Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

3.
 
“Kitab  pasajı”nda  olun.  “Kitab  pasajı”nda  bir  gün”  adlı 
soyuq xəbərin rakursunu tapın.  
4.
 
Aşağıdakı  mövzularda  soyuq  xəbər  hazırlamaq  üçün 
mənbələri sayın: “Uşaq bağçaları özəlləşdirilmədən sonra”, 
“M. F. Axundov adına Milli kitabxana təmirdən sonra”.  
5.
 
Aşağıdakı xəbərin soyuq xəbərə çevrilmə yollarını arayın.
 
 
Yanmış  ərazilər  insan  sağlamlığı  üçün  təhlükə  yaradır.  N. 
Söhbətqızı. “Ayna”, 18 iyul 2006.   
Tərtər  rayon  xəstəxanasının  həkimləri  son  günlər  xəstəxanada 
vaxtından  əvvəl  doğuş  və  ölüdoğulma  hallarının  çoxaldığını 
deyirlər. 
Son aylar ermənilərin işğalı altında olan Azərbaycan ərazilərinin 
yandırılması təkcə kəndlərin, meşələrin məhvi ilə nəticələnməyib, 
bölgədə yaşayan insanların sağlamlığına da ciddi təhlükə yaradıb. 
Belə ki, yanan ərazilərdən çıxan tüstü və zəhərli qaz çöküntüləri 
cəbhəyanı kəndlərdə yaşayan astmalı xəstələrə əziyyət verir, hətta 
sağlam sakinlərin də bu xəstəliyə düçar olmasına səbəb olur 
(APA). Tərtər Mərkəzi rayon xəstəxanasının (MRX) terapevti 
Mətanət Hüseynzadənin sözlərinə görə, son günlər sözügedən 
xəstəlikdən əziyyət çəkmələri barədə xəstəxanaya müraciət 
edənlərin sayı çoxalıb. 
"Astmadan əziyyət çəkən xəstələr tüstüdən, tozdan qoruna 
bilmirlər. Ona görə də boğulma, çətin tənəffüs etmə halları həddən 
artıq çoxalıb", - deyə o əlavə edib. Terapevt qeyd edib ki, ətraf 
mühitin çirklənməsi, təkcə astmadan əziyyət çəkən xəstələr üçün 
deyil, bütövlükdə insan sağlamlığına təhlükədir. 
Tərtər rayon xəstəxanasının nevropatoloqu Şükür Məmmədov isə 


bildirib ki, ürək qan-damar sistemindən əziyyət çəkən xəstələr 
arasında isə ölüm halları müşahidə edilməkdədir. Buna səbəb 
kimi, işğal altında olan ərazilərdə törədilən yanğınları göstərən 
nevropatoloqun fikrincə, qoşunların təmas xəttinə yaxın yerlərdə 
yaşayanların baş verən hadisələri birbaşa gözləri ilə görməsi, 
onların psixologiyasına, yanğınlar nəticəsində yaranan zəhərli qaz 
və tüstü çöküntüləri isə adamların ürək qan-damar sisteminə mənfi 
təsir edir. 
Rayon mərkəzi xəstəxanasından onu da bildiriblər ki, son günlər 
xəstəxanada vaxtından əvvəl doğuş və ölüdoğulma halları da 
çoxalıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə işğal olunmuş 
ərazilərdə, ermənilər tərəfindən yandırılan meşələrin ilk ekoloji 
xəritəsini hazırlamağa başlayıb. Nazirliyin mətbuat xidmətinin 
yaydığı məlumata görə, hazırlanacaq xəritədə yanğınların əhatə 
olunduğu ərazilər göstəriləcək. "Hazırda xəritə üzərində 
təkmilləşdirmə işləri aparılır. Xəritə üzərində aparılan işin gələn 
həftə yekunlaşacağı gözlənilir", - deyə məlumatda bildirilir. Xəritə 
hazır olduqdan sonra Xarici  şlər Nazirliyi və beynəlxalq 
təşkilatlara təqdim ediləcək. 
Ümumiyyətlə, sözügedən nazirliyin ilkin hesablamalarına görə, 
yanğınlar nəticəsində ekoloji baxımdan Azərbaycana 4,5 milyon 
dollar məbləğində ziyan dəyib. 
6.
 
sti  və  soyuq  xəbərdə  qaynaq  informasiyanın  fərqli  və 
oxşar  cəhətləri  hansılardır?  Soyuq  xəbərdə  qaynaq 
informasiyanın  yeri  haradadır,  onu  oxucuya  təqdimetmə 
formaları necə ola bilər?  


 
 Ədəbiyyat:  
17.
 
Adee  K.W.,  Ault  H.  Phillip,  Emery  E.  Reporting  and  Writing  News, 
NY, Harper & Row, 1983, p. 130-140. 
18.
 
Brooks  S.B.,  Kennedy  G.,  Moen  R.Daryl,  Ranly  D.  News  Reporting 
and Writing., NY, Bedford/St.Martin’s, 2002, p.188-205.  
19.
 
Mencher  M.  News  Reporting  and  Writing.  USA,  Brown  & 
Benchmark, 1997. p. 186-218. 
 
 


FƏS L 8. ZƏR QƏDR N  B LƏNLƏ
 
 
 
 
 
 
 
 
   Çörəyi ver çörəkçiyə... 
 
 
 
 
 
 
 
 
 
 
Xalq məsəli 
 
 
Bu fəsildə  
açıqlanacaq suallar: 

 
Jurnalistikada  ixtisaslaşma 
nədir? 

 
xtisaslaşmanın üstünlüyü 
nədədir? 

 
Beynəlxalq həyat, 
iqtisadiyyat, səhiyyə
mədəniyyət, kriminal  və 
idman xəbərlərini necə 
yazmalı?  
 
    
Kimdir onlar? 
 
Onlar zərgər deyillər. Amma zər qədrini yaxşı bilirlər. Çünki zər nədir 
bilirlər.  Onlar  siyasətçi  ilə  siyasətçi,  sənətkarla  sənətkar,  həkimlə  həkim, 
biznesmenlə  biznesmen,  idmançı  ilə  idmançı  kimi,  bir  sözlə,  hamı  ilə  öz 
dilində  danışsalar  da,  nə  siyasətçidirlər,  nə  sənətkar,  nə  həkim,  nə 
biznesmen, nə də idmançı. Onlar, sadəcə, ixtisaslaşmış jurnalistlərdir... 
Jurnalistikada  ixtisaslaşma  iki  cürdür:  sahəyə  görə  və  məkana  görə. 
Sahəyə  görə  ixtisaslaşmanın  diapazonu  genişdir:  beynəlxalq  həyat,  siyasət, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə