Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

 
Günlərin  birində,  reportyor  işlədiyim  vaxtlarda  Xarici 
şlər 
Nazirliyinə rəsmi bir tədbiri işıqlandırmaq üçün dəvət olunmuşdum. Nazirin 
qonaqlarla  görüşü  ləngiyirdi.  Qədim  binanın  hündür  divarlarını  bəzəyən 
rəsm əsərlərinə baxmaqdan xoş bir məşğuliyyət tapa bilməyəndə heç ağlıma 
da gəlməzdi ki...  
 
“Bağda  çayxana”  və  “Şərq  bazarı”...    Yaddaşıma  ömürlük  köçən 
əsərlər, səhv etmirəmsə, belə adlanırdılar.  lk baxışda adi və sadə mövzular. 
Siz  bu  mövzularda  əsər  yaratmalı  olsa  idiniz,  nə  çəkərdiniz?  Gül,  bülbül, 
samovar,  satıcılar  və  Şərq  nemətlərinin  ağırlığına  davam  gətirməyən  dolu 
piştaxtalar, yoxsa daha nələr?... 
 
 Rəssamsa  çayxananı  çiçəklənən  ağacların  başından  çəkmişdi. 
Təsəvvür  edirsinizmi,  çayxanaya  küçədən,  yoldan  keçəndə  baxmayasan, 
yuxarıdan  ağacların  arasından  baxasan  və  gözünə  birinci  sataşan  nəhəng, 
ağır, qədimi mis samovarın üstünə dəmə qoyulan güllü çaydan ola. Sonra isə 
çayçının  məmnun və bahar çiçəkləri kimi  təravətli  çöhrəsi,  bir  də  ağaclar... 
Bu  tabloda  baharın  müjdəsi  ağacların  təpəsindən,  pöhrələnən  yarpaqlar 
arasından görünən samovar idi...  
 
...Məscidin  minarələrinə  həmişə  aşağıdan  yuxarıya  baxmağa  adət 
etmişik.  Bəs  yuxarıdan  –  mələklərin  qanad  çaldığı  səmadan  minarə  necə 
görünür?  Rəssam  Şərq  bazarına  göy  üzünün  bircə  ona  bəlli  olan  qatından 
baxırdı.  Əvvəl  minarələrin içi,  sonra  bu minarələrin  ayaqları altına  sərilmiş 
şəhər və bolluq süfrəsi kimi açılmış Şərq bazarı...    
 
Hər  iki  əsərin  müəllifi  xalq  rəssamı  Toğrul  Nərimanbəyov  idi.  Mənə 
elə  gəlir  ki,  Toğrul  Nərimanbəyov  təkcə  rəssamlara  deyil,  həm  də 
jurnalistlərə rakurs barədə ustad dərsləri keçə bilər. Bu əsərlərdən bizim bir 
jurnalist kimi öyrənə biləcəyimiz məhz rakursun seçilməsidir.  


 
“Rakurs”  fransız  sözüdür,  foto  və  kinoçəkilişlərində  qeyri-adi 
perspektiv deməkdir. Belə bir perspektiv obyektə birbaşa deyil, fərqli baxış 
bucağından –  yuxarıdan və ya aşağıdan baxışı nəzərdə tutur.
35
 Jurnalistikada 
isə  rakurs  yazının  təqdimatıdır.  Biz  yazını  hansı  baxış  bucağından  təqdim 
ediriksə, oxucu da hadisəni o bucaqdan görür.  
 
Əgər  biz  isti  xəbər  yazanda  fokus  axtarırıqsa,  soyuq  xəbər  yazanda 
rakurs  axtarırıq.  sti  xəbərin  lidi  məhz  bu  fokusun  əsasında  yazıldığı  kimi, 
soyuq xəbərin lidi də rakurs əsasında qurulur. Elə buna görə də isti xəbərin 
gücü  fokusun  dəqiqliyindədirsə,  soyuq  xəbərin  gücü  rakursun  məharətlə 
seçilməsindədir.  sti xəbərdə oxucu özü xəbərin dalınca qaçdığı halda, soyuq 
xəbərdə,  əksinə,  xəbər  oxucunun  ardınca  qaçır.  Lap  reklam  çarxlarında 
olduğu  kimi.  Bu,  soyuq  xəbərin  təbiətindən  irəli  gəlir.  Axı  xəbər  soyuyub. 
Demək,  onu  oxucu  üçün  ilginc,  çəkici,  maraqlı  etmək,  bir  sözlə,  “isitmək” 
lazımdır.  Qələmə  almaq  istədiyimiz  hadisəni  dərindən  öyrənib  yazını 
başlamaq  üçün  elə  bir  məqam  seçməliyik  ki,  həmin  məqam  oxucunun 
diqqətini  çəkməklə  yanaşı,  həm  də  yazının  lokomotivi  olsun,  onu  özünün 
ardınca çəkib apara bilsin.  
 
“Pasportsuz Yelizaveta ” yazısının lidi kimi: 
 
2006-cı il iyulun ilk günü. Bakıdakı “Hyatt-Recensi” oteli. Otelə təşrif 
buyuran  qonaqlar  Ülyahəzrət  kinci  Yelizavetanın  rəsmi  doğum  günü  ilə 
ə
laqədar  Əlahəzrət  York  Hersoqunun,  sadə  dillə  desək,  Böyük  Britaniya 
Kraliçasının  oğlu  Endrünün  gəlişini  gözləyirlər.  Oğul  da  ki  nə  oğul. 
Qonaqlar  ondan  kübar  bir  nitq  gözlədikləri  halda  kraliçanın  oğlu  Milli 
Məclisin sədri Oqtay Əsədovun yanında aldı, görək nə dedi. 
 
“Bilsəydiniz,  anamın  ad  gününü  neçənci  dəfədir  ki,  qeyd  edirəm”,  - 
deməyə  macal  tapmayan  kraliçanın  oğlunun  bu  sözlərinə  tədbirə  təşrif 
                                                  
35
 Slovar inostrannıx slov. S. 426.  


buyuran  azərbaycanlı  qonaqlar  duruxdular.    Necə  yəni  neçənci  dəfə?  Bə
dəvətnamənin  üstündəki  “rəsmi  doğum  günü  ilə  əlaqədar”  yazısı  və  bu 
ləzzətli yeməklərlə içkilərin mənası nədir?  
 
Mərasimdən  evə  dönən  kimi  kitabları  vərəqlədim  və  kraliçanın  fiziki 
nöqteyi-nəzərdən 21 aprel tarixində doğulduğunu, rəsmi doğum gününün isə 
17 iyunda qeyd edildiyini öyrəndim...
36
       
 
Oxucunun  diqqətini  çəkən  Endrünün  sözləridir.  “Bilsəydiniz,  anamın 
ad  gününü  neçənci  dəfədir  ki,  qeyd  edirəm”.  Müəllif  bu  sözlərdən  istifadə 
edərək  soyuq  xəbəri  “isitməyə”  -  80  yaşlı  Kraliça  kinci  Yelizavetanın 
portretini  cizgiləməyə  keçir.  Oğuldan  –  anaya  rakursu  oxucunu  asanlıqla 
2006-cı il iyul  ayının  biri Bakısından   Böyük  Britaniya və Şimali  rlandiya 
Krallığına  keçirərək  kraliçanın  ömürlüyünün  mühüm  məqamları  ilə  tanış 
edir. Bir sözlə, bu lid oxucuya uzağı yaxın edə bilir.  
 
Bir  qədər  əvvəl  təhlil  etdiyimiz  “Qafqazdakı  hücumlar  yeni  qaçqın 
dalğası  yaradır”  xəbərinə  yenidən  göz  yetirək.  1993-cü  ilin  aprelində 
ermənilər Kəlbəcəri ələ keçirəndə və bölgədə yeni qaçqın dalğası yarananda 
“Nyu  York  Tayms”ın  müxbiri  hadisəni  xəbərləyəndə  məhz  Murov  keçidini 
rakurs  seçmişdi.  Müəllif  belə  bir  rakursla  Amerikadan  çox-çox  uzaqlarda 
baş verən hadisəni oxucusuna yaxınlaşdıra bilmişdi. Çünki amerikalı oxucu 
Murov keçidi nədir bilməsə də, insan əzabı nədir, yaxşı bilir.  
 
 Foto və kinoda rakursu tapmağın öz texnikası var. Bəs jurnalistikada 
rakursu – baxış bucağını necə tapırlar?  
 
Yaddaş: Rakursu necə tapmalı 
Yadınızda saxlayın:  sti xəbərin fokusunu tapmaq üçün “Kim ?”, “Nə ?”, 
                                                  
36
 Pasportsuz Yelizaveta, E. Şahinoğlu, “GÜN səhər”, 8-14 iyul 2006.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə