Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

Xəbərin yazıldığı 2001-ci illə Dağlıq Qarabağ hadisəsinin başladığı 1988-ci 
ili 13 il ayırır. Demək, müəllifin verdiyi qaynaq informasiya – ön tarixçə bu 
illərin  ən  önəmli  hadisələrini  əhatə  etməklə,  oxucuda  aydın  təsəvvür 
yaratmalıdır.  
UNUTMAYIN: Ön tarixçə “Tarixi-Nadir” olmamalıdır, o dünənlə bu günü  
birləşdirən  ən  vacib  informasiyanı  verməlidir.  Qaynaq  informasiya  adətən, 
keçid  abzasından  sonra,  yaxud  əsas  hissənin  əvvəlində  yazılır.  sti  xəbərdə 
qaynaq  informasiya  çevrilmiş  piramidanın  ucunda  –  sonuncu  bölmədə 
yerləşdirildiyi halda, soyuq xəbərdə qaynaq informasiya bir qədər önə keçir. 
Bu  yazının  məntiqindən  doğur.  Çünki  soyuq  xəbərin  verdiyi  yeni 
məlumatları,  incələmələri,  məsələyə  münasibətdə  fərqli  mövqeləri  “həzm 
etmək”  üçün  belə  bir  informasiyanın  daha  tez  çatdırılması  önəmlidir. 
Qaynaq informasiya xəbər boyu mövzuya uyğun olaraq paylaşdırıla bilər.  
Örnək  9.  Ölüm  ayağında  olan  şəhər  həkimlərə  qapı  açmır.  S.  Levin. 
“Nyu York Tayms”, 9 may 1997. 
Sumqayıt,  Azərbaycan.  –  “Onların  heç  bir  yaşları  yox  idi, 
bəlkə  də,  bir-iki  aylıq  olardılar.  Körpə  idilər”,  -  yaşlı  kişi 
şəhər qəbiristanlığının bir küncünü göstərir.  
Onlardan qalan tənha və kiçik başdaşılarının cərgəsidir. 
Lid  
1980-ci illərdə Sumqayıt “ölü zona” kimi tanınırdı. 
Keçid abzası  
32 kimya və metal zavodu ildə 120 min ton zəhərli tullantı 
atırdı.  Dünyaya  gələn  hər  min  körpənin  36-ı  bir  yaşına 
çatmamış  ölürdü.  Sovet  ttifaqı  dağılandan  sonra  nəhəng 
zavodlar bağlanmağa başlayanda Dünya Valyuta Fondunun 
rəsmiləri 330 min əhalisi olan Sumqayıtın köçürülməsini və 
şəhərin  boşaldılmasını  təklif  etdi.  Plan  qəbul  olunmasa  da, 
Qaynaq 
informasiya, 
ön tarixçə 


Xəzər  sahilindəki  bu  şəhərin  üzərindən  çarəsizlik  dumanı 
çəkilməyib.  Zavodlar  bağlanıb,  işsizlik  baş  alıb  gedir. 
Solmuş şəhər sakitdir. Tozlu, ürək darıxdıran küçələrdə ara-
sıra  köşklər  gözə  dəyir.  Uşaq  ölümü  indinin  özündə  də 
ABŞ-dan 3 dəfə yüksəkdir.  
 
 
Təhlildən  göründüyü  kimi,  oxucu  qaynaq  informasiya  ilə  yazının 
əvvəlindəcə,  bir  cümləlik  keçid  abzasından  sonra  tanış  olur.  Bu  qaynaq 
informasiya  lidi  və  xəbərin  mövzusunu  açıqlamaq  üçündür.  Bu 
informasiyada  Sumqayıtın  tarixinə  toxunulmur.  Çünki  söhbət  hələlik  uşaq 
ölümünün  yüksək  olması,  şəhərin  insan  yaşayışına  yaramaması  barədədir. 
Oxucu  üçün  yazının  bu  məqamında  şəhərin  tarixini  yazmaq  uzun-uzadı, 
darıxdırıcı  ola  bilər.  Müəllif  bu  qaynaq  informasiyadan  sonra  BMT-nin 
Azərbaycan  hökuməti  ilə  birlikdə  Sumqayıtda  başladığı  nəhəng  layihəyə 
keçir.  Yazının  əsas  hissəsi  bu  layihə,  onun  Sumqayıtın  yenidən 
dirçəlməsində  rolu  və  qarşıya  çıxan  çətinliklər  barədədir.  Yalnız  bu  yerdə 
oxucuya ikinci qaynaq informasiya təqdim olunur. O daha dərin və tarixidir. 
Çünki məqsəd BMT-nin layihəsini dünənlə bağlayan kökləri tapmaqdır: 
 
Sumqayıt  Bakının  şimalındadır,  onu  paytaxtdan  yarım  saatlıq  yol 
ayırır.  kinci  dünya  müharibəsi  bitəndə  buralarda  üzümlüklər,  elektrik 
stansiyası  və  xlor  zavodu  vardı.  Sonra  Sovet  rəsmiləri  burada  heyrətamiz 
sənaye  şəhəri  salmaq  qərarına  gəldilər.  Neft  kimyası,  sintetik  materiallar, 
yuyucular  və  s.  Bəzi  zavodlar  Bakıdan  buraya  köçürüldü,  qalanları  isə 
tikildi.  
 
Zavodlar  sürətlə  ucaldıqca,  əhalinin  sayı  da  4  mindən  200  minə 
qalxdı.  Sumqayıt  iqtisadi  möcüzə  adlandırılırdı  və  buna  müəyyən  mənada 


ə
sas  vardı.  Amma  heç  kim  dilinə  gətirmirdi  ki,  Sumqayıtda  nəfəs  almaq 
mümkün deyil, küçəyə çıxanda adam boğulur.  
 
Bu  ön  tarixçə  oxucuya  yeni,  daha  geniş  məlumat  verməklə  onu 
yazının  əsas  hissəsində  qaldırılan  sualları  anlamağa  kömək  edir.  Qaynaq 
informasiya  yardımçı  informasiya  olduğundan  onu  oxucuya  birbaşa  deyil, 
məqamına  görə  vermək  mümkündür.  Bu  zaman  qaynaq  informasiyanı 
düzgün paylaşdırmaq gərəkdir.  
UNUTMAYIN:  Soyuq  xəbərdə  ön  tarixçə  önəmli  komponentlərdən  biri 
olsa  da,  o  yardımçı  informasiyadır.  Əsas  məlumat  bizim  mövzu  ilə  bağlı 
öyrəndiyimiz  yeni  faktlar  və  münasibətlərdir.  Soyuq  xəbər  mənbələrin 
çoxluğu  ilə  fərqlənir.  Mənbələrin  çoxluğu  müxtəlif  baxışlar  deməkdir.  Bu 
zaman balans gözlənilməlidir. Mənbə naminə mənbə axtarmayın. 
 
Soyuq  xəbərdə  mənbələrin  sayı  minimum  4  olmalıdır.  “Ölüm 
ayağında  olan  şəhər  həkimlərə  qapı  açmır”  yazısında  mənbələrin  sayı 
dörddür:  Azərbaycan  Prezidenti  H.  Əliyev,  BMT-nin  Azərbaycandakı 
rezident-əlaqələndiricisi  P.Lembo,  “Kaiser’s  Engeneering”  şirkətinin  icraçı 
direktoru  Q.  Morrey  və  təqaüdçü  Ə.  Mustafayev.  Mənbələr  bir-birlərini 
tamamlamalı,  yazının  dolğun  və  bitkin  olmasına  xidmət  etməlidir.  Belədə 
yazını bitirmək çətin olmur.  
 
Dördüncü addım: tamamlamalı 
 
Yazının  sonu  sonuncu  akkorddur.  Yazının  lidi  kimi  sonluğu  da 
yaddaqalan  olmalıdır.  “Ölüm  ayağında  şəhər  həkimlərə  qapı  açmır”  yazısı 
təqaüdçü,  97  yaşlı  əmək  veteranı,  Sumqayıtın  özülünü  qoyan  Əli 
Mustafayevin  sözləri  ilə  bitir:  “Lembonun  ən  böyük  azarkeşlərindən  biri 
Sumqayıtın  özülünü  qoyan,  “indiki  azərbaycanlıların  ancaq  özlərini 
fikirləşdiklərini” deyən 97 yaşlı Əli Mustafayevdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə