Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

piramidadır  və  demək,  onun  prinsipi  ilə  işləyir.  Bu  hissədə  yazının  məğzi 
verilir.  Piramidanın  sonuna  yaxınlaşdıqca  isə  xırdalama  gedir.  D. 
Axundzadənin  Bakının  75  km-liyində  yerləşən  Umbakı  qəsəbəsindəki 
Respublika  Cüzam  Xəstəxanasına  həsr  etdiyi  “Cüzamlılar:  kimdir  onlar  ?” 
yazısı  (“Zerkalo”,  24  iyun  1995)  Qum  saatı  prinsipi  ilə  yazılıb.  Məqalə 
cüzam xəstəliyi, onun tarixi barədə məlumatla başlayır: 
 
“Cüzam”,  yaxud  da  “lepra”  sözləri  artıq  ümumi  ismə  çevrilmiş 
xəstəlik  adlarıdır.  Bəşəriyyət  onun  üçün  təhlükə  törədən  hər  şeyi  “taun” 
adlandırdığı  kimi  (istər  faşizmin  “qəhvəyi  taunu”  olsun,  istərsə  də  “XX 
ə
srin taunu” sayılan Q ÇS)”, “cüzamlı” sözü də artıq çoxdandır ki, xəstəlik 
deyil,  sosial  status  bildirir.  Qədim  zamanlarda  Avropada  cüzamlı  xəstələri 
dərhal cəmiyyətdən təcrid edir, kilsədə onun üçün cənazə duası oxuyurdular. 
 
Cüzam  xəstəliyi  2  min  ildən  artıqdır  ki,  məlumdur.  Lakin  hələ  də 
infeksiyanın  ötürülmə  yolları  və  yoluxma  mexanizmi  müəyyənləşdirilməyib. 
Heç  kəs  deyə  bilməz  ki,  nə  üçün  xəstə  valideyndən  doğulan  5  uşaqdan  4-ü 
sağlam, biri isə xəstədir. Xəstəliyin inkubasiya dövrü 20 ilə qədərdir. O, ilk 
vaxtlar ləng və nəzərə çarpmadan inkişaf edir. 
 
Müəllif  bu  abzasdan  sonra  Respublika  Cüzam  Xəstəxanasına  keçir. 
Mövzu yavaş-yavaş daralır, lap qum saatının boğazı kimi. Müəllif xəstəxana 
barədə  ümumi  məlumatdan  sonra  xüsusiyə  keçir:  xəstə  Zeynalabdin 
Məmmədovun tarixçəsinə.  
 
Zeynalabdin  Məmmədov  55  ildir  ki,  xəstədir:  cəbhədə  döyüşüb, 
müharibə  əlilidir.  ndi  isə  buradakıların  hamısı  kimi  birinci  qrup  əlildir. 
Xəstələnməzdən  əvvəl  evlənib,  lakin  xəstəlik  onu  ailəsindən  ayırıb.  kinci 
dəfə  artıq  burada  ailə  qurub.  Bu  yaxınlarda  isə  elə  cüzam  xəstəxanasında 
doğulmuş, lakin xoşbəxtlikdən sağlam olan oğluna toy edib.  


 
Yazı  xəstənin  tarixçəsi  ilə  davam  etdirilir.  Bir  xəstənin  timsalında 
başqa  xəstələrin  də  problemləri  ümumiləşdirilir.  Və  yenidən  məqalə 
xüsusidən  ümumiyə  doğru  inkişaf  edir.  Yazının  sonluğu  da  lidi  kimidir  – 
ümumi: 
 
Ə
vvəllər  cüzamlı  xəstələrin,  korların  və  əlsizlərin  boynuna  zınqırov 
asırdılar  ki,  adamlar  onların  yaxınlaşmasından  xəbər  tutsunlar.  ndi  bu 
xəstələrin  şikayətlərini  eşitdikcə  həmin  zınqırov  səsləri  qulaqlarımda 
cingildəyir.  Xəstəlik  onları  əbədi  dustaqlığa  məhkum  edib.  Bizimlə 
qonşuluqda  yaşamaq,  mağazada  adi  adamlarla  bir  yerdə  növbədə 
dayanmaq, qonşşöbədə işləmək, hamı kimi bazarda alış-veriş etmək onlara 
nəsib olmayıb, çünki cəmiyyətdən təcrid olunublar. Ancaq bu o demək deyil 
ki, cəmiyyət özünü onlardan təcrid etmək hüququna malikdir.   
 
Paxlava 
 
Şəkil 2-ə baxaq. Paxlava – romb iki üçbucağın birləşməsindən əmələ 
gəlib.  O,  Qum  saatına  əks  prinsiplə  işləyir,  yəni  xüsusidən  ümumiyə, 
ümumidən  xüsusiyə.  “Sülh  barədə  danışmaq  cəhdləri”  (Örnək  2)  yazısı 
Paxlava  prinsipi  ilə  yazılıb.  Lid  Ayna  Hüseynovanın  tarixçəsi  ilə  başlayır. 
Keçid abzası xüsusini – bir insanın taleyini minlərin taleyi ilə  birləşdirərək 
ümumiləşdirmə  aparır.    Yazının  gövdəsi,  əsas  hissəsi  ümuminin  üzərində 
qurulub.  Yazının  sonu  yenidən  ümumidən  xüsusiyə  keçidlə  tamamlanır. 
Sonluqda yenidən qaçqınlar danışır: 
 
40  yaşlı  Həsənov  Rəhman  deyir:  “Biz  heç  nədə  səhv  etmirik.  Biz 
ə
vvəllər  olduğu  kimi  yaşamaq  istəyirik.  Biz  torpaqlarımıza  qayıtmaq 
istəyirik. Bu olmasa, biz müharibə edib, torpaqlarımızı geri alacağıq”. 
 
Pərvanə  Hüseynovadan  bir  neçə  mil  uzaqda  səngərlərdəki  ermənilə
barədə soruşanda o, inamla: “Biz onlara nifrət edirik”, - dedi.   


 
 
 
 
 
 
Çalışmalar: 
1.
 
Bu isti xəbərlərdən hansı soyuq xəbərlər yarana bilər: 
a.
 
Paytaxtın Səbail rayonunda Bayılda torpaq sürüşməsi nəticəsində 
5  ev  dağılıb.  Bir  nəfər  həlak  olub,  xəsarət  alanlar  var.  Şəhər 
meriyası  zərərçəkənlərə  kompensasiya  verir,  təcili  yeni 
mənzillərlə  təmin  edir.  Sürüşmə  ərazisinin  yaxınlığındakı 
gecəqondularda isə qaçqınlar yaşayır.   
b.
 
S.  Vurğun  küçəsi  18  ünvanında  tikilən  binada  gecə  saat  üçdə 
yanğın olub.  
c.
 
Avtobuslarda  cibgirlik  edən  dəstə  tutulub.  Dəstə  üzvləri  hamısı 
kimsəsiz uşaqlardır. 
2.
 
Bu faktlar əsasında hazırlayacağınız soyuq xəbərin planını 
yazın. Onları insandan necə keçirmək olar?  
a.
 
Tələbə təqaüdləri 5 dəfə artırıldı. 
b.
 
Azərbaycan  hökuməti  ABŞ-da  təhsil  almağa  hər  il  1000  tələbə 
göndərəcək. 
c.
 
Marşrut  avtobuslarında  sürücüyə  kömək  edən  uşaqların  90  faizi 
məktəbə getmir. 
d.
 
Universitetin  hüquq  və  jurnalistika  fakültələrində  tələbə  qızların 
sayı  oğlanlardan 2 dəfə çoxdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə