Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

 
Çarpayısının  kənarında  əyləşən  Ə.  Mustafayev  qədim  radioya  baxa-
baxa  deyir:  “Görərsiniz,  bura  iqtisadi  zonaya  çevriləcək.  Bir  gün  bütün 
zavodlar işləyəcək. Hər şey yaxşı olacaq”.  
 
Yazının  başlanğıcı  ilə  sonu  bir-birini  tamamlayır.  Lid  də,  sonluq  da 
adi  insandan  keçir.  Liddəki  adi  insan  anonim  olaraq  qalır.  Sonluqda  isə  o, 
anonim  deyil.  Lid  keçmişə,  sonluq  isə  gələcəyə  ünvanlanıb.  Lid  bədbin, 
sonluqdakı sitat isə nikbindir. 
 
Yazının lidi və sonluğu bir-birini tamamlayanda yazı bütöv və bitkin 
təsir  bağışlayır.  Buna  nail  olmaq  üçün  adətən  sonluqda  yazının  lidində 
vurğulanan  məqama  yenidən  qayıdılır.  V.  Babanın  Yol  göstərən 
qırmızıpapaq” (“GÜN səhər”, 18-25 mart 2006) yazısında olduğu kimi:  
 
O, bəzi günlər günəş üzünə həsrət qalır. Həmin vaxtlar o, yer üzündə 
olmur. Rütubətli, özünün dediyi kimi “xəstəlik dolu bir yerdə” insanlara yol 
göstərir.  O,  sutkanın  tam  yarısını,  bəzən  günün  birinci,  bəzənsə  ikinci 
hissəsini yerin altında işləyir. Bu, onun vəzifəsidir. Çünki o metroda çalışır. 
 
 “Yol  göstərən  qırmızıpapaq”  yazısı  metro  dispetçeri  Gülnarə 
Zeynalova  barəsindədir.  Müəllif  oxucunu  hər  gün  rastlaşdığı,  amma  məhəl 
qoymadan yanından tələsik keçdiyi bu gənc xanımın təkcə iş günü ilə deyil, 
həm  də  iç  dünyası,  arzu  və  ümidləri  ilə  tanış  edir,  Gülnarənin  portretini 
yaratdıqdan sonra soyuq xəbəri lidlə bağlı bir sonluqla bitirir: 
 
Yerin altındakı işindən o qədər də razı olmayan Gülnarənin bir arzusu 
var:  ixtisasına  uyğun  bir  yerdə  işləmək.  Gülnarə  onu  “qaranlıq  dünyadan 
işıqlı dünyaya” çıxaracaq Zümrüd quşunu gözləyir...  
 
Bu  sonluq  göydəndüşmə  deyil.  O,  yazının  üslubundan  doğur,  onun 
bitdiyini bildirir.  
 
Beşinci addım: sonuncu canlandırma, yaxud daha nələr... 


 
Sonluq yazıldı. Yazı bitdimi? Yox, iş hələ bundan sonra başlanır.  ndi 
soyuq  xəbəri  sonuncu  dəfə  canlandırmaq  lazımdır.  Soyuq  xəbər  üç  dəfə 
canlanır.  lk dəfə mənbələrlə iş zamanı, ikinci dəfə yazı qələmə alınarkən və 
sonuncu  dəfə  səhifəyə  qoyularkən.  Yazının  dizaynı  onu  yaşada  da  bilər, 
öldürə  də.  Yazını  yaşatmaq  istəyiriksə,  vacib  bir  sualı  bir  daha  özümüzə 
verməliyik:  “Kimin üçün işləyirik ?  Kimin  üçün yazırıq ?”  Əgər biz oxucu 
üçün  işləyiriksə,  ona  xidmət  ediriksə,  onda  xidmət  jurnalistikasının  – 
“service  journalism”  adlanan  jurnalistikanın  prinsiplərinə  əməl  etməliyik. 
Yəni yazının qrafik həlli onu oxucu üçün maksimum yetərli etməlidir.  
1.
 
Yarımsərlövhələr. Soyuq xəbər rəngarəng şəbəkəyə bənzəməlidir. O, 
oxucunu  yormamalı,  “palaz”  material  təsiri  bağışlamamalıdır.  Bunun 
üçün soyuq xəbəri yarımsərlövhələrə bölmək olar.   
2.
 
zahlı  qutular.  Xəbər  yüklənməməlidir.  Oxucunun  başa  düşmədiyi 
terminlər,  yeni  anlayışlar  açıqlanmalıdır.  zahları  yazının  içində  yox, 
ayrıca qutularda yerləşdirmək olar.  
3.
 
Xronologiya.  Oxucu  davamlı  yazılarda  (məhkəmə  prosesi,  idman 
yarışları  və  s.  )  bəzən  hadisələrin  başvermə  ardıcıllığını  unudur. 
Belədə  olay  ona  hadisələr  zənciri  kimi  deyil,  pırtlaşıq  düşmüş  kələf 
kimi gəlir. Qaynaq informasiyanı, baş vermişləri xronoloji ardıcıllıqla 
verdikdə  bu  qarmaqarışıqlığa  son  qoymaq  olar.  “GÜN  səhər”  qəzeti 
D N  əməliyyat  müvəkkili  H.  Məmmədovun  işi  ilə  bağlı  məhkəmə 
prosesini  işıqlandırarkən  oxuculara  “Hacının  siyahısı”  adlı  cədvəl 
təqdim  etmişdi.  Bu  cədvəldə  sabiq  əməliyyat  müvəkkilinin  törətdiyi 
cinayətlər üç parametrə görə çeşidlənirdi: zaman, cinayət və nəticə.
38
 
4.
 
Fotolar  və  şəkillər.  Soyuq  xəbər  hadisəni  görüntüləməlidir.  Foto  və 
şəkillər  xəbəri  canlandırır.  Şəkilaltı  ilə  verilmiş  foto  və  şəkillər  daha 
                                                  
38
 Hacının siyahısı, “Gün səhər”, 15-21 iyul 2006.  


effektiv  olub,  xəbərdə  deyə  bilmədiyimizi  deməyə,  yardımçı 
informasiya  verməyə  kömək  edir.  Fotoların  və  şəkillərin  müəllifləri 
mütləq  göstərilməlidir.  “Ölüm  ayağında  olan  şəhər  həkimlərə  qapı 
açmır”  yazısı  iki  foto  və  Azərbaycanın  xəritəsi  ilə  tamamlanmışdır. 
Birinci  fotoda  uşaq  qəbirləri,  ikincidə  isə  Əli  Mustafayev  çəkilib. 
Şəkilaltılar 
bunlardır: 
“Balaca 
daşların 
cərgəsi 
Sumqayıtda 
(Azərbaycanda)  ölmüş  körpələrin  qəbir  daşılarıdır.  “Ölü  zona  kimi 
tanınan bu şəhərdə 1980-ci illərdə kimya və metallurgiya zavodlarının 
zəhərli  tullantıları  doğulan  hər  1000  körpədən  36-nı  öldürürdü”; 
“Sumqayıtın pioneri 97 yaşlı Əli Mustafayev belə düşünür ki, iqtisadi 
zona layihəsi gerçəkləşəcək və şəhər yenidən dirçələcək”; “Sovetlərin 
“iqtisadi möcüzə” adlandırdığı Sumqayıt özü özünü zəhərlədi”.      
 
 
Soyuq xəbərin həndəsəsi 
 
sti  xəbərin  həndəsəsi  Çevrilmiş  piramidadırsa,  onda  soyuq  xəbərin 
həndəsəsi nədir?  
 
Soyuq  xəbərin  həndəsəsi  üslubdan  doğur.  Üslublar  müxtəlif  olduqca 
həndəsi  fiqurlar  da  dəyişir.  Qərb  jurnalistikasında  soyuq  xəbərlərin 
quruluşundan  danışarkən  ən  müxtəlif  bənzətmələrə  və  fiqurlara  (məs. 
güldan)  rast  gəlinsə  də,  bütövlükdə  elmi  ədəbiyyatda  iki  həndəsi  fiqura 
üstünlük  verilir,  qalan  fiqurlar  isə  onlardan  törəmə  sayılır.  Bu  iki  həndəsi 
fiqur Qum saatı və Paxlavadır. Hər ikisi iki üçbucağın birləşməsindən əmələ 
gəlib. Şəkil 1. Qum saatı.  Şəkil 2. Paxlava.  
 
Qum saatı 
 
Şəkil  1-ə  baxaq.  Qum  saatının  iş  prinsipi  ümumidən  xüsusiyə, 
xüsusidən  ümumiyə  prinsipidir.    Qum  saatının  birinci  hissəsi  çevrilmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə