Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

bütün bunları görmək onlar üçün çox ağır olacaq.  
 
 
Bu  yazı  Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınmasında  Minsk 
qrupunun həmsədri kimi ABŞ-ın prosesdə iştirakı barədədir. Amma müxbir 
mətləbə  birbaşa  keçmir.  Oxucunu  maraqlandırmaq,  faciənin  miqyasını 
cızmaq üçün o, yazıya qaçqın qadının arzusu ilə başlayır. Onun bu arzudan 
qiymətli heç nəyi yoxdur. Bu arzu onun itirdiklərinin “əvəzidir”. Lidə yalnız 
bir  nəfəri  çıxarmaqla  müxbir,  əslində,  50  min  ağdamlı  qaçqının  taleyinə 
güzgü  salır,  onları  oxucuya  yaxın  edir.  Çünki  müxbir  yaxşı  bilir:  rəqəmləri 
unutmaq asandır, insanları çətin...  
 
Oxucunun unuda bilməyəcəyi ikinci bir məqam əhvalatdır.  
 
 
Ə
hvalatın nəqli 
 
Əhvalat, əslində, yazının içindəki hadisədir. “Zerkalo”nun müxbiri N. 
Məcidova  korroziyadan  bəhs  edən  “Deşiklər  öz  qurbanlarını  gözləyir” 
yazısını şahidi olduğu bir hadisə ilə başlayır: 
 
Örnək  3.  Deşiklər  öz  qurbanlarını  gözləyir.  N.  Məcidova,  “Zerkalo”, 
fevral 1997. 
Avtomobil  Nobel  prospekti  ilə  gedirdi.  Və  birdən  biz  və 
sürücü  hiss  etdik  ki,  maşın  boşluğa  yuvarlanır.  Gurultu 
eşidildi.  Geriyə  çevrilib  baxdıqda  bizim  arxamızca  gələn 
maşının  havadan asılı  qalmış  arxa təkərlərini gördük  və bir 
neçə  saniyənin  içərisində  maşın  gözdən  qeyb  oldu. 
Maşınımızı saxladıq və biz hadisə yerinə qaçdıq. Böyük bir 
asfalt  parçası  tüstülənirdi  və  bizim  gözümüzün  qarşısında 
buz  kimi  əriyib  tökülürdü.  Çuxurun  dərinliklərindən  göyə 
Lid 
Ə
hvalatın 
nəqli 


buxar  dumanı  qalxdı. 
çindəki  altı  sərnişinlə  çuxura 
yuvarlanmış maşın bu “qazanda” bişirdi. 
Sonra  bəlli  oldu  ki,  adamların  bədənləri  faktiki  olaraq  bu 
buxarın  içində  bişmiş  və  onlardan  heç  birini  xilas  etmək 
mümkün  olmayıb.  Mütəxəssislərdən  soruşub  öyrəndik  ki, 
torpağın  altından  keçən  qızdırıcı  boru  xəttində  korroziya 
nəticəsində  deşik  açılmış  və  asfaltın  altında  çatlar  əmələ 
gəlmişdir.  Nəhayət,  günün  birində  asfalt  təzyiqə  davam 
gətirməyərək  parçalanmışdır.  Yolda  çat  bunun  nəticəsində 
baş vermişdir.     
Keçid abzası 
 
 
Müəllifin  özünün  şahidi  olduğu  bir  əhvalatın  nəqli  ilə  başlanan  bu 
yazı  oxucunu  korroziya  probleminin  ciddiliyinə  hər  hansı  bir  statistik 
rəqəmdən daha çox inandırır.  
 
 
Səhnənin canlandırılması  
 
Yazını  oxucu  üçün  görümlü  etməyin  ən  sadə  yollarından  biri  məkan 
rakurslarından  istifadə  etməkdir.  Məkan  rakursları  hadisənin  baş  verdiyi 
yerin – səhnənin sözlə cizgilənməsidir.  
 
Örnək  4.  Qafqazdakı  etnik  müharibədə  qisasın  yeni  qatları.  F.  X. 
Klines, “Nyu York Tayms”, 8 mart 1992 (ixtisarla). 
Ağdam, Azərbaycan. 5 mart. Burada – vadidəki məsciddə 
mürdəşir Haqverdi Hacıyev güllələnmiş uşaqların, eybəcər 
hala salınmış yaşlıların cəsədlərini yuduqca adama elə gəlir 
ki, onun əllərindən gəlib keçən Dağlıq Qarabağ uğrunda 
Ermənistanla 4 ildən bəri aparılan elan edilməmiş 
Lid – Səhnənin 
canlandırılması 


müharibədə Azərbaycanın yaşadığı ağrı-acılar və 
məğlubiyyətlərdir.  
 “ Fevralın 26-dan 200 meyit yumuşam”. Haqverdinin 
dəhşət içində kəfənə bürüdüyü başı kəsilmiş növbəti kişi 
meyiti Ermənistanla Azərbaycan arasında intiqam və qan 
qisasının yeni təzahürüdür. O deyir: “Meyitlərin 
bəzilərindən əsər-əlamət qalmasa da, biz onları dəfn 
etməliyik”.  
Dağlıq Qarabağ qaynadıqca, anklavın erməni çoxluğu 
özünüidarəni Azərbaycanın əlindən tamamilə almaq üçün 
başladığı kampaniyanı davam etdirdikcə Azərbaycan 
müharibəni uduzur.  
Keçid abzası 
 
 
Bu  üç  cümlə  oxucunun  təxəyyülünü  işə  salmaqla  onu  yazıya  dəvət 
edir.  Bir  sözlə,  oxucu  oxuduqlarını  görür.  Yəni  yazı  oxucunun  gözünə 
çevrilir.  
 
Oxucu yazı ilə eşidə də bilər.  
Örnək  5.  Cah-cəlallı  adadan.  Dünyanın  inciləri.  S.Kinzer.  “Nyu  York 
Tayms”, 16 sentyabr 1997 (ixtisarla). 
Lahıc, Azərbaycan. Bu uzaq Qafqaz kəndini qeyri-adi edən 
əyri-üyrü çaylaq daşları döşədilmiş küçələr boyunca düzülən 
misgər emalatxanalarından ətrafa yayılan cingiltili və incə 
çəkic səsləridir.  
çəri girəndə görürsən ki, dünyanın ən məşhur misgərləri 
boşqablara, sinilərə, dolçalara, camlara və kuzələrə naxış 
vurmaq üçün neçə-neçə əsr əvvəllər olduğu kimi dədə-baba 
Lid 


qaydasınca bapbalaca çəkiclərdən istifadə edirlər.  
Misgərlər dünyanın Lahıc adlanan möcüzəsinin ən qiymətli 
varisləridir. 
Keçid abzası 
Kəndi dövrələyən uca dağlar bu yerləri təsərrüfat üçün 
əlverişsiz edib. Bu səbəbdən yerli əhali qədimdən 
sənətkarlıqla məşğul olmağa başlayıb. Misgərlik isə bu kəndə 
daha çox şöhrət gətirib. Lahıclıların  əlləri qızıldır, ən adi 
şeyləri belə misilsiz gözəllik nümunəsinə çevirə bilirlər.  
Qaynaq 
informasiya, 
ön tarixçə 
 
 
 
S. Kinzer Lahıcın ruhunu vermək üçün misgər dükanlarından yayılan çəkic 
səslərinin  cingiltisini  seçirdisə,  G.  Zotov  üçün  Beyrut  bomba  səsləri  ilə 
başlayır.  
Örnək  6.  srail  Hizbullahı  niyə  varlandırır?  G.  Zotov,  Аргументы  и 
факты
”, 16-22 avqust 2006 (ixtisarla). 
Bomba  gur  səslə  partlayır,  elə  bil  pəncərədən  royal  tullayırlar: 
“bum-m-m”  və  bu  səsi  müşayiət  edən  pəncərə  şüşələrinin 
cingiltisi.  Bir  qədər  keçir,  bomba  düşən  yerdən  toz  dumanı 
qalxır.  Nə  fəryad  səsləri  gəlir,  nə  inilti.  ndi,  günortadan  sonra 
mən günəşli küçə ilə addımlayıram və bir nəfər belə olsun insana 
rast  gəlmirəm.  Adətən  tıxacdan  boğulan  dağıdılmış  şose  də 
bomboşdur.  Bütün  mağazalar  bağlıdır,  vitrinlər  partlayışın 
zərbəsindən  sınıb.  Bu  şəhərdə  həyat  yalnız  dar  məhəllə 
küçələrində yaşanır. Burada alverçilər ucalan tüstülərə həyəcanla 
baxa-baxa  qəhətə  çəkilmiş  benzinin  litrini  3  dollara  satırlar. 
Buna  oxşar  bir  səhnəyə  mən  dəhşət  filmlərindən  birində  rast 
gəlmişəm:  xəstəxanadan  qaçmış  insan  nəhəng  bir  meqapolisə 
Lid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə