Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

çıxır, oradasa heç kim yoxdur. Burada da eyni mənzərədir.  
Beyrut kabusa dönmüş şəhərdir.   
Keçid 
abzası 
 
 
Oxucu yazı ilə şəhərin qoxusunu duya da bilər. C. Qoldberq neft qoxusunu 
Bakının ayrılmaz atributu kimi verir.  
 
Örnək 7. Qlobal kapitalizmin sərt üzü. J. Qoldberq. “Nyu York Tayms”, 
4 oktyabr 1998 (ixtisarla). 
Azərbaycan  Rusiyanın  cənubu  ilə  ranın  şimalı  kimi  narahat 
bir məkanda yerləşən keçmiş Sovet respublikasıdır. O, ancaq 
nefti ilə tanınır və neft iyi burada hər yerdən gəlir. Hətta bizi 
Xəzərin  üzərinə  qaldırmaq  üçün  uğursuz  cəhdlər  göstərən 
köhnə vertolyotun kabinəsindən belə.  
Lid 
Sovet istehsalı  olan  paslanmış  M -8  yerdən  25 fut qalxsa  da, 
havadan asılıb qalıb. Biz buradan 15 mil uzaqda yerləşən Neft 
daşlarına uçmalıyıq. Bu vertolyot Azərbaycan Hava yollarına 
Aeroflotdan  qalsa  da,  qənimətdən  çox,  ehtiyat  hissələrinə 
bənzəyir. 
Keçid 
abzası 
 
  
 
Dialoqlar 
 
Lidi  çəkici  edən  elementlərdən  biri  də  dialoqlardan  istifadədir.  Lid 
birbaşa dialoqla başlaya bilər. Yaxud aşağıdakı misalda olduğu kimi, dialoqa 
bir qədər sonra keçmək olar. Bu misalda lid müəllifin başına gələn hadisə ilə 
başlayır, dialoqla davam etdirilir.  
 
Örnək  8.  Əhrari  –  azad  insan.  A.  Bəşirli,  “Dalğa”,  4-10  fevral  1992, 
(ixtisarla).  


Doxsanıncı  ilin  yayı  idi.  Yolum  Respublika  kitabxanasının 
yaxınlığından  keçirdi.  Birdən  nəzərlərimi  qayım-qayım 
qaynayan  şəhərdə  sakit-sakit  gəzişən  bir  adam  cəlb  etdi.  “Bu 
odurmu?  Özüdür  ki,  var.  brahim  Əhrari.  şin  tərsliyinə  bax. 
Nə  söhbət  edə  bilərəm,  nə  də  müsahibə  almaq  mümkündür. 
Belə  bir  rəssamı  tanıya-tanıya  yanından  laqeydcəsinə  ötmək? 
Bəs “xoş gəldin” demək necə?” 
Ondan avtoqraf aldım... 
Lid 

əhvalat  
-
 
brahim bəy, bu imza sizə nə deyir? 
-
 
Deyir ki, mənimkidir. 
Dialoq 
brahim  bəyin  yadına  düşdümü,  düşmədimi,  bir  elə  fərqi  yox 
idi,  mən  itmiş  açarı  tapmışdım.  brahim  bəyin  sirli  dünyasına 
səyahət etmək üçün sehrli açarı.  
Keçid 
abzası 
 
 
Bu  lidə  qarışıq  lid  də  demək  olar.  O,  eyni  mövzu  (rəssam  brahim 
Əhrari  ilə  görüş)  ətrafında  müxtəlif  vaxtlarda  (1990  və  1992-ci  illər)  baş 
vermiş  əhvalat  və  dialoq  üzərində  qurulub.  Lidi  yazma  texnikasının  iki 
müxtəlif  elementindən  istifadə  edilmiş  bu  lidə  diqqətlə  baxsaq,  üçüncü  bir 
elementin  işartılarını  da  görə  bilərik.  Bu,  əhvalatın  baş  verdiyi  səhnənin 
canlandırılmasıdır:  “Respublika  kitabxanasının  yaxınlığı,  qayım-qayım 
qaynayan  şəhər,  sakit-sakit  gəzən”  məşhur  rəssam.  Soyuq  xəbərin  lidində 
müxtəlif  canlandırma  texnikalarından  eyni  zamanda  istifadə  edilməsi 
tamamilə  təbiidir.  Sadəcə,  bu  zaman  bir  texnika  daha  güclü,  digərləri  isə 
yardımçı olur. Örnək 4-ə bir daha göz yetirək. Səhnə yalnız insandan – kənd 
məscidinin  mürdəşirindən  keçərək  canlandırılır.  Bu  məqamda  isti  xəbərlə, 
soyuq  xəbərin  lidini  yazmaq  texnikasında  oxşar  bir  cəhətlə  rastlaşırıq. 
Yadınızdadırsa,  isti  xəbərin  lidi  altı  əsas  suala  cavab  versə  də,  əslində,  bu 


suallardan ancaq birinin cavabını qabardırdı. Soyuq xəbərin lidində müxtəlif 
yazı  texnikalarından  istifadə  edilsə  də,  hansısa  bir  texnika  aparıcı  olur. 
“Nəyin  üzərində  dayanmalı  ?,  Nəyi  vurğulamalı  ?”  sualına  müəllif  özü 
seçdiyi rakursa əsasən, cavab tapır.  
UNUTMAYIN:  Ən  uğurlu  lid  belə  yalnız  və  yalnız  yazının  başlanğıcıdır. 
Lidin  uğurunu  müəyyənləşdirən  şərtlərdən  biri  də  onun  yazının  əsas 
hissəsinə  nə  dərəcədə  uyğun  gəlməsidir.  Bir  sözlə,  lid  əgər  başdırsa,  əsas 
hissə  gövdədir.  Sənətkarlıq  başın gövdə ilə  harmoniyasını  tapmaqdadır.  Ən 
gözəl  başlar  belə  yalnız  öz  gövdəsində  gözəldir.  Sizcə,  Mikelancelonun 
Davidinin başını başqa bir heykələ yaraşdırmaq olardımı? 
 
Üçüncü addım: liddən mövzuya keçməli  
 
Bu yerdə Davidi deyil, Nefertitinin boynunu xatırlamaq yerinə düşər. 
Yazının  lidi  ilə  gövdəsi  bir-birinə  bu  boyun  kimi  gözəl  bir  keçidlə 
birləşməlidir.  Jurnalistikada  buna  keçid  abzası  deyirlər.  Keçid  abzası  lidlə 
əsas  hissəni  üzvi  şəkildə  birləşdirən  bağdır.  Yuxarıdakı  misallara  bir  daha 
nəzər yetirək.  
“Qafqazdakı  hücumlar  yeni  qaçqın  dalğası  yaradır”  xəbərinin  keçid 
abzası  bir  cümlədir:  “Burada  –  Cənubi  Qafqazda  erməni  silahlı 
birləşmələrinin həftənin sonunda Dağlıq Qarabağı işğalı nəticəsində minlərlə 
insan  öz  ev-eşiyindən  didərgin  düşüb,  bölgədə  yeni,  misli  görünməmiş 
qaçqın  böhranı  başlanıb”.  Bu  cümlədə  hadisənin  baş  verdiyi  yer  (Cənubi 
Qafqaz,  Dağlıq  Qarabağ),  zaman  (həftənin  sonu),  səbəbi  (erməni  silahlı 
birləşmələrinin  işğalı),  nəticə  (minlərlə  insan  öz  ev-eşiyindən  didərgin 
düşüb)  göstərilməklə  yanaşı,    soyuq  xəbərin  məqsədi  açıqlanır:    “misli 
görünməmiş  qaçqın  böhranı”ndan  yazmaq.  Çünki  hadisənin  təsir  dairəsi 


məhz minlərlə insanı əhatə edir. Bu misalda keçid abzası xüsusini – Murov 
keçidini aşan 5 insanın faciəsini ümumi ilə birləşdirir.  
Örnək  2-də  “Sülh  barədə  danışmaq  cəhdləri”  xəbərində  də  xüsusidən 
ümumiyə  keçilir.  Keçid  abzası  7  qısa  cümlədən  ibarətdir:  “O,  Ağdamın 
başına nələr gəldiyini sona qədər bilmir. Təqribən on il bundan əvvəl xanım 
Hüseynova  kimi  50  min  azəri  şəhərdən  qaçdıqdan  sonra  şəhər  talan  edildi, 
daşı  daş  üstündə  qalmadı  (hadisənin  əhatə  dairəsini  açan  qaynaq 
informasiya).  Bu  gün  Ağdam  ürək  ağrıdan  xarabalığa  dönüb.  Uçmuş 
divarları və metal yığnağını alaq otları basıb. Üstü naxışlı şəhər məscidi inək 
sürüsünün  ixtiyarındadır.  Dağılmamış  bir  bina  belə  yoxdur  (nəticələr, 
bugünkü durum). Bu yerdə keçid abzası bitir. O, öz funksiyasını görüb. Yəni 
hadisənin  əhatə  dairəsini,  kontekstini  açıqlayıb.  ndi  müəllif  yazının  əsas 
hissəsinə  keçir.  Oxucu  keçid  abzasındakı  sadalanan  faktları  Kerri 
Kavanonun sürdüyü maşının pəncərəsindən görməklə yanaşı, eyni zamanda 
ABŞ  nümayəndəsinin  münasibətini  öyrənir:  “Şəhər  dünyanın  ən  böyük  ev 
anbarına  çevrilib”,  “Qaçqınlar  bilirlər  ki,  Ağdam  dağıdılıb,  amma,  məncə, 
onlar  şəhərin  nə  hala  salındığını  sonadək  təsəvvür  etmirlər.  Geri  dönəndə 
bütün  bunları  görmək  onlar  üçün  çox  ağır  olacaq”.  K.  Kavanonun 
münasibəti  yazının  problemini  açır:  Sülh  danışıqlarına  nə  mane  olur? 
Qaçqınların  psixoloji  durumu  bu  prosesdə  nə  dərəcədə  önəmlidir?  Xəbərin 
əsas  hissəsində  –  gövdəsində  bu  suallara  müxtəlif  mənbələrə  üz  tutaraq, 
balansı  gözləyərək  cavab  verilməlidir.  Amma  unutmayaq  ki,  bu  cavablar 
yetərli olmaya bilər. Axı istənilən problemin və hadisənin kökləri var. Bu isə 
o deməkdir ki, problemi anlamaq, onun  həlli yollarını tapmaq üçün bu gün 
öyrəndiklərimizlə kifayətlənməməliyik, qaynaq informasiyaya üz tutmalıyıq. 
Qaynaq  informasiya  ilk  növbədə  oxucu  üçün  vacibdir.  Çünki  o  yazının 
problematikası  ilə  tanış  olmaya  bilər.  Elə  bu  misalın  özündə  olduğu  kimi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə