çıxarılmır. Nəticədə fokusu ancaq tədbirdə cəmlənmiş bir xəbər yazılır ki,
belə xəbər də oxucuya effektiv enerji daşımayan cümlə yığnağı təsiri
bağışlayır.
Neftçilər günündə müstəqil K V nümayəndələri neft sənayesində
gözlənilən struktur dəyişiklikləri, enerji daşıyıcılarının qiymət artımı və
yaxın gələcəkdə planlaşdırılan layihələrlə bağlı rəsmilərdən informasiya əldə
edir və bu informasiyaları ayrı-ayrı xəbərlər kimi yayırlar. Dövlət K V-ləri
də həmin tədbirdən əlavə informasiya yayır. Ancaq necə? Lap Sovet
dönəminin praktikasına uyğun səpgidə, yəni hansısa Neft və Qazçıxarma
darəsinin tikinti tresti neftçilər günü münasibətilə aylıq plan göstəricilərini
vaxtından 10 gün əvvəl yerinə yetirib. Bir daha diqqət yetirin: bu xəbər
yuxarıda qeyd etdiyim “iqtisadiyyatda cəmiyyət üçün tamamilə maraqsız
hesab edilən informasiyalar” tipinə aiddir. Onlar oxucunu maraqlandırmır,
peşəkarlar isə bu xəbərləri təbliğat kimi qiymətləndirirlər.
kinci
mərhələ.
Soyuq
xəbərlərin
reportyoru.
Fikrimcə,
informasiya sahəsində, yəni isti xəbərlərin toplanmasında özünü göstərə
bilən hər bir jurnalistin müəyyən dövrdən sonra bu mərhələyə keçmək
arzusu oyanır. nformasiya istehsalı ilə məşğul olan jurnalistlərin böyük
əksəriyyəti agentliklər və informasiya mərkəzlərində çalışırlar. Professional
dildə isə onlara zarafatla “ölü jurnalistika” nümayəndələri deyirlər və
oxucular bir qayda olaraq (müəyyən istisnalar olmaqla) onları tanımır, çünki
onların imzası nadir hallarda qəzet və jurnallarda görünür.
Azərbaycan reallığında iqtisadi sahədə reportyorların sayı olduqca
azdır. Bu da ondan irəli gəlir ki, reportyorlar ancaq qəzetlərdə cəmləşiblər və
yerli TV-lərdə onların əməyinə ehtiyac görmürlər (ANS TV-dəki
iqtisadiyyat bölümü sırf informativ xarakterlidir). kinci bir tərəfdən
ümumilikdə iqtisadi sahədə ixtisaslaşmış yaxşı reportyor olmaq çox çətin bir
işdir. Ona görə ki iqtisadiyyat özü çoxsahəli bir sistemdir və onun bütün
sahələrinə bələd olmaq asan deyil.
Soyuq xəbərləri yazmaq üçün reportyorun ilkin instinkti müxtəlif
informasiyalardan baş çıxarmaq, onların arasında önəmli olanını tapmaq
qabiliyyətidir. nformasiya nə dərəcədə aktualdır? Onun digər proseslərlə
bağlılığı nədədir? qtisadi mənzərədə yeri haradadır? Soyuq xəbəri yazan
müxbir bu suallara cavab verə bilməlidir. Əks halda, soyuq xəbər yazmaq
istəyən müxbir isti xəbərlərin “qaynar qazanı”nda yana bilər. Soyuq
xəbərləri yazarkən reportyorun vəzifəsi müxtəlif mövqelərə istinad etməklə
hadisənin daha dolğun və ətraflı çatdırılmasını təmin etməkdir.
Üçüncü mərhələ: təhlilçi. Bu jurnalist fəaliyyətinin, mən deyərdim
ki, zirvəsidir. Hər hansı bir jurnalist uzun müddət hansısa bir sahə ilə
məqsədyönlü şəkildə məşğul olursa, həmin sahənin bilicisinə çevrilir.
Qərbdə çəkilmiş sənədli filmləri xatırlayın. Bu filmlərdə hadisələrə qiymət
verən və onun detallarını izah edən şəxslər arasında jurnalistlərə tez-tez rast
gəlirik. Bizim ölkəmizdə də belə bir praktika var. Ancaq bu, əksər hallarda
siyasi proseslərlə bağlı məsələlərə aid olur. qtisadiyyatın hər hansı sahəsi
üzrə isə Azərbaycanda jurnalist diplomu ilə şərhçi, ya təhlilçi statusuna
yüksəlmiş qələm sahibi, məncə, olmayıb.
Təhlilçi cəmiyyətə nə üçün lazımdır? Məgər informasiya və reportyor
yazıları məsələnin mahiyyətini açmaq üçün yetərli deyil? qtisadi təhlilçi
oxucuya rəqəmlərin mahiyyətini anlamağa kömək edir. Bu tezisimizi
əsaslandırmaq üçün bir daha Neftçilər gününə qayıdaq. Neftçilər günündə
səslənən rəqəmlər ictimaiyyət üçün bir şey deyirmi? 30 milyon ton neft sadə
azərbaycanlı üçün nədir? Təhlilçi ilk növbədə qeyd etməlidir ki, 30 milyon
ton neft o qədər də böyük rəqəm deyil: Dünyada hazırda 72 ölkədə neft
çıxarılır və bu həcmlə biz haradasa 30-cu yerdə qərar tuturuq. Bəs bu
göstəricilərlə regionda vəziyyətimiz necədir? Biz Türkmənistandan 3 dəfə
çox, Qazaxıstandan isə 2 dəfə az neft çıxarırıq. Təhlilçinin bu izahı müxtəlif
K V-lərin təbliğat və ya antitəbliğat xarakterli materiallarının mahiyyətini
oxucuya aydınlaşdıra bilər. Başqa bir misal, hazırda dövlət məmurları ÜDM-
in 30-35 faiz artdığını dönə-dönə təkrar edirlər. Ancaq sadə vətəndaş bunun
gündəlik həyatla əlaqəsini təsəvvür edə bilmirsə, onda reallıqda bu, Sovet
dönəmində Lenin qiraət günündə Marksın “Kapital” əsərinin kolxozçular
üçün oxunulmasına bənzəyir.
Ancaq belə incəlikləri açmağı bacarmaq çox böyük zəhmət və
qabiliyyət tələb edir. Ona görə də bu sətirləri oxuyan gələcək jurnalistlər
bilməlidirlər ki, jurnalistika təkcə yazmaq qabiliyyəti deyil, həm də
düşünmək və düşündürmək qüdrətidir.
Bələdçi: iqtisadiyyatdan yazırsansa...
Bələdçiləriniz lham Şaban, Hafiz Babalı, Elbrus Cəfərlidir.
•
qtisadiyyat sahəsində ixtisaslaşmaq istəyirsənsə, iqtisadiyyatı kom-
pleks şəkildə öyrənməlisən. Bu, iqtisadi panoramı tam görməyə imkan
verəcək. Seminar və konfranslarda iştirak et. Bu isə sənə iqtisadi pro-
seslər barədə öz mövqeyinin formalaşmasında, eləcə də müxtəlif mə-
sələlərə dair mütəxəssis rəylərinin alınması üçün istiqamətin düzgün
müəyyənləşdirilməsində lazım olacaqdır.
•
Daim mütaliə et, iqtisadi ədəbiyyatı öyrən, iqtisadi terminləri, onların
mənalarını mənimsə, qeydlər apar, gündəlik tut.
•
Hökumətin qəbul etdiyi dövlət proqramlarını, fərman, sərəncam və
qərarları diqqətdə saxla.
•
qtisadiyyatın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını öyrən.
Dostları ilə paylaş: |