iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, kriminal, idman və s. Məkana görə
ixtisaslaşma isə bu sahələrin gerçəkləşdiyi yerlərdir. Onların sayı sahələrdən
qat-qat çoxdur: Prezident Aparatı, Milli Məclis, Nazirlər Kabineti,
nazirliklər, Respublika Prokurorluğu, məhkəmələr, bələdiyyələr, məktəblər,
xəstəxanalar və s. və i.
xtisaslaşma jurnalistə müəyyən bir sahəni həmin sahənin peşəkarı
kimi dərindən bilmək imkanı verir. xtisaslaşmış jurnalistlər yazdıqları
sahənin bilicisinə çevrilirlər. Onları aldatmaq, gözlərindən pərdə asmaq
mümkün deyil. Bu yerdə uzun illər “Vaşinqton Post”a rəhbərlik etmiş Katrin
Qrahamın xatirələrindəki bir məqam yada düşür.
Uoterqeyt əhvalatını qələmə alan xanım Qraham yazırdı ki,
Demokratların qərargahında baş verən hadisə barədə xəbər hazırlamaq
tapşırığı 1935-ci ildən qəzetin Vaşinqtonda polis müxbiri olan Al Levisə
tapşırılır. 1972-ci il iyun ayının 17-də Uoterqeyt əhvalatı baş verəndə Al
Levis artıq 37 il idi ki, eyni yerdə polis müxbiri işləyirdi və onun burada
tanımadığı adam yox idi. Al Levisin polislərlə, xüsusilə polis rəisi ilə
dostcasına münasibəti ona hadisə yerində səhərdən axşamacan qalmağa, ilk
uğurlu yazını yazmağa kömək etdi.
39
Bu misal Qərb jurnalistikasında ixtisaslaşmanın oynadığı rola bariz
nümunədir. Bəs Azərbaycanda vəziyyət necədir? xtisaslaşma vacibdirmi?
Peşəkarlar özləri nə düşünürlər?
Bu fəsildə sizin qonaqlarınız praktiklər özləri olacaqlar. Onlar nəinki
təcrübələrini bölüşəcək, həm də sizə dəyərli tövsiyələri ilə bələdçilik
edəcəklər.
BEYNƏLXALQ HƏYAT
39
Graham K. Personal History. NY, Vintage Books, 1997. p. 460-461.
Nurani (Tofiqəxanım Fazil qızı Qasımova, 1970) orta məktəbi qızıl,
Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
Aspirantura təhsilini 1995-ci ildə yarımçıq qoyub. Jurnalist
fəaliyyətinə 1992-ci ildə öncə “Yurddaş”, daha sonra “Bakines”
qəzetlərində başlayıb. 1993-cü ildə “Azərbaycan”, 1994-2001-ci
illərdə “Ayna”-“Zerkalo” qəzetlərində çalışıb, 2000-ci ildən “Exo”
qəzetinin siyasi icmalçısı, 2001-ci ildən bu qəzetin Beynəlxalq həyat
ş
öbəsinin müdiridir. Həsən bəy Zərdabi mükafatına (1996), “Yeni
Nəsil” Jurnalistlər Birliyinin “Media açarı” mükafatının “ lin ən
yaxşı jurnalisti” (1996, 1997), “ lin ən yaxşı beynəlxalq jurnalisti”
(1998) nominasiyalarına, Qadın Jurnalistlər Assosiasiyasının “Bahar
simpatiyası” və “ lin ən yaxşı jurnalisti” (2000) mükafatlarına layiq
görülüb. Kipr probleminə dair kitab müəllifidir.
Azərbaycanda
beynəlxalq
jurnalistika
yalnız
müstəqillik
qazanıldıqdan sonra gəlişməyə başladı. Jurnalistikanın bu qoluna öz varlığını
sübut etmək, qəzet səhifəsinə yol tapmaq o qədər də asan başa gəlmədi.
Beynəlxalq mövzularda yazmaq ancaq “mərkəzin”, yəni Moskva
qəzetlərinin işi idi, Azərbaycan jurnalistlərinə pambıq, neft və istehsalat
qabaqcıllarından yazmaqdan başqa, bir şey qalmırdı. Xoşbəxtlikdən, az bir
zamanda məlum oldu ki, Azərbaycanın unikal geostrateji vəziyyəti, neft
ehtiyatları, dünyanın siyasi və iqtisadi proseslərinə inteqrasiya olunması
bizdən dünyada baş verənləri və bütün bunların Azərbaycana necə təsir
etdiyini öyrənməyi tələb edir. Bizim ölkəmizin vəziyyətinə məs., Venesuela
və Boliviyadakı ölkədaxili siyasi yaşantılar, Türkiyənin Avropa ttifaqına
qəbulu, Kiprlə danışıqlar, Balkanlardakı vəziyyət və s. təsir göstərə bilər. Və
bu zaman “o şey ki Yupiterə caizdir, öküzə caiz deyil” prinsipini öz
ölkəmizə tətbiq edə bilmərik...
Nəzəri cəhətdən beynəlxalq jurnalistikada da janrlar var: intervülər,
məqalələr, reportajlar, qısa xəbərlər... Amma bununla yanaşı, beynəlxalq
jurnalistikanın öz spesifikası mövcuddur. Bir sıra səbəblər, başlıcası iqtisadi
çətinliklər üzündən, Azərbaycan K V-nin hələ ki yetərli sayda xarici müxbiri
və geniş müxbir şəbəkəsi yoxdur. Elə buna görə də material üçün qəzetlər
informasiya agentliklərinə, televiziya kanalları isə
nternet vasitəsilə
beynəlxalq videomübadiləyə üz tutur. Heç də həmişə eksklüziv informasiya
əldə etmək mümkün deyil. Bundan da çətini yüksək keyfiyyətli eksklüziv
almaq imkanıdır.
Silahlı münaqişələrin işıqlandırılmasına diqqət yetirmək lazımdır. raq
müharibəsi buna yaxşı bir örnəkdir. Nəhəng informasiya şəbəkələri
müharibəyə bütöv briqadalar göndərir. Bir jurnalist Qətərdə, Dohadakı
Amerika mətbuat mərkəzində əyləşir, o biri isə cəbhə xəttinin hər iki
tərəfində işləyir... Belə olan halda qəzet münaqişə zonasına öz müxbirini
göndərsə belə, bu cür briqada ilə rəqabətə girmək nəzəri cəhətdən mümkün
deyil. Hətta eksklüziv əldə edilərsə də, “əlaqələndirici mərkəzin
informasiyası” ilə işləmək məcburiyyətindəsən.
Beynəlxalq jurnalistikada ölkədaxili siyasi olayların və iqtisadiyyatın
işıqlandırılmasında informasiyanın, habelə analiz və şərhlərin işlənib
hazırlanması böyük rol oynayır. Çünki məhz bu proses zamanı Kanada
Kvebekində separatizm dalğasının növbəti qalxanışının, Balkanlardakı
müharibənin və Latın Amerikasındakı daxili didişmələrin Azərbaycana
təsirini müəyyənləşdirmək imkanı yaranır.
Beynəlxalq jurnalistikada ön tarixçəni bilməyin və yazmağın böyük
önəmi var. Məs. Azərbaycanda AXCP ilə “Müsavat” arasında növbəti
Dostları ilə paylaş: |