Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

alyansdan  danışanda  Əli  Kərimov  və  sa  Qənbərin  kim  olduğunu  izah 
etməyə  ehtiyac  olmadığı  halda,  Livan  münaqişəsindən  söz  açarkən  
Hizbullahın erməni terrorçuları ilə əlbir işləmələrini yada salmaq vacibdir.  
 
 
Bələdçi: beynəlxalq həyatdan yazırsansa... 
Bələdçiniz Nuranidir. 
 
Sizə lazım olan informasiyanın böyük hissəsini diktofon və kamera 
vasitəsilə  deyil,  məhz  nternetlə  əldə  edəcəyinizə  hazır  olun.  Bu, 
bizim  işin  spesifikasıdır.  Bu  informasiyanı  yoxlamaq  hər  dəfə 
mümkün  deyil.  Elə  buna  görə  də  sizə  hər  şeylə  yanaşı,  mənbəni 
qiymətləndirməyi  öyrənmək  lazım  gələcək.  Çünki  çox  zaman 
vacib,  maraqlı  informasiya  etibarsız  ola  bilər.  K V  öz  ölkələrinin 
maraqlarından  çıxış  edərək  (xüsusilə  Rusiya  K V)  informasiyanı 
tez-tez “korrektə” edir.  
 
Özünümaarifləndirmə  ilə  məşğul  olun.  Sudan  Darfurunda  baş 
verənləri,  Şimali  Koreya  probleminin  mahiyyətini  oxucuya 
çatdırmaq üçün jurnalist özü bu problemlər barədə aydın təsəvvürə 
malik olmalıdır. Ön tarixçələri öyrənin.  
 
Xarici dil öyrənin. Beynəlxalq jurnalist bunsuz ötüşə bilməz. 
 
nformasiyanı  qiymətləndirməyi  bacarın.  Bu,  sizə  hadisə  barədə 
isti,  yaxud  soyuq  xəbər  hazırlamaq  qərarını  verməyə  kömək 
edəcək.  nformasiyanın önəmini  müəyyən edən  amillərdən biri də 
onun  Azərbaycana  nə  dərəcədə  aid  olmasıdır.  Məsələn, 
Azərbaycan  auditoriyası  üçün  ABŞ  prezidentinin  ölkəsinin  ərəb 
neftindən  asılılığını  azaltmaq  barədə  çıxışı  Saratov  vilayətində 


milli  icmaların  sərgisində  Azərbaycan  diasporasının  iştirakı 
xəbərindən daha önəmlidir. 
 
nformasiya mənbələrinizi çoxaldın, daim yeni mənbələr axtarın. 
 
Dünyadakı  münaqişəli  durumlardan  yazarkən  obyektiv  və  tərəfsiz 
olun.  
 
Münaqişələrdən, 
“maraqların 
toqquşması”ndan 
yazarkən 
Azərbaycan maraqlarının nədən ibarət olduğunu oxucuya çatdırın. 
Bu zaman yazdıqlarınızın Bakıda yerləşən diplomatik missiyaların 
xoşuna gəlməyəcəyinə hazır olun.  
 
Diplomatik  nümayəndəliklər,  səfirliklərlə  işin  öz  özəlliyi  vardır. 
Məsələn,  heç  bir  zaman  hər  hansı  bir  ölkədə  baş  vermiş  hadisə 
barədə o ölkənin səfirliyindən elə həmin gün məlumat alacağınıza 
ümid  etməyin.  Səfirlik  nə  müxbir  məntəqəsidir,  nə  də  redaksiya. 
Buradan  ölkənin  hər  hansı  bir  məsələyə  rəsmi  münasibətini 
öyrənmək olar. 
 
Diplomatın sizin ikibaşlı sualınızdan yayınacağına hazır olun.  
 
Diplomatiyada  nüanslar  və  çalarlar  böyük  rol  oynayır.  Elə  buna 
görə  də  diktofona  deyilənləri  qələmə  alarkən  diqqətli  və  dəqiq 
olun.   
 
 
 
 
QT SAD YYAT 
 
 
lham  Şaban  (1967)  ixtisasca  neft  mühəndisidir.  Peşəkar  jurnalist 
fəaliyyətinə 1992-ci ildən “ ntibah” informasiya mərkəzində başlayıb. 


“Azadlıq”  qəzetində  reportyor,  “Press-fakt”  və  “Yeni  Müsavat” 
qəzetlərində  informasiya  bölümünün  rəhbəri  olub.  1994-cü  ildə
“Turan” 
informasiya 
agentliyində 
çalışır. 
1997-ci 
ildə
Azərbaycanda  neft  sənayesi  üzrə  ixtisaslaşan  yeganə  informasiya 
bülleteni  olan  “Turan-Energy”nin  redaktorudur.  Yerli  və  xarici 
mətbuatda Xəzər regionunun enerji məsələləri üzrə şərhçisi kimi çıxış 
edir. 
 
 
 
 
Müasir  Azərbaycan  jurnalistikasında  sahələr  üzrə  ixtisaslaşmanın 
tarixi qısadır: 10 ildən bir qədər çox.  qtisadiyyat sahəsində davamlı yazıları 
ilə  ad  çıxarmış  jurnalistlərin  sayı  isə  indinin  özündə  belə  25-30  nəfərdən 
artıq deyil. Əgər nəzərə alsaq ki, ölkəmizdə nəşr edilən qəzetlərin sayı 500-
dən artıqdır, onların sayının nə qədər az olduğu üzə çıxır. Paradoksal haldır 
ki,  bir  çox  qəzetdə  hələ  də  belə  iqtisadiyyat  səhifəsi  yoxdur.  Populyar 
gündəlik  qəzetlərdə  isə  iqtisadi  mövzular  ən  yaxşı  halda,  ümumi 
materialların 1/16-ni təşkil edir.  qtisadiyyatın özünün də bölündüyü sahələr 
üzrə  ixtisaslaşmış  jurnalistləri  Azərbaycanda  barmaqla  saymaq  olar. 
qtisadiyyat daxilində ixtisaslaşma, əsasən, maliyyə, neft və nəqliyyat-rabitə 
sahələrini əhatə edir.  
 
Əgər  jurnalist  iqtisadiyyat  sahəsində  ixtisaslaşmağı  qarşısına  məqsəd 
qoysa, onda o, azından aşağıdakı mərhələlərdən keçməlidir. 
 
 
Birinci  mərhələ:  isti  xəbərlərin  reportyoru.  Bunun  ilkin  yolu 
informasiya müxbiri ştatından keçir. Öz təcrübəmə əsasən, deyə bilərəm ki, 
informasiya  istehsalçısı  prosesini  lazımi  səviyyədə  keçməyən  müxbir 
gələcəkdə heç vaxt hansısa sahə üzrə mükəmməl təhlilçi kimi özünü göstərə 
bilmir.  nformasiyanın  əldə  olunması,  emalı  və  operativ  çatdırılması 
jurnalistikanın  ən  ağır  və  məsuliyyətli  sahəsidir.  Mən  deyərdim  ki,  isti 


xəbərlərin müxbirləri bir növ işçi arılardır və onların vəzifəsi iqtisadiyyatın 
hansısa  sahəsi  üzrə  maraq  doğura  biləcək  məlumatları  gündəlik  əldə 
etməkdir.  Ona  görə  “maraq  doğura  biləcək”  ifadəsini  işlətdim  ki, 
iqtisadiyyatda cəmiyyət üçün tamamilə maraqsız hesab edilən kifayət qədər 
informasiyalar  dolaşır. 
nformasiyanın  əldə  olunması  mərhələsində 
jurnalistdən  tələb  olunan  informasiyanın  önəmliliyini  ayırd  edə  bilməkdir. 
Məhz  bu  tələbə  cavab  verə  bilmədikləri  üçün  Azərbaycanın  dövlətdən 
maliyyələşən  kütləvi  informasiya  vasitələri,  o  cümlədən  elektron  K V-ləri 
ölkə daxilində, həm də ölkə xaricindəki informasiya istehsalçıları ilə rəqabət 
apara  bilmir.  Məsələn,  20  sentyabr  Azərbaycanda  Neftçilər  günüdür  və 
bununla  bağlı  hər  il  hökumət  səviyyəsində  keçirilən  müxtəlif  tədbirlərdə  
xeyli  müxbir  iştirak  edir.  Gəlin  görək  həmkarlarımız  bu  tədbirlərdən  necə 
faydalanırlar. Dövlətin maliyyəsi hesabına fəaliyyət göstərən K V-lər adətən 
belə  mərasimlərdən  reportaj  tipli  material  verməklə  kifayətlənirlər.  Daha 
doğrusu,  diqqəti  hansısa  məqama  yox,  ümumilikdə  əldə  edilən  uğurların 
təntənəsinə  yönəldir,  hətta  bayram  konsertlərində  kimlərin  iştirak  etdiyini 
yazmağı belə unutmurlar.  
 
Abunəçilərə məlumat satmaq hesabına fəaliyyət göstərən informasiya 
agentlikləri  (onları  müstəqil  adlandıraq)  isə  belə  tədbirlərdən  bəzən  onlarla 
xəbər yaratmaq gücündə olurlar. Təbii ki, informasiyaların keyfiyyəti və sayı 
müxbirin  peşə  hazırlığından  və  cəldliyindən  (baxdığımız  epizodda  tədbirdə 
neçə  vəzifəli  şəxslə  təmas  qurub  nəsə  öyrənmək)  asılı  olur.  Məsələn, 
müstəqil  agentliklərin  müxbirlərinin  çoxu  ilk  xəbərlərinin  lidini  belə 
verdilər: “2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq rekord həcmdə, yəni 30 
milyon  tondan  bir  qədər  artıq  neft  hasil  ediləcək,  gələn  il  isə  bu  rəqəm  47 
milyon  tona  çatdırılacaq”.  Eyni  informasiya  dövlət  agentliklərinin 
müxbirlərinin  xəbərlərində  dəfələrlə  təkrar  olunsa  da,  o,  xəbərin  lidinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə