Aynur Bəşirli Aynur K



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/71
tarix22.11.2017
ölçüsü5,01 Kb.
#11489
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

 
...  2006-cı  il  iyun  ayının  26-da  bir  qrup  tələbə-jurnalist  “Şəhərdə  bir 
gün” mövzusunda yazı yazmaq üçün paytaxta xəbər “ovuna” çıxmışdı. Çox 
keçmədi  ki,  onlar  asta  yerişlərinə  haram  qatmalı  oldular:  “Zabitlər  evi”nin 
yerləşdiyi bina yanırdı... 
 
Səhəri  gün  dərsin  əsas  mövzusu  yanğın  idi.  Tələbələr  topladıqları 
informasiyanı – gördüklərini və soruşub-öyrəndiklərini bölüşürdülər. Dərsin 
sonunda  isti  xəbər  hazır  olanda  məlum  oldu  ki,  onlar  demək  istədiklərinin 
hamısını deyə bilməyiblər. Samirə israr edirdi ki, liddə iyunun 26-nın Silahlı 
Qüvvələr  günü  olması  vurğulanmalıdır,  çünki  yanan  “Zabitlər  evi”dir.  Bu 
yerdə  radə  və  Aygün  deyirdilər  ki,  yanan  təkcə  “Zabitlər  evi”  deyil,  ona 
görə  də  belə  bir  qarşılaşdırma  mübahisəlidir.  ki  daşın  arasında  yanan 
binanın  sakinləri  ilə  söhbətləşməyə  macal  tapan  Vəfa  ilə  Əhməd  binanın 
qəsdən yandırıldığını istisna etmirdilər. Amma onların müsahiblərindən heç 
biri  adının  çəkilməsinə  razılıq  verməmişdi.  Ruslan  və  Sevil  yanğının 
səbəblərini  araşdırmağı  təklif  edirdilər.  Nəsibə  ilə  Sevdanı  narahat  edən 
başqa bir məsələ idi: əgər yanğın mərkəzdən uzaqda baş versə idi, onu neçə 
saata  söndürmək  olardı?  Axı  yanğınsöndürənlər  dəniz  suyundan  istifadə 
etmişdilər.  Təhminə  deyirdi  ki,  yanğının  səbəbi  köhnə  binanın  təhlükəli 
elektrik xətləridirsə, onda hadisənin təkrarlanma ehtimalı böyükdür. Şəhərdə 
o  qədər  köhnə  bina  var  ki...  Səbinə,  Nailə  və  Durna  oxuculara  yardımçı 
olmaq məqsədilə “Yanğın zamanı nə etməli ?” sualını cavablandırmağı təklif 
edirdilər.   
 
Tələbələr  suallara  və  ehtimal  olunan  cavablara  yer  axtarırdılar. 
Çevrilmiş piramidanın xəbər yükü dolmuşdu.  ndi onu “Əlcəyin nağılı”ndakı 
əlcəyə  çevirmək  cəhdləri  başlanmışdı.  “Çevrilmiş  piramidanı  nə  qədər 
genişləndirmək  olar?  Genişləndirsək,  ondan  əsər-əlamət  qalarmı?”  sualları 
mübahisəyə  səbəb  olduğu  bir  vaxt  Xavər  incik-incik:  “Mənə  qulaq 


asmadınız. Mən yanğından pişiyini xilas edən, onu şala büküb əzizləyən bir 
qadın  gördüm”,  -  dedi.  Xavərin  müşahidəsi  mübahisəyə  son  qoydu: 
“Çevrilmiş  piramida  yaxşıdır.  Amma  bizim  yazmaq  istədiklərimiz  və 
qaldırılan suallar piramidalıq deyil”... 
 
Çevrilmiş  piramida  isti  xəbər  yazmağın  ən  effektiv  forması  olsa  da, 
indiki  vəziyyətdə  bizim  oxucuya  demək  istədiklərimizi  çatdırmaq  üçün 
kifayət  deyildi.  Belə  çıxır  ki,  biz  oxucuya  isti  xəbər  deyil,  nəsə  fərqli  bir 
xəbər vermək istəyirik. Bu fərqli xəbər nə idi? Bu xəbər yanğınla bağlı olsa 
da,  birbaşa  “Zabitlər  evi”ndəki  yanğın  barədə  deyildi.  Bizi  düşündürən 
məsələləri bir də xatırlayaq: köhnə evlərin elektrik xətlərinin təhlükəsizliyi, 
yanğınsöndürən  maşınların  su  ilə  təchizi,  yanğının  qəsdən  baş  verməsi 
ehtimalı,  “yanğın  zamanı  nə  etməli?”  sualının  cavabı,  hətta  pişiyini  xilas 
edən  qadının  kimliyi  və  sakinlərin  sonrakı  taleyi.  Bu  sualları  qaldırmaq 
olardı.  Amma  oxucuya  təkcə  sual  deyil,  həm  də  cavab  lazımdır.  Cavabsa 
vaxt  tələb  edir.  O  vaxta  qədər  yanğın  söndürülür,  külü  qalır.  Oxucular 
yanğını  unutsalar  da,  müxbirlər  onlara  rahatlıq  verməyən  sualları 
unutmurlar. Bu suallar onların hafizələrində közərir. Səbirli və ardıcıl olanlar 
suallara cavab axtarırlar, mənbələrlə işləyirlər, cəsarətlilər isə daha dərinə – 
araşdırma jurnalistikasına baş vururlar. Və günlərin birində yanğının tüstüsü 
çəkilib,  külü  göyə  sovrulanda  oxucular  sensasiyalı  açıqlama,  ya  araşdırma 
ilə  tanış  olurlar.  Soyuq  xəbərlər  belə  yaranır.  Soyuq  xəbər  közdən  yaranan 
xəbərdir. Ona nəfəs verən və külə çevrilməyə qoymayanlar jurnalistlərdir.    
    
Soyuq xəbər”, “Feature”  ya “Oчерк”? Necə adlandıraq? 
            Qərbdə  (ABŞ,  Qərbi  Avropa)  ona  “fiçə”  (feature)  deyirlər,  Şərqdə 
(Rusiya, Mərkəzi və Şərqi Avropa) oçerk” (очерк), Qərblə Şərqin kəsişdiyi 
Azərbaycanda  isə  yaşlı  nəsil  “oçerk”,  cavanlar  bəzən  “fiçə”,  bəzən  “soyuq 


xəbər”, bəzənsə  mübahisədən və artıq izahdan qaçmaq  üçün  heç  nə.  Kimin 
qərbli,  kimin  şərqli,  kiminsə  Qərblə  Şərqin  körpüsü  olması  necə 
mübahisəlidirsə, nəyin fiçə, nəyin oçerk, nəyinsə də soyuq xəbər adlanması 
o  qədər  söz-söhbətlidir.  Amma  “Qərb”  ya  “Şərq”  adlandırmağımızdan  asılı 
olmayaraq,  ABŞ  ABŞ-dır,  Avropa  Avropa,  Rusiya  Rusiya,  Azərbaycan  da 
Azərbaycan. Lap fiçə ilə oçerk kimi.  
            “Feature”  “cizgi”  sözündəndir,  yəni  hansısa  bir  hadisəni  sözlə 
cizgiləmək.  “Oчерк”in  də  kökündə  eyni  söz  durur  –  “черта”.  “Очертить” 
də sözlə cizgiləməkdir.  stər Qərb jurnalistikası olsun, istərsə də Şərq, dəxli 
yoxdur, istər “fiçə” adlansın, istər “oçerk”, universal jurnalistikada (Rendalı 
xatırlayın)  bu  yazıları  dəyərləndirən  ölçülər  eynidir.  Biz  sizinlə  bu  ölçüləri 
öyrənəcəyik  və    fiçə  -  oçerk  terminoloji  qarmaqarışıqlığına  son  qoymaq 
üçün  daha  neytral  olan  “soft  news”,  yəni  “soyuq  xəbər”  terminini 
işlədəcəyik.  
 
 
Soyuq xəbərin ölçüləri 
 
Soyuq xəbərlər üçün ümumi olan cəhətlər bunlardır: 

 
Hadisəyə  –  isti  xəbərə  qayıdış.  Soyuq  xəbər  isti  xəbərdən  doğan 
yazıdır.  sti xəbər yazılsa da, bizi nə isə, məs. cavabsız qalan suallar, 
geriyə dönməyə vadar edir.  

 
Rahatlıq,  arxayınlıq.  Soyuq  xəbər  tələsik  yazılmır.  Könüllü  geri 
qayıtdığımız üçün bizi tələsdirən də yoxdur. Amma “yoxa çıxdığımız” 
üçün  bizi  tənbeh  edən  tapıla  bilər.  Elə  buna  görə  də  qayıdışımızı 
əsaslandırmalıyıq.  Əliboş  dönməməliyik.  Əlidolu  qayıtmaq  azdır,  elə 
şey gətirməliyik ki, ona ehtiyac olsun.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə