Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   42   43   44   45   46   47   48   49   ...   71


 
Emosionallıq.  Soyuq  xəbər  yenidən  canlandırılan  xəbərdir.  Bütün 
canlılar kimi  onun  gözü,  qulağı, burnu,  ağzı  və  əlləri olmalıdır.  Yəni 
oxucu onunla görməli, eşitməli, iyləməli, dadmalı və duymalıdır. 

 
 Üslubun fərdiliyi.  sti xəbərin həndəsi həlli çevrilmiş piramidadırsa, 
soyuq  xəbər  piramida  deyil.  Soyuq  xəbərin  həndəsi  təsviri  bütün 
fiqurlar  ola  bilər:  romb,  düzbucaqlı,  qum  saatı  (iki  üçbucağın 
birləşməsi) və s.  Çünki o, fərdi üslubdan yaranır.  
 
Yuxarıda  sadalanan  4  cəhətin  hamısı  bir  yazıda  eyni  dərəcədə  əks 
oluna  bilməz.  Soyuq  xəbərin  növündən  asılı  olaraq  bu  cəhətlərin  hansısa 
qabardılır, hansısa daha zəif verilir. Bəs soyuq xəbərin növləri hansılardır? 
 
Soyuq xəbərin növləri  

 
sti  xəbərdən  yaranan  soyuq  xəbərlər  analitik  xarakterli  olub 
hadisə  baş  verdikdən  sonra  onun  başvermə  səbəblərini  və  s.  daha 
dərindən  araşdıran,  çoxsaylı  mənbələrə  əsaslanan  geniş  xəbərdir 
(Örnək 1).  

 
nsanları  maraqlandıran  mövzulara  həsr  edilmiş  soyuq  xəbərlər 
mövzu  rəngarəngliyi ilə seçilir: uşaqlar, gənclər, qocalar, canlı aləm 
və  s.  Bir  sözlə,  sevinc  və  kədər  doğuran,  insanların  hiss  və 
həyəcanlarını riqqətə gətirən hadisələr barədədir (Fəsil 1, Örnək 4).  

 
nsanın  portreti  cizgilənən  soyuq  xəbərlər.  Onlara  Qərb 
jurnalistikasında  “profile”  (profayl),  biz  də  isə  “portret  oçerk” 
deyirlər.  

 
Səfər təəssüratları soyuq xəbərlərin geniş yayılmış növlərindəndir.  



 
Araşdırma  yazıları  –  jurnalist  təhqiqatını  soyuq  xəbərin  zirvəsi 
hesab  etmək  olar.
34
  Bu  yazıları  yazma  texnikası  ilə  “Araşdırma 
jurnalistikası” bölümündə tanış olacaqsınız. 
 
Təcrübəni bölüşənlər  
        Azad  Şərif  (1930)  Azərbaycan  Dövlət  Konservatoriyasını  və  Azərbaycan 
Dövlət  Universitetini  bitirib.  45  ildir  ki,  mətbuatdadır.  “Molodyoj 
Azerbaydjana”  qəzetinin  baş  redaktoru,  “Vokruq  sveta”  jurnalının  baş 
redaktor  müavini,  “ zvestiya”  qəzetinin  Türkiyə,  ran  və  Əfqanıstanda 
müxbiri,  “Azərinform”un  baş  direktoru  vəzifələrində  çalışıb.  1992-93-cü 
illərdə  “Qaradağneft”də  fəhlə  işləyib.  Azərbaycanın  Əməkdar  jurnalisti,  20-
dən çox kitab müəllifidir. Hazırda Qərb Universitetində dərs deyir. 
        lk  alpinist  oçerklərini  hələ  19  yaşında  “Molodyoj  Azerbaydjana”  üçün 
yazan  Azad  Şərif  bu  gün  də  sevimli  janrına  sadiqdir.  Onun  2005  və  2006-cı 
illərdə  çıxan  “Geriyə  baxmaq  zamanıdır”  və  “Geriyə  baxmalı,  amma 
dayanmamalı” kitablarında son illərdə respublika mətbuatında çıxan 120-də
çox  oçerki  toplanıb.  Ustad  jurnalist  Azad  Şərif  soyuq  xəbəri  necə  “isitməsi” 
barədə təcrübəsini bölüşür: 
          Mən  hər  gün,  hər  axşam  yazıram.  Bu,  mənim  həyatımdır.  Yazmasam, 
ölərəm.  Bilirəm  ki,  qələmim  susanda  ürəyim  də  susacaq.    Mənə  yazmaq  üçün 
sadə  bir  bəhanə  kifayətdir.  Universitetdə  dərs  deyirəm,  gənclərlə  daim 
ünsiyyətdəyəm.  Tələbələr  keçmişi  yaxşı  bilmirlər,  məsələn,  onlar  üçün 
Bülbülün,  ya  Niyazinin  adı  az  söz  deyir.  Amma  mən  biləndə  ki,  Bülbülün 
yubileyidir,  bu,  Bülbülün  şəxsiyyətinə  qayıtmaq,  onun  haqqında  xatirələrimi 
bölüşmək üçün bir fürsətdir. 
                                                  
 
34
 Eng P., Hodson J. Reporting and Writing News a Basic Handbook. Bangkok, Artasia Press 
Company, 2001, p.75 


        ...  2002-ci  ilin  yayı  idi.  “Elm  və  həyat”  nəşriyyatının  direktoru  Cəmil 
Əlibəyovun  kabinetində  Azərbaycan  Sovet  Ensiklopediyasını  vərəqləyirdim. 
Gözümə  tanış  familiya  dəydi:  “Tağıyev  Eyyub  smayıl  oğlu.  Moskva  Neft  və 
Sənaye  Kimyası  nstitutunun  prorektoru,  professor.  1912-ci  il  yanvarın  27-də 
Bakıda doğulub, 1967-ci il yanvar ayının 17-də Moskvada vəfat edib”.  
           Bu  ad  yaddaşımda  iki  xatirəni  göyərtdi:  Eyyub  Tağıyevlə  1960-cı  ilin 
aprelində  Bakıda  Azərbaycan  SSR-in  40  illik  yubileyində  tanış  olmuşdum.  Üç 
dəfə  Stalin  mükafatı  alan  həmyerlimiz  biz,  jurnalistlərin,  diqqətini  çəkməyə 
bilməzdi...  kinci  xatirəni  köhnə  dostum,  tanınmış  alim  mran  Cəfərov 
danışmışdı.  O,  1986-cı  ildə  Sovet  nümayəndə  heyətinin  tərkibində  Kəlküttəyə 
gedəndə  ev  sahibləri  qonaqlardan  birinin  Azərbaycandan  olduğunu  eşidir  və 
hamını  şəhərin  mərkəzi  parklarından  birinə  aparırlar.  Burada  Eyyub  Tağıyevin 
qara mərmərdən yonulmuş büstü qoyulmuşdu. Metryarımlıq pyedestalın üzərinə 
qızılı hərflərlə yazılmışdı: “Hind neftinin atası”. Mən ensiklopediyanı vərəqləyə-
vərəqləyə  bu  iki  epizodu  xatırladım  və  həmyerlimiz  Eyyub  Tağıyev  haqqında 
yazmağa  qərar  verdim.  Bu,  çətin  bir  iş  idi.  Eyyub  Tağıyev  1967-ci  ildə 
dünyasını dəyişmiş, həyat yoldaşı və oğlu da dünyadan köçmüşdülər. Moskvada 
onun  yeganə  yadigarı  –  qızı  Elmiranı  tapdım.  O,  mənə  atasının  arxivini  verdi. 
Burada nələr yox idi. Həmyerlimizin portretini cizgiləmək üçün yeni faktlar üzə 
çıxardım. Tağıyev təkcə Hindistanda deyil, həm də Braziliyada neft yataqlarının 
tapılmasında əvəzsiz xidmətlər göstərmişdi.  çəri şəhərdə doğulan,  çəri Şəhərə 
indiki  Sabir  bağının  yanından  qapı  açdırmağa  nail  olan  tacir  Hacı  Zeynalabdin 
Tağıyevin  (o,  məşhur  milyonçu  Hacı  Zeynalabdin  Tağıyevin  adaşı  idi)  nəvəsi, 
əfsanəvi  neftçi  Eyyub  Tağıyev  haqqında  sənədli  povest  belə  yarandı.  2003-cü 
ildə “Bakılı neft kralı” əsəri işıq üzü görənə qədər Eyyub Tağıyev barədə silsilə 
oçerklərim respublika mətbuatında çıxmışdı...  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə