstək  Komitəsinin  (GAMHDK)  təmsilçisi  Tofiq  Seyid  bu  sözləri 
dünən  adıçəkilən  məsələ  ilə  bağlı  keçirilən  "dəyirmi  masa"da 
söyləyib.  (Siyasətçilərimiz  "Günaz"  TV-yə  maliyyə  yardimi 
edəcəklər. “Ayna”, 1 avqust 2006,). 
d.
 
poteka krediti üzrə dövlət güzəştlərinin verilmə qaydalarının layihəsi 
tezliklə  ölkə  prezidenti  səviyyəsində  təsdiq  olunacaq.  Azərbaycan 
ipoteka  fondunun icraçı direktoru  Faiq  Məmmədovun  sözlərinə  görə, 
əvvəlki  prezident  fərmanlarında  mexanizm  və  kateqoriyaların 
işlənməsi  haqqında  sərəncamlar  verilib,  ona  görə  də  ölkə  hökuməti 
tərəfindən  müsbət  baxılan  layihələr  üzrə  konkret  qərarlar  qəti  olaraq 
daha  yüksək  səviyyədə  qəbul  olunacaq.  ( poteka  krediti  üçün 
güzəştlər tətbiq ediləcək.  N.  smayılova, “Ayna”, 2 avqust 2006).  
8.
 
“Birbaşa  və  dolayı  lidlər”  və  “Background  –  olayın  tarixçəsi” 
paraqraflarındakı    verilmiş  “Əkinçi”  qəzetindən  götürülmüş 
xəbərləri təhlil edin. Onların lidini, qaynaq materialını tapın.  
9.
 
“Amerika  –  Azərbaycan:  təcrübələrin  müqayisəsi”  qutusundakı 
mülahizələri  müzakirə  edin.  Münasibətinizi  arqumentlərlə 
ə
saslandırın.   
  
 Ədəbiyyat və elektron resurslar:  
13.
 
Adee  K.W.,  Ault  H.  Phillip,  Emery  E.  Reporting  and  Writing  News, 
NY, Harper & Row, 1983. p. 35-52. 


14.
 
Brooks  S.B.,  Kennedy  G.,  Moen  R.Daryl,  Ranly  D.  News  Reporting 
and Writing., NY, Bedford/St.Martin’s, 2002. p. 145-159. 
15.
 
Mencher  M.  News  Reporting  and  Writing.  USA,  Brown  & 
Benchmark, 1997. p. 130-153. 
1.
 
Шостак  М.И.    Репортер:  профессионализм  и  этика,  М.,  «РИП  –
холдинг», 2001, c. 21-49.  
16.
 
Рендалл Д. Универсальный журналист. M., ProMedia 1996, c. 63-
69. 
 
 
 
 
 


 
FƏS L 7. XƏBƏR SOYUYANDA 
 
 
 
 
 
 
 
 
   Od nə çəkdi küldən soruş... 
 
 
 
 
 
 
 
 
 
 
      R. Rza 
 
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Soyuyan xəbər yenidə
necə “isinir”? 

 
Soyuq xəbərin strukturu 
isti xəbərin 
strukturundan nə ilə 
fərqlənir? 

 
Soyuq xəbərin lidi necə 
yazılmalıdır? 

 
Soyuq xəbəri necə 
yazmalı? 
    
 
Odla kül arasında 
 
Heç  ocaq  qalamısan?  Dizlərini,  əllərini  yerə  vurub,  üzünü  az  qala 
torpağa  yapışdırıb  közə  düşən  ağac  parçalarını  üfürə-üfürə  ocağı 
alovlandırmağa  çalışmısanmı?  Alov  dillərinin  rəqsinə  necə,  tamaşa 
etmisənmi?  Bu  çılğın  rəqsin  sonunda  yorğun  şölələrin  yavaş-yavaş  necə 
öləzidiyini,  ocağın  közə  düşdüyünü,  sonda  isə  külə  döndüyünü  gözlərinlə 
görmüsənmi?   
 
sti  xəbər  alovdur.  Təsadüfi  deyil  ki,  tələbələrə  isti  xəbər  yazmağı 
adətən  yanğın  əhvalatı  əsasında  öyrədirlər.  sti  xəbəri  alova  bənzədiriksə, 
onda  kül  nədir?  Odla  külün  arasındakı  köz  özü  nədir?  Onlar  da 
“xəbərdirlərmi”? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə