Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

“Harada ?”,  “Nə vaxt ?”, “Necə ?”, “Nə üçün ?” suallarına cavab 
axtardığımız halda, soyuq xəbərin rakursunu tapmaq üçün “Necə ?” 
sualını cavablandırmaq lazımdır. Bunun üçün atacağınız addımlar 
aşağıdakı ardıcıllıqla olmalıdır: 
1.
 
Yazacağınız mövzunu dəqiqləşdirin. Məsələn, “Mən uşaq evindən 
yazmaq istəyirəm” hələ heç nə demir. Sualı konkretləşdirin: “Mən 
uşaq  evindən  NƏ  yazmaq  istəyirəm?”  sualına  cavab  tapın.  Məs. 
yetkinlik  yaşına  çatmış  insanların  bu  evdən  sonrakı  taleyi,  onlar 
ailə qurarkən qarşılaşdıqları problemlər.  
2.
 
Mövzu  ilə  bağlı  bütün  materialları  toplayın,  mənbələrlə  işləyin. 
Əmin  olun  ki,  heç  nə  yaddan  çıxmayıb.  Real  qəhrəmanları  tapın. 
Rəsmi,  statistik  faktlarla  yanaşı,  insan  tarixçələrini  toplayın. 
Məsələn, Təhsil Nazirliyinin rəsmisi sizə N saylı evdə böyümüş T. 
ilə F.-in ailə qurduqlarını, onlara boya-başa çatdıqları uşaq evində 
müvəqqəti  yaşayış  üçün  otaq  ayrıldığını  bildirir.  Siz  N  saylı  evin 
müdirəsindən  məlumatı  dəqiqləşdirəndə,  məlum  olur  ki,  T.  ilə  F. 
ailə qursalar da, onlara otaq verilməyib. Belədə sizin işiniz Təhsil 
Nazirliyinin  rəsmisi  ilə  məktəb  müdirəsinin  informasiyalarının 
niyə  bir-biri  ilə  düz  gəlmədiyini  araşdırmaq  deyil,  əksinə,  ailə 
qurmuş  T.  ilə  F.-in  ünvanını  tapmaq,  onlarla  söhbətləşməkdir. 
Faktlar mütləq real hadisələrlə müşayiət olunmalıdır. Bir sözlə, siz 
hadisənin əsl qəhrəmanlarını tapmalısınız.  
3.
 
ndi isə hadisəni təsəvvürünüzdə canlandırmağa çalışın. Bütöv bir 
mənzərə  yaranırmı?  Bu  mənzərədə  yaddaqalan  nələr  var:  insan 
taleləri,  hadisənin  baş  verdiyi  məkan,  yoxsa  başqa  bir  cəhət? 
Bunların  hansından  açar  kimi  istifadə  edib  yazını  onun  üzərində 


qurmaq  olar?  Başlıcası  isə,    həmin  yaddaqalan  element  uşaq 
evindən  NƏ  yazmaq  istədiyinizi  açıqlayırmı?  T.  ilə  F.-in 
tarixçəsinin bu mənzərədə yeri necə görünür?  
4.
 
Sizin  üçün  ən  maraqlı  olan  bu  elementi  (hadisəni,  tarixçəni, 
səhnəni və s.) 5-10 cümlə ilə qələmə almağa çalışın. Sizcə, oxucu 
bu  hissəni  oxuyandan  sonra  sizdən  “Niyə  ?”,  “Nə  üçün  ?” 
soruşacaqmı?  Soruşarsa,  ona  cavab  verə  bilərsinizmi?  Bu  cavab 
yazıda qaldırmaq istədiyiniz problemi açıqlaya bilərmi? Əgər belə 
bir  cavab  yazının  problemini  açıqlayırsa,  demək,  siz  rakurs  tapa 
bilmisiniz.
  
 
kinci addım: rakursu lidə çevirməli 
 
Soyuq  xəbərin  lidi  gecikmiş  lid  olub  adətən  “Necə  ?”  sualına  cavab 
verir. Bu cavab dolğun və bitkin olmalıdır. O qədər dolğun ki, oxucu özünü 
hadisənin içində hiss etsin, onu görsün.  
 
 “Nyu  York  Tayms”ın  sabiq  icraçı  direktoru  Gen  Roberts  gündəlik 
qəzetlərdən birindəki iş təcrübəsindən belə danışırdı: “Qəzetimizin naşiri kor 
olduğu üçün hər səhər bizə qəzeti başdan-ayağa kimi oxutdurardı. Günlərin 
birində  naşir  məni  otağına  çağırdı  və  şikayətləndi:  “Roberts,  mən  sənin 
yazılarını görmürəm. Məni məcbur et ki, onları görüm”. 
37
   
 
Oxucunun yazını görməsi üçün aşağıdakı yazı texnikası mövcuddur.   

 
Xəbərin insandan keçirilməsi 

 
Əhvalatın nəqli  

 
Səhnənin canlandırılması 

 
Dialoqlar 
                                                  
37
 Brooks S.B., Kennedy G., Moen R.Daryl, Ranly D. Telling the Story., NY, Bedford/St.Martin’s, 2001, 
p.138.  


 
 
 
Xəbəri insandan keçirməli 
 
nsanlar  bir-birlərini  tanımaya  bilərlər.  Amma  bütün  insanlar  üçün 
eyni  hisslər,  yaşantılar  tanışdır.  Demək,  yad  insanları  sevinc,  kədər,  qorxu, 
cəsarət,  məhəbbət,  təklik,  həsrət, vüsal doğmalaşdıra bilər.  Yazını insandan 
keçirmə texnikası hadisəyə hər hansı bir insanın taleyindən, yaşantılarından 
keçərək yanaşmaqdır. 
 
Örnək 2.  Sülh barədə danışmaq cəhdləri. M.Vayns, “Nyu York Tayms”, 
27 may 2001, (ixtisarla). 
Ağdam, Azərbaycan. Azərbaycan-Ermənistan savaşında ərini və var-
dövlətini  itirmiş  Ayna  Hüseynovanın  olan-qalanı  bircə  arzusudur: 
indi yaşadığı xəstəlik yuvası olan qaçqın düşərgəsindən 30 mil uzağa 
getsin,  1993-cü  ildən  ermənilərin  nəzarətində  olan  doğma  şəhərinə 
qayıtsın.  
“Mənim  ərimin  yeganə  arzusu  vətənə  qayıtmaq  idi”,  -  o,  göz 
yaşlarını gizlədə bilmir. “Biz Ağdamsız yaşaya bilmərik”. 
Lid 
– 
bir 
insanın taleyi 
O, Ağdamın başına nələr gəldiyini sona qədər bilmir. Təqribən on il 
bundan  əvvəl  xanım  Hüseynova  kimi  50  min  azəri  şəhərdən 
qaçdıqdan sonra şəhər talan edildi, daşı daş üstündə qalmadı. Bu gün 
Ağdam  ürək  ağrıdan  xarabalığa  dönüb.  Uçmuş  divarları  və  metal 
yığnağını alaq otları basıb. Üstü naxışlı şəhər məscidi inək sürüsünün 
ixtiyarındadır. Dağılmamış bir bina belə yoxdur. 
Keçid abzası.  
Kontekst, 
hadisənin 
miqyası
 
Münaqişənin  nizama  salınmasında  Amerikanın  xüsusi  nümayəndəsi 
Kerri  Kavana  Ağdam  küçələri  ilə  maşınını  sürdükcə  gördüklərini 
belə dilə gətirir: “Şəhər dünyanın ən böyük ev anbarına çevrilib”.  
O deyir: “Qaçqınlar bilirlər ki, Ağdam dağıdılıb, amma, məncə, onlar 
şəhərin  nə  hala  salındığını  sonadək  təsəvvür  etmirlər.  Geri  dönəndə 
Mövzuya 
keçid 
ncələmə
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə